Kayıtlar

2016 tarihine ait yayınlar gösteriliyor

Dünya dinlərin iddia etdiyi kimi mükəmməldirmi?

Resim
Gözlüklü ilahiyyatçı əli qolunu ölçüb "göz mükəmməldir" desə də, ən az 56 göz xəstəliyi mövcuddur. Görünən işıq elektromaqnit spektrin 1%-indən azdır. Teleskop və mikroskop olmasa idi, insanların mikroorqanizmlərdən xəbəri olmaz, Ayı hələ də qüsursuz göy cismi hesab edərdilər. Hippokrat müasir tibbin qurucusudur, Asklepion rahibləri nəslindən olsa da, ənənəvi tibbi qəbul etməmiş, xəstəliklərin təbii səbəblərdən yarandığını müdafiə etmişdir, klinik tibbin və tibbi etikanın qurucusu sayılır.  "Epilepsiya digər xəstəliklərdən heç də daha səmavi, ya da müqəddəs deyil. İnsanlar cəhalətlərindən onun səbəbinin səmavi olduğunu düşünürlər".  Afinada yayılmış vəbaya qarşı tədbir görmək üçün Afinaya dəvət olunur. Dəmirçilərin vəba tutmadığını müşahidə edir və xəstəliyin quru və isti havada yayılmadığı nəticəsinə gəlir. Evlərdə ocaq yandırıb havanı qurutmağı, cəsədləri yandırmağı, suları qaynatmağı məsləhət bilir. Sənayeləşmə nəticəsində şəhərlərin əhalisi

Hillary Clinton vs Donald J. Trump. Kimin qalib gəlmək şansı daha çoxdur?

Resim
26 iyul 2016 - Deməli vəziyyət belədir. Paytaxt ərazisi də daxil olmaqla 20 ştatda Klintonun güclü üstünlüyü var. Trump isə 21 ştatda ciddi üstünlüyə malikdir. Möcüzə baş verməsə seçki günü bu 41 ştatdan gələn səslərə görə Klintonun 249, Trumpın isə 164 səsi olacaq. Digər 9 ştatdan gələcək 125 səsin taleyi məlum deyil. Rəy sorğularında bu iki namizəd arasında fərq 2 fazidən azdır. Mübarizə bu ştatlarda gedəcək: Florida (29 səs), Pensilvaniya (20), Ohayo (18), Corciya (16), Şimali Karolina (15), Arizona (11), Nevada (6), Ayova (6), Nyu Hempşir (4). Prezident olmaq üçün 272 səs toplamaq lazımdır. Bu səbəbdən Klintonun işi daha asan görünür. Məsələn, bu ssenari ilə Klinton yerdə qalan 9 ştatdan ancaq Floridada qələbə qazansa, prezident olacaq. Problem ondadır ki, çox böyük bir ehtimal seçkilərdə daha iki namizəd olacaq. Həmin iki namizədin isə kimə mane olub, kimə köməkliyi edəcəyini təxmin etmək üçün hələ çox tezdir. 04 oktyabr 2016 -  ABŞ prezident seçkiləri ərəfəsi mübarizə

Fizika üzrə 2016-cı ilin Nobel mükafatı hansı kəşfə verildi?

Resim
Bir az əvvəl 2016-cı ilin fizika üzrə Nobel mükafatı açıqlandı. Mükafatı ABŞ-dan olan üç fizikaçı bölüşdü. D.Tulez, D.Holdeyn və M.Kosterlitz mükafatı maddənin topoloji fazalarını və fazalararası keçidin nəzəriyyəsini verdiklərinə görə qazandılar. Topoloji fazalar təbiətin dərin, fundamental gerçəklikləri ilə əlaqədardı. Topoloji faza nədir? Orta məktəbdən maddənin 3 halını yəqin ki, çoxları bilir. Mayedən qaz, bərk haldan mayeyə və s. keçidlərin də səthi mexanzimindən demək olar ki, çox adam xəbərdardı. Maddənin bu 3 halı orta tərtibli temperaturlarda, normal şəraitlərdə hamıya məlum hallarıdı. Qütbdəki buzlaqlarda ən soyuq (-80° - -85°S), metaləritmə zavodlarında ən isti (3000°-4000°S) rast gəlinən temperaturlardı. Maddənin 4-cü, plazma halı da alovun içində, Günəşdə yenə yüksək temperaturda ortaya çıxır. Günəşin daxilində istilik 1000000°S tərtibdədi. Görünən odur ki, yüksək temperaturun, istiliyin sərhədi yoxdu, milyon dərəcələrə gedib çata bilir. (Nəzəri hesablamalara görə o

Xəyal qurmaq və yaşamaq uğrunda mübarizə haqqında

Resim
Qərb insanının əldə etdiyi uğurlardan biri də boş vaxtdı. İşdən, yuxudan sonra qalan vaxtda həyatlarını planlama və yaşama imkanları genişdi. Bizim ölkədəki bərbad sistem isə nəinki insanların azadlığını, həm də onların boş vaxtlarını da məhdudlaşdırır. Boş vaxt yalnız şəxsi işlər üçün deyil, həm də xəyal qurmaq, düşünmək üçün vacibdir. Xəyal qurmaq şəxsi həyatın məhsuldarlığını artıra bilər. Kaliforniya Universiteti, Psixologiya və Beyin Elmləri departamentinin araşdırmasına əsaslanaraq, xəyal quran iştirakçılar kreativ düşünmə testində digərlərindən 41% çox müvəffəq olublar. Elm adamları üçün xəyal qurmaq hətta əsas məsələlərdən biridi. A. Eynşteyn nisbilik nəzəriyyəsini ərsəyə gətirmək üçün uzun müddət xəyal qurmuşdu. Koqnitiv psixologiyada xəyalqurmanın 3 növünü ayırırlar:  1) Diqqətsizlik xəyalqurması: əsas fikir əməliyyatına və ətraf mühitə fokuslanmaq lazım olduğu halda xəyala dalmaq fikri cəmləməni dağıdır. Fikirli adam işini yerinə yetir bilmir, mənfi təsir əmələ

Oşonun Rolls Royce kolleksiyası. Rasionalizm spiritualizmə uduzurmu?

Resim
İntellekt sahibi, incəsənət xadimi bir paytaxt sakini, olduqca xüsusi bir nəsnə göstərəcəyini vəd edərək ehtiramla qutuları açmış, zərfin içindəki külü göstərmişdi-"Hindistandan gəlib, Sai Baba (hindistanlı bir quru-anadan olduğu kəndin yaxınlığında aeroport tikilib) barmaqlarını birbirə sürtür və bu kül yaranır" demişdi. Son dövrlərdə böyük bir mədəniyyətin zəif mirasçısı olaraq dünyanı ən çox dolamış uluslardan biri Hindistandır. İngiliscənin ən sərt aksentlərindən birinə sahib olduqları halda, youtube-da ingiliscə öyrənmək üçün videoların çoxu hind aksentlidir-aksentlərini düzəltmədən dünyaya ingiliscə öyrədirlər. SSRİ kimi kosmik ölkəni melodramaları ilə dəli eləmişdilər. Məşhur filmə 70 milyon sovet izləyicisi baxmışdı, filmlərinin əsas süjet xətti kasıbların fəzilətli olduğu idi-bəlkə də SSRİ-ə buna görə sərf edirdi.  Dünyanın başqa yöndən quruları ilə gic ediblər. Yerindən duran dünyaya ağıl öyrədir. Oşo, Krişnamurti, Çopra, Sai Baba-bizim adını eşitmədiyi

Respublikaçı və demokratlar arasında terminologiya müharibəsi

Resim
ABŞ konqresində 1955-1995 illər ərzində fasiləsiz olaraq çoxluq demokratların əlində idi. Demokratlar o qədər güclü idilər ki, bəzi illər konqresdəki nümayəndələri az qala 70 faizə çatırdı. Reyqanın ölkə üzrə böyük üstünlüklə prezident seçilməsi belə demokratların konqresdəki çoxluğuna mane ola bilmədi. Respublikaçılar bu vəziyyətdən o qədər bezmişdilər ki, partiyada ciddi dəyişikliklər etməyə, eksperimentlərə getməyə razı idilər. Beləliklə 1994-cü il aralıq seçkiləri zamanı Newt Gingrich və Dick Armey-nin rəhbərliyi ilə respublikaçılar “Contract with America” adlı bir sənəd hazırlayırlar. Bu sənəd partiyanın gələcəyə yönəlmiş platforması idi. Bu iki səhifəlik sənədin lüğəti, səmimi dili, sadəliyi o qədər güclü idi ki, çox qısa zamanda ABŞ-ın hər bir tərəfində danışılmağa başlayır. Nəticədə respublikaçılar 40 ildən sonra ilk dəfə konqresdə üstünlüyü qazana bildilər (Gingrich spiker, Armey çoxluq lideri seçilir). O zamandan bəri respublikaçılar qısa bir vaxt kəsimini saymasaq (

Müxalifətin prinsipsizliyi haqqında

Resim
2011-ci ildə yazıçı Rafiq Tağı dünyasını dəyişəndə əsas mübahisələrdən biri dindarlarla sekulyarlar arasında idi. Məlum məsələdir: Rafiq Tağı dindarların düşməni idi. Yazılarına görə dindarlar ona ölüm hökmü çıxardıb və dini yazısına görə həbsdə yatıb. Buna görə də dindarlar demək olar ki, onun öldürülməsinə sevinirdi. Həmin vaxt müxalifətin cəmləşdiyi İctimai Palata adlı bir qurum var idi. R.Tağının qətlindən bir neçə gün sonra İP-nın iclaslarının birində təklif olunmuşdu  ki, yazıçı 1 dəqiqəlik sükutla yad edilsin. O vaxt orada təmsil olunan Hacı İlqar İbrahimoğlu və digər mühafizəkar dindarlar buna etiraz etmişdi. Müxalifət liderləri də ölkədəki xalqın çoxunun dindar olmasını nəzərə alıb dindarların dediklərini etmişdilər. 2010-cu ildə "Alma" qəzetində türk yazıçı Turan Dursunun din mövzusunda yazısı tərcümə olunaraq dərc olunmuşdu. Yazı dindarların qəzəbinə səbəb olmuşdu.  Deyerler.org  (Hacı İlqar İbrahimoglunun saytı) başladı qınaq yazılar yazmağa, daha so

Toplumlar və Atomlar

Resim
Kütlə öz içindən çıxan düşünən, aydınladıcı, həqiqətləri deyən fərdləri qəbul etməyə çox vaxt meyilli olmur. Bu cür insanları cəmiyyət müxtəlif ittihamlara məruz qoyur, çəkib öz səviyyəsinə salır, özlərindən biri edənədək dirəşir, əlləşir. Vaxtaşırı eşitdiyimiz “o kimdiki!?”, “nə vaxtdan yazıçı olub!?”, “hər kitab oxuyan yazıçı olur!?”, “Özünə filosof deyir, amma heç nə bilmir!” və s. tipli qarayaxmaların, istehzaların olması elə həmin səbəbə dayanır.  Sosial nəzəriyyələrlə bu prosesin mahiyyəti, davametmə ardıcıllığı ətraflı öyrənilib, əsas və yan təsirləri müəyyənləşdirilib. Bu, bilinən məsələlərdi. Burda demək istədiyim səbəbin sosialdan daha dərin, daha fundamental əsaslara gedib çıxmasıdı. Ta atom və molekullar səviyyəsində fundamental əsaslara. Fiziki nəzəriyyələrlə bilinir ki, təbiətdə 3 növ paylanma var:  1. Maksvell-Boltzmann paylanması  2. Bouz-Eynşteyn paylanması və  3. Fermi-Dirak paylanması  Kainatın indiki quruluşu zərrəciklərin bu 3 növ paylanmanda k

Ana Yasa düzəlişlərilə bağlı təkliflərə dair düşüncələrim (ikinci yazı)

Resim
1. Tekst və kontekst. 1995-ci ildəki Konstitusiya layihəsini oxuyan kimi (tesktdən) anlayırdın ki, söhbət çox güclü, faktiki olaraq qeyri-məhdud Prezident hakimiyyətindən gedir. Dərhal hər şey aydın oldu, orası-burası olmadı. O tekstin konteksti də aydın idi. 1995-ci ilin Konstitusiyası - ölkənin deyil, neftin əsas qanunu oldu. Böyük neft şirkətləri və onların maraqlarını siyasətə daşıyan Qərb hökumətləri Azərbaycanda demokratik parlament, koalisyon hökumət və s. istəməyiblər. Onlar yalnız bir adamla danışmağı, yalnız onunla bütün işləri həll etməyi üstün tutublar (riskləri azaltmaq üçün). Həmin adamın şəxsiyyəti onları maraqlandırmırdı, təki o, hakimiyyəti əlində saxlaya bilsin. İş elə gətirdi ki, həmin adam Heydər Əliyev oldu. Amma Qərb üçün burası prinsipial deyildi - hakimiyyəti əlində saxlaya bildiyini təsirli şəkildə göstərən istənilən adamı dəstəkləyəcəkdilər. Konstitusiyada Prezidentə, faktiki olaraq, qeyri-məhdud hakimiyyətin verilməsi bir tək Heydər Əliyev'in şəxs

Ana Yasa düzəlişləri ilə bağlı təkliflərə dair düşüncələrim (birinci yazı)

Resim
1. Kiçik giriş hekayəsi. Roma imperatorluq dönəminə yenicə keçməyə başlayanda, imperatorların hakimiyyəti çox da güclü deyildi. Hələ xalqla hesablaşmalı, Senatın sözünə baxmalı olurdular. Sonra, öncə konsulların səlahiyyətlərini aldılar - icra hakimiyyəti və hərbi komandanlıq. Daha sonra, Pontifex Maximus'un səlahiyyətlərini - dini ayinlərin baş icraçısı. Ondan sonra, senzorların səlahiyyətlərini - vətəndaşların əmlak vəziyyətləri, gəlirləri və vergiləri haqqında məlumat toplamaq, seçki siyahılarını hazırlamaq, seçki dairələrini təşkil etmək. Ən sonda tribunların səlahiyyətlərini aldılar - Senatın qərarlarına veto qoymaq. Bütün bunlar xalqın razılığı, hətta tələbilə edildi. Beləcə, Roma respublikalılığını itirdi. George Washington ABŞ Prezidenti seçiləndən sonra camaatın arasına çıxdı, camaat da "Yaşasın Kral!" bağırdı. Camaat elə bilmişdi ki, Amerika İngilis kralından qurtuldu, indi öz kralı olacaq. Amma elita respublika qurmaqda israrlı oldu. 1918-ci ildə Azər

Türkiyə və insanlıq haqqında 5 status

Resim
Məndən tez-tez soruşurlar ki, filan şey haqqında nə düşünürsən, mən də bütün sualları cavablandıran belə bir post yazmaq qərarına gəldim. (Zarafat edirəm, heç kim məndən heç nə soruşmur. Sadəcə digərləri kimi vacib biri olduğumu göstərməyə çalışıdım ). Deməli son günlər Türkiyə haqqında düşündüyüm, amma, yazmadığım bir neçə statusu bu postda birləşdirdim. Reaksiyanın olsa, müzakirəni davam edə bilərik. *** Status #1. Hərbi çevriliş etmək, əlbəttə ki, cinayətdir və qəbuledilməz bir məsələdir. İllər ərzində əri tərəfindən döyülən arvadın ərini baltalaması kimi bir şeydir. Etməli deyilsən. Dözməlisən. Nöqtə! Bununla bərabər, insanları çölə çıxardıb, siyasi rejimi güc ilə istefaya göndərmək də düzgün deyil. Başqa məsələr də qəbuledilməzdir, məsələn, seçkilərin saxtalaşdırılması, konstitusiyanın elitanın mənafeyinə uyğun dəyişilməsi. Sadəcə, seçkinin saxtalaşdırılması və konstitusiyanın dəyişilməsindən fərqli olaraq, siyasi rejimin hərbi və ya inqilab yolu ilə dəyişdirilməsinə ək

İkinci kvant inqilabı - Avropa elmin yeni beşiyinə çevrilir

Resim
Kvant fizikasının gətirdiyi inqilabi yeniliklər nəinki ölkələr, artıq qitələrarası rəqabətə çevrilməyə başlayıb. Mayda Hollandiyanın ev sahibliyi etdiyi Avropa Kvant Konfransında “Kvant Manifesti”nin bəyanatı verilidi. “Kvant Manifesti”nin məqsədi elm, mühəndislik, sənaye və sahibkarlıq fəaliyyətilə müştərək olaraq kvant texnologiyasının bütün potensialını ortaya çıxarmaqdı. Konkret olaraq, manifestin bəyanatında məqsədi belə açıqlanır: Avropanı ikinci kvant inqilabında dünyada lider halına gətirmək. İkinci kvant inqilabı elə də uzaq deyil, 2018-ci ildən başlayaraq 2035-ə qədər davam edəcək texnoloji revolyusiyanın adıdır. Birinci kvant inqilabı 1900-cu ildə dahi fizik Maks Plankla başladı, 20-30 il ərzində Nils Bor, Verner Heyzenberq, De Broyl, Eynşteyn, Pauli, Şredinger, Dirak kvant nəzəriyyəsinin bazasını qurdular. Əsrin ortalarında nəzəri fizik Feynman nəzəriyyəni interqal yolu ilə yenidən işləyib hazırladı. Buna baxmayaraq “mən kvantı başa düşə bilmirəm, amma işləyir” dedi

Mendeleyev cədvəlində element erməni alimin şərəfinə adlandırıldı

Resim
Bir həftə əvvəl dekabrda kəşfləri təsdiqlənən 4 kimyəvi elementə yeni, maraqlı adlar verildi. Həmin 4 elementlə Mendeleyevin periodik cədvəli tamamlanmışdı və elm aləmində böyük sevinc doğurmuşdu. Bu haqda həmin vaxtlarda yazmışdım . Cədvəlin son elementləri ağır və radioaktiv olduqlarından ancaq laboratoriya şəraitində alınır. Təbii ki, ion sürətləndiricləri yeni elementlərin kəşfində əsas rolu oynayır. Məsələn, Almaniyada, Darmştadda yerləşən və illik büdcəsi 108 milyon avro olan GSİ Helmholz araşdırma mərkəzinin UNİLAC adlı akssleratoru. Keçən ilin sentyabrında mərkəzdə olarkən həmin ion sürətləndirici vasitəsilə bizim qrupun da gecə-gündüz növbəli, yorucu eksperimentləri olmuşdu. Mərkəz ona görə əsas araşdırma bazalarından biridir ki, periodik cədvəldəki 6 element (Bh, Hs, Mt, Ds, Rg, Cn) orda kəşf olunub. İyunun əvvəlində yenilərə verilən adlara nəzər salmağa dəyər:  --113-cü elementə “Nihonium” (Nh) adı yaponların şərəfinə verilidi. Bu elementi Yaponiyada RİKEN akssle

