Elmi uğur və onun əziyyəti barədə

Danimarka kralı Tiko Brahiyə Hven adasını bağışlayır, adada quracağı rəsədxananın-Uraniborqun bütün xərclərini qarşılayır. Brahi uzun illər ərzində o zamana qədər aparılmış ən dəqiq müşahidələri aparır. Kepler (ağır revmatizm xəstəsi, gözləri zəif olsa da müasir optika nəzəriyyəsinin qurucusu, atası sərsəri, anası psixi problemləri olan biri, şəhərdən şəhərə gəzib iş axtarır, bir tərəfdən İnkvizisiyanın cadugərliklə günahlandırdığı anasını müdafiə edib üstəlik onun həbsxana xərclərini çəkərkən bir tərəfdən Kopernikin sistemini müdafiə etdiyi üçün din xadimlərinin hücumuna məruz qalır, üstəlik Brahinin varislərinin ardından şəhər şəhər gəzib onlardan əsərlərində Brahinin müşahidələrindən istifadə etmək üçün icazə almağa çalışır) bu mükəmmələ yaxın müşahidələrə əsaslanaraq planetlərin dairəvi deyil elliptik orbitlərdə hərəkət etdiklərini sübut edir, əslində aradakı fərq sadəcə çox incə müşahidələrin ortaya çıxaracağı qədər kiçikdir (Kilsənin qəbul etdiyi dünyagörüşündə göylər müqəddəsdir və planetlər ancaq mükəmməl fiqur olan dairəvi orbitlər üzrə hərəkət edirlər, Arsitotel fizikası müqəddəs olan göylərdəki təbii hərəkətin dairəvi olduğunu iddia edir).
 
Ancaq Brahinin müşahidələri tam mükəmməl deyil, tam mükəmməl olsalardı hesablar olduqca qarışıq olardı və hesablamalar elliptik orbitə işarə etməzdi, çünkü başqa planetlərin də təsiri ilə elliptik orbitlərdə ellipsdən müəyyən kənara çıxmalar var.

 
Darvin, Biql gəmisi səyahətində maaş almadan iştirak etməyə razı olur. Gəminin kapitanı Fritzroy özünə həmsöhbət axtarır, maaş istəmədən səyahətə çıxacaq yemək həmsöhbəti. Darvin Argentinada fosillər tapır, Qalapaqos adasında araşdırmalar aparır, Maltusun nəzəriyyəsindən təsirlənir. Səyahətdə olan və Maltusun nəzəriyyəsindən ilhamlanan Wallace, təkamül haqqında düşüncələrini Darvinə göndərir, əsərini təxirə salmaq düşüncəsini tərk edən Darvin, hər ikisinin təkamülə dair işlərini eyni anda elm cəmiyyətinə təqdim edir. Eşitdiyi təhdid və təhqirlədən sonra kənara çəkilir, təkamül nəzəriyyəsinin müdafiəsini Tomas Haksli öz üzərinə götürür.
 
İstənilən elmi uğurun ardında o qədər zəka gücü, əziyyət, müxtəlif insanların işbirliyi, o zamanki şərait, maneələr və təsadüflər var ki, bilgiyə çox asanlıqla sahib olduqlarını düşünənlərə ehtiyatla yanaşmaq lazımdır.
 
Richard Wilson: "İnsanlığın qəbiləçi düşüncənin təzyiqlərindən xilası üçün ilk addım Tanrı adına danışdığını, Tanrının nümayəndəsi olduğunu, onun iradəsi haqqında əlahiddə bilgisi olduğunu iddia edənləri nəzakətlə uzaqlaşdırmaq olardı. Bu teolojik narsizmin podratçıları arasında təriqət liderləri, həyəcanlı Evangelist keşişlər, imamlar, ravvinlər, Dalay Lama və Papa var"

Yalçın İslamzadə - 2 dekabr 2015-ci il

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr