Kayıtlar

Nisan, 2016 tarihine ait yayınlar gösteriliyor

İstəmədiyin ixtisasda oxumaq, sevmədiyin qadınla evlənmək kimi ... - Nail Zeynalov

Resim
Bizim vaxtımızda ali məktəbə qəbul imtahanından əvvəl 15 ixtisas yaza bilirdin. Mən jurnalistikanı 10-cu yazmışdım. Sınaq imtahanlarında 600-650 bal toplayırdım deyə, birinci yazdığım yerə qəbul olacağımdan o qədər əmin idim ki, ilk 3 yerdən sonra next next next eləmişdim. Bir an olsun, jurnalistika barədə düşünməmişdim. İstəmədiyin fakültədə "oxumaq", sevmədiyin qadınla evlənmək kimi bir şeydir. Sevmədiyi qadından başını götürüb çayxanalarda, orda-burda gün keçirən ərlər kimi, mən də dərs vaxtları hardasa domino oynamışam. İndi dostluğumda olan müəllimlərim xatırlamaz, amma mən universiteti onların sayəsində bitirmişəm. Qulu müəllimin, Akif müəllimin, dostluğumda yoxdu deyə adlarını işarələyə bilmədiyim müəllimlərin sayəsində. Neçə dəfə qovulmaq ərəfəsində, bu dəqiqə "boşanacağıq" dediyim anda Ali müəllim məni rektorun əlindən alıb qaytarıb dərsə... Bir-iki ay sonra yenə, yenidən... Məlum məsələdi, jurnalistikanı sevmirdim, sevmirəm, bütün bunlar

Patrik Balakiyanın Pulitzer mükafatı alması haqda - Cavid Ramazanov

Resim
Məşhur Pulitzer mükafatının bu ilki ədəbiyyat, poeziya üzrə qalibi erməni Patrik Balakiyan oldu. Bilən bilir, Pulitzerin qalibi olmaq dünya şöhrəti deməkdir.  Hansı daşın altını qaldırırsan, mütləq bir erməni çıxır. Dünya səviyyəsində saysız-hesabsız adamları var. Ermənilər arasında oxumaq, dil öyrənmək, sənətlə məşğul olmaq daim təşviq olunur. Bizimkilər ermənilərlə dolma-badımcan, zurna-balaban kimi yox, belə məsələlərdə rəqabət aparsaydı, indi xeyli qabaqdaydılar. Erməni olanda nə olar, adam gərək düşmən saydığından da nəsə öyrənsin.  Bizdə isə neft pulları adam yetişdirməyə yox, mərmər-betona, şəxsi eqoları sığallamağa xidmət elədi. Beş-altı uşağı xaricə oxumağa göndərirdilər, indi o da olmayacaq, ən azı bakalavr oxumağa gedənlər olmayacaq. Erməni diasporası isə, Ermənistanın hansısa ucqarında bir balaca istedad qığılcımı olan gənc görəndə, Amerikaya, Avropaya-filan aparıb, hər cür şərait yaradır ki, oxu adam ol, bizi təmsil et. Strategiya, uğur belə qurulur. Bizim məmu

"Ölkə düzgün yoldadırmı?"

Resim
ABŞ-da demək olar ki, hər ay "ölkə düzgün yoldadırmı?" adlı sorğu keçirilir. Bu sorğu ilə hökümətin siyasətinə əhalinin reaksiyanı öyrənirlər. Son 13 il ərzində elə bir sorğu olmayıb ki, ölkənin düzgün yolda olduğunu deyən insanların sayı, yanlış yolda olduğunu deyənlərdən çox olsun. Bununla bərabər düzgün istiqamətdə olduğunu deyənlərin sayı demək olar ki, heç vaxt 35 faizdən yuxarı olmayıb. Yalnız bir dəfə, düz 13 il qabaq əhalinin əksəriyyəti (50%-41%) ölkənin düzgün yolda olduqlarını deyib. Həmin zaman ABŞ əsgərləri İraqda döyüşürdü. Vüqar Salamlı - 03 aprel 2016 ( https://www.facebook.com/vugar.salamli/posts/10153875743871348 )

"5 günlük" müharibənin nəticələri

Resim
Pozitiv: 1) Ordumuz qarşısına qoyulan vəzifələri icra edə bilər, əsgərimiz mərddir, qəhrəmandır, 2) Xalqımız bağışlayandır, qələbəyə acdır, 3) Cəmiyyətin bütün kəsimləri vətən torpaqlarının qaytarılması məsələsində yekdildir, 4) Qarabağ yeganə mövzudur ki, iqtidar-müxalifət yanaşması, aşağı-yuxarı, eynidir. Neqativ: 1) Cəmiyyətimiz asan manipulyasiyaya uyandır, 2) Küyə düşən əemiyyətdə ayrı fikir, fərqli düşünmə təklifi eşidilmir, "kütlə" effekti yaranır, insanlar ancaq eşitmək istədiklərini tələb edirlər. Bir çox siyasətçilər də məsuliyyətsizcəsinə