DNT-nin ikinci qatı kəşf edildi

Resim
Hollandiya fizikaçıları genetika ilə bağlı apardıqları araşdırmada DNT-də ikinci qat informasiya kodlandığını tapıblar. Bu nəticə genetikada uzun müddət ehtimal olunan görüşün təsdiqidi. DNT zəncirində 3 milyard hərfin unikal ardıcıllğı hər insanın özünəməxsus bədən quruluşu, sifət cizgiləri, göz, dəri rəngi, hətta yeriş tərzini və s. təyin edir. Nəzərə almaq lazımdı ki, həmin 3 milyard cüt hərf də cəmi 4 hərfdən təşkil olunub. Bu haqda və ümumiyyətlə, valideyn-uşaq oxşarlığı, qohumların oxşarlıq dərəcəsinin genetik səviyyədə mücməl izahını bir neçə ay əvvəl yazmışdım . Həmin yazımda əsas məsələ hərflərin ardıcıllığıdı. Başqa cür ifadə edəsi olsaq, hərflərin ardıcıllığı DNT-nin daşıdığı birinci qat informasiyadı. Sözügedən araşdırma isə DNT-də ikinci qat şifrələnmiş informasiya haqdadı. DNT zəncirində nəinki hərflərin ardıcıllığı, həm də zəncirin hansı formada bükülməsi, qıvrılması, burulması, bir sözlə hüceyrənin nüvəsi içində paketlənmə üsulu da informasiya daşıyır. Bu, birba

Xalq Cümhuriyyəti barədə yanlış inamlar haqqında

Resim
Bu gözəl bayram münasibəti ilə hər birinizi təbrik edir və cümhuriyyət dəyərlərini doya-doya yaşamanızı arzu edirəm)) Bəzən AXC haqqında deyirlər ki, bəs o dövlətin olmasından o vaxtki əhalinin xəbəri olmayıb filan. Düzdür, o zaman savadlı insan az idi deyə bütün hekayəni yaradan insanların sayı bir o qədər də çox deyildi, amma bu yaxınlarda bu məsələylə bağlı maraqlı bir şey öyrəndim. Sən demə cümhuriyyətin yaranmasını elan edən Milli Şuranın üzvləri 1918-ci il yanvarın 5-də Rusiyada Müəssislər Məclisinə seçilən şəxslər imiş O dövr çox maraqlı və qarışıq dövrdür. Bizimkilər birləşib bir yerdə giriblər seçkilərə və düz 600 min səs toplayıblar. O zaman Azərbaycan əhalisin təxminən 2 milyon olduğunu və qadınların səs vermədiyini düşünsək bu möhtəşəm nəticədir. Maraqlıdır ki, dindarlar cəmi 60 min səs yığa bilib. Bu məsələdə yaxşı bir gediş edib cümhuriyyətçilər. Seçkidən əvvəl din xadimlərinin seçicilərə təsir etməsini qadağan edən bir qanun qəbul etdiriblər. Ona görə də dindarl

Böyük rus ədəbiyyatının mənfi cəhəti

Resim
Rus ədəbiyyatı böyükdür, bunu hər kəs anlayır. Rus ədəbiyyatının bizim ədəbiyyata, özəlliklə ədəbiyyata münasibətimizə təsiri danılmazdır. Amma burada önəmli məqam var. Onun haqqında heç danışılmır, ona görə də çox şey hazır həqiqət (şablon) kimi qəbul olunur. Ədəbbiyyata bir tekst kimi baxsaq, daha doğrusu ədəbbiyyatın çeşidli tesktlər arasında (kontekstdə) yerini görməyə çalışsaq, maraqlı görüntü yaranır. Tekstlər müxtəlif olur: qəzet tekstləri, məhkəmə tekstləri, parlament tekstləri, elmi və fəlsəfi tekstlər və s. Bədii tekst (ədəbiyyat) bunlardan yalnız biridir. Rus ədəbiyyatının böyüklüyü, amma eyni zamanda həm də problemi ondadır ki, o, tekstlər arasında sadəcə biri deyil, birincisidir. Rusiya'da bədii ədəbiyyat başqa tekstlərdən öncə yarandı, böyüdü, gücləndi. Rusiya'da qəzetlərin, məhkəmələrin, yerli özünü-idarəetmənin, parlamentin, elmin, fəlsəfənin və s. olmadığı bir vaxtda dünyanı, ölkəni, təbiəti və s. anlamaq üçün yalnız bədii tekst yararlı ola bildi. &qu

"Telefonların zaryadkası" bitməyəcək

Resim
Bu yaxınlarda Almaniyanın alternativ enerji mənbələrindən hasil etdiyi təmiz enerji əhalinin tələbatını demək olar ki, tamamilə qarşıladı. 15 dəqiqə müddətində sayğaclar tərsinə işləyərək əhaliyə əlavə pul qazandırdı. Almaniya 2050-ci ilə kimi planlaşdırdığı bu nailiyyətə, görünür, vaxtından əvvəl nail olacaq. Elmə və texnoloji gəlişimə üstünlük verən digər dövlətlər də oxşar planlar işləyib hazırlamaqdadırlar. Bizdə də təmiz enerji üçün böyük imkanlar var və bunlardan konkret olaraq ikisi ( günəş və dənizin dalğa enerjisi) haqqında daha əvvəl yazmışdım. Böyük miqyaslarda bu cür potensial enerjilərdən əlavə kiçik şkalada da alternativ enerji mənbələri var. Məsələn, telefonun, tabletlərin batereyasına bəs edəcək qədər enerji mənbəsi mümkündür və hal-hazırda nanotexnologiya üzrə araşdırma qruplarından bəziləri sırf bu işlə məşğuldurlar. Belə mənbələrdən biri gündəlik geydiyimiz köynəklər ola bilər. Xüsusi növ materialdan hazırlanmış köynəyi geyinirsiniz, hərəkət etdikcə həmin köyn

Hüquq, yoxsa Məntiq?

Resim
Yunanlar, eyni suala çeşidli cavabların olduğunu görəndə, doğru cavabı axtarmağa girişirdilər. Romalılar belə durumda doğru cavabı deyil, faydalı cavabı tapmağa çalışırdı. Nəticədə, Yunanlar məntiqi yaratdılar, Romalılar - hüququ. Təktanrılı dinlər yaranandan sonra, özəlliklə Xristianlıqda kilsənin bu işdə rolu böyük oldu, hüququ məntiqə tabe etdirdilər (haqqın Tanrıdan gəldiyini iddia edən teokratik nəzəriyyələr). Oyanma (Renessans) və Aydınlanma (Enlightment) çağlarında hüququ məntiqdən ayırmağa çalışdılar (haqqın insan təbiətindən doğduğunu iddia edən təbii hüquq nəzəriyyələri). Yenilənmə (Modern) Çağında dövlət dini özündən ayıra, bütün ictimai işlərdə hakim mövqe qazana bildi və bununla hüququ yenidən məntiqə tabe etdirdi (pozitivist və normativist nəzəriyyələr). Sonradan, beynəlxalq hüququn və təbii hüquq nəzəriyyələrinin yeni örnəklərinin ortaya çıxmasıyla hüquqla məntiq arasında məsafə yenidən böyüməyə başladı. Məntiq ən çox və daha yaxşı hakimiyyətin tətbiq olunduğu

"İlham Əliyev də status-kvonun tərəfdarıdır"

Resim
Bu gün Qarabağ problemi ətrafında heç bir ciddi proses yoxdur. Sadəcə İlham Əliyevin korrupsiya əməllərini ifşa edən "Panama Papers" adlı sənədləri və məsələni ört-dasdır etmək, manatın devalvasiyası, iqtisadi krizis və sosial problemləri gündəmdən çıxarmaq üçün Qarabağ kartı hakimiyyət tərəfindən istifadə edildi. Əslində isə status-kvo nə idisə, indi də odur. Dəyişən bir şey yoxdur! Nə Rusiya bizi dəstəkləyəndir, nə Minsk Qrupu məsələyə ədalətli yanaşandır, nə Qərb bizə dəstək durandır, nə də Ermənistan geri çəkiləndir. Bir sözlə, nə dünya dəyişib, nə Azərbaycan... Vyanada Əliyevlə Sarkisyanın görüşündən heç bir gözlənti olmamalıdır. 10 ildən çoxdur, görüşürlər, bu da görüşlərdən birisi olacaq. Hər iki prezidentə Qarabağ probleminin olduğu kimi qalması sərf edir. Bu gün yalnız Sarkisyan və Ermənistan deyil, İlham Əliyev də status-kvonun tərəfdarıdır. Çünki Qarabağı geri almaq üçün savaşmaq lazımdır. Savaş da indiki hakimiyyət üçün əlavə risklər, ruslarla problemlər dem

"Həyat necə yaranıb?" sualına cavab axtarılır

Resim
Milyardlarla il öncə həyatın yaranmasına səbəb olan molekulyar rəqs müasir elmdə qaranlıq sirlərini biri olaraq qalır. Dəqiq "xoreoqrafiya" zaman içində itirilmiş olsa da elm indi "rəqsin" əsas addımlardan biri müəyyən oluna biləcəyini deyir. Almaniyada kimyaçıla erkən yer üzündə mövcud olmuş, DNT, RNT və hüceyrənin enerji mexanizmlərinin əsas tərkib hissəsi olam purin (C5H4N4) adlı birləşmələrin yayılmasına yol açan kimyəvi maddələr haqqında hesabat hazırlayıblar. Abiogenez nəzəriyyəsinə görə ilk olaraq RNT yaranmışdır. Hazırkı elmi məlumatlara görə ilk uzun RNT zənciri genetik məlumat daşıyır və kimyəvi reaksiyalarda katalizator rolu oynayırdı. Bu iki funksiya həyatın təkamülü üçün əsaslardan biridir. Lakin RNT zəncirinin özünün necə yarandığı, necə yayıldığı və "RNT dünyası"na necə yol açdığı qaranlıq qalırdı. RNT 4 fərqli fundamentdən ibarətdir: Adenin (A), Quanin (G), Urasil (U), Sitozin (C). 8 il öncə ingilis kimyaçı Con Saderlandın başçılıq e

Millətçi siyasətin bizdən gizlətdiyi qəhrəmanlarımız

Resim
“Azərbaycanın qızıl ulduzları” kitabı. Iki dildə nəşr olunub: azərbaycan və rus. Təzəlikcə əlimə keçib. Oxuyub görürəm ki, II Dünya müharibəsi (Böyük Vətən müharibəsi) zamanı Azərbaycan SSR-dən Qızıl Ulduz alan, yəni Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 121 nəfər olub. Onlardan 42-si azərbaycanlıdır, təxminən bir o qədəri də ermənidir. Bunlardan 24-ü Qarabağda doğulan ermənilərdir. Yerdə qalan qəhrəmanlar isə müxtəlif millətlərdən olan (rus, yəhudi, tatar, ukraynalı və sair) Azərbaycan SSR vətəndaşlarıdır. İnternetdən tapdığım məlumatlara görə hətta aralarında Fəxri Xiyabanda basdırılanları da var, məsələn Kuturqa İvan Vasilyeviç (kazak), Levin Semyon Samuiloviç (yəhudi), Fedorenko Stepan Alekseyeviç (ukraynalı) . Eləcə də II Fəxri Xiyabanda basdırılanı var, Şlyaxturov Pyotr Petroviç (Şamaxı rusu), amma çox təəssüf ki, bu qəhrəmanlar haqda vikipediyada azərbaycan dilində məlumat yoxdur. 121 nəfərin içində ilk olaraq Sovet İttifaqı Qəhrəmanı adina layiq görülən şəxs azərbay

Dostoyevski "Krımnaş", Turgenev "Rusiya dağılsa, yaxşıdır" deyərdi

Resim
Zamin Vəzir Hacı  dünən bir status yazmışdı Tolstoyla Dostoyevski haqqında, onu oxuyanda ağlıma gəldi. Sözsüz ki, ikisi də böyük ədibdirlər. Amma mənim şəxsi təəssüratım budur ki, ictimai həyata adekvat yön göstərmək nöqteyi nəzərindən Turgenev ikisini də üstələyir. Məsələn, Brokqauz və Efronun ensiklopediyasında Turgenev haqqında məqalədə qeyd edilir ki, onun Rusiyada təhkimçilik hüququnun ləğvinə birbaşa təsiri olub. Çünki çarın bu yöndə fikirlərinin formalaşmasında Turgenevin əsərləri şəksiz rol oynayıb. Məsələ burasındadır ki, Rusiya 19-cu əsrdə həll ediləcək məsələləri gətirb çıxardıb 21-ci əsrə, bizi də zibilə salıb. Dostoyevski haqqında çəkilən serialda bir epizod var, Turgenevlə dialoqdur (şərhdə linkini yerləşdirəcəm). Tarixdə birbaşa belə dialqoun olduğunu bilmirəm. Amma orada hər ikisinin dilindən səsləndirilən fikirləri ayrı-ayrı yerlərdə yazıblar. Dialoq Krım müharibəsinə münasibət ətrafındadır. Ona baxanda elə təəssürat yaranır ki, Dostoyevski indi yaşasaydı, &

Məmurlardan hesabat tələb edən təşkilatdan çıxırıqmı?

Resim
Azərbaycan hökumətinin Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Platformasının dünən çıxardığı qərara münasibəti hələ ki, bəlli deyil. Lakin bu məlumata ictimai reaksiyaların zəif olmasından belə anlaşılır ki, cəmiyyətdə bu platformanın həm mahiyyəti, həm də əhəmiyyəti ilə bağlı yetərincə informasiya yoxdu.   Qısaca onu deyim ki, indi dünyada məmurlardan öz gəlirləri barədə vətəndaşlarına məlumat təqdim etməyi, dövlət orqanlarından öz fəaliyyətləri barədə hesabatları bütün detallarına qədər vətəndaşına açıqlamağı, insanların öz problemlərinin həlli üçün idarəetmədə iştiraka şərait yaratmağı, vətəndaş cəmiyyətinə hərtərəfli sərbəst fəaliyyət üçün meydan verməyi minimum standart olaraq tələbə çevirən yeganə təşəbbüsdü. İkinci belə platforma və ya beynəlxalq təşkilat yoxdur ki, bütün bu məsələlərin hamısını bir yerdə hökumətlərin stolunun üzərinə qoysun. Dünən bu platforma Azərbaycanı aktiv üzvlük statusundan məhrum etdi. Platfrormanın dəyər və prinsiplərinin qorunması ilə bağlı siyas

Vaşinqtonun korrupsiyası və Trump

Resim
ABŞ-ın establişment mətbuatı Trumpı yıxmaq üçün əlindən gələni etdi. Amma orada camaat arasında establişmentin "political correctness", siyasi etika-filan söhbətinə münasibət, bizim camaatın AzTv-yə münasibəti kimidir. Söhbət onda deyil ki, ona dəstək verənlər müsəlmanlara, yaxud afroamerikalılara düşməndir, ya da ki, Trumpın bütün səyləmələri ilə razılaşırlar. Tam əminəm ki, bu belə deyil. Söhbət ondadır ki, onun antiestablişment ritorikası (tutaq ki, bizdə YAP əleyhinə, Hadı Rəcəbli, Zahid Oruc, Hacıbala, Abel və s. əleyhinə söhbətlər kimi) o qədər ürəkləri oxşayır ki, o qədər camaat korrupsiyalaşmış Vaşingtondan boğaza yığıb ki, Trumpın bütün çatışmazlıqlarını mətubat nə qədər diqqətə çatdırsa da, camaat vecinə almadı, göz yumdu. Bu sanki bizdə müxalifətin AzTv-dən söyülməsi kimi bir şey idi. Tam əks effekt verirdi. Yalnız bir ciddi fərq də var idi ki, Trumpın özünün də ABŞ Tv-lərə mütəmadi şəkildə çıxmaq imkan olurdu. Sanki primitiv, qaraguruh, savadsız bir müxalifə

İstəmədiyin ixtisasda oxumaq, sevmədiyin qadınla evlənmək kimi ... - Nail Zeynalov

Resim
Bizim vaxtımızda ali məktəbə qəbul imtahanından əvvəl 15 ixtisas yaza bilirdin. Mən jurnalistikanı 10-cu yazmışdım. Sınaq imtahanlarında 600-650 bal toplayırdım deyə, birinci yazdığım yerə qəbul olacağımdan o qədər əmin idim ki, ilk 3 yerdən sonra next next next eləmişdim. Bir an olsun, jurnalistika barədə düşünməmişdim. İstəmədiyin fakültədə "oxumaq", sevmədiyin qadınla evlənmək kimi bir şeydir. Sevmədiyi qadından başını götürüb çayxanalarda, orda-burda gün keçirən ərlər kimi, mən də dərs vaxtları hardasa domino oynamışam. İndi dostluğumda olan müəllimlərim xatırlamaz, amma mən universiteti onların sayəsində bitirmişəm. Qulu müəllimin, Akif müəllimin, dostluğumda yoxdu deyə adlarını işarələyə bilmədiyim müəllimlərin sayəsində. Neçə dəfə qovulmaq ərəfəsində, bu dəqiqə "boşanacağıq" dediyim anda Ali müəllim məni rektorun əlindən alıb qaytarıb dərsə... Bir-iki ay sonra yenə, yenidən... Məlum məsələdi, jurnalistikanı sevmirdim, sevmirəm, bütün bunlar

Patrik Balakiyanın Pulitzer mükafatı alması haqda - Cavid Ramazanov

Resim
Məşhur Pulitzer mükafatının bu ilki ədəbiyyat, poeziya üzrə qalibi erməni Patrik Balakiyan oldu. Bilən bilir, Pulitzerin qalibi olmaq dünya şöhrəti deməkdir.  Hansı daşın altını qaldırırsan, mütləq bir erməni çıxır. Dünya səviyyəsində saysız-hesabsız adamları var. Ermənilər arasında oxumaq, dil öyrənmək, sənətlə məşğul olmaq daim təşviq olunur. Bizimkilər ermənilərlə dolma-badımcan, zurna-balaban kimi yox, belə məsələlərdə rəqabət aparsaydı, indi xeyli qabaqdaydılar. Erməni olanda nə olar, adam gərək düşmən saydığından da nəsə öyrənsin.  Bizdə isə neft pulları adam yetişdirməyə yox, mərmər-betona, şəxsi eqoları sığallamağa xidmət elədi. Beş-altı uşağı xaricə oxumağa göndərirdilər, indi o da olmayacaq, ən azı bakalavr oxumağa gedənlər olmayacaq. Erməni diasporası isə, Ermənistanın hansısa ucqarında bir balaca istedad qığılcımı olan gənc görəndə, Amerikaya, Avropaya-filan aparıb, hər cür şərait yaradır ki, oxu adam ol, bizi təmsil et. Strategiya, uğur belə qurulur. Bizim məmu

"Ölkə düzgün yoldadırmı?"

Resim
ABŞ-da demək olar ki, hər ay "ölkə düzgün yoldadırmı?" adlı sorğu keçirilir. Bu sorğu ilə hökümətin siyasətinə əhalinin reaksiyanı öyrənirlər. Son 13 il ərzində elə bir sorğu olmayıb ki, ölkənin düzgün yolda olduğunu deyən insanların sayı, yanlış yolda olduğunu deyənlərdən çox olsun. Bununla bərabər düzgün istiqamətdə olduğunu deyənlərin sayı demək olar ki, heç vaxt 35 faizdən yuxarı olmayıb. Yalnız bir dəfə, düz 13 il qabaq əhalinin əksəriyyəti (50%-41%) ölkənin düzgün yolda olduqlarını deyib. Həmin zaman ABŞ əsgərləri İraqda döyüşürdü. Vüqar Salamlı - 03 aprel 2016 ( https://www.facebook.com/vugar.salamli/posts/10153875743871348 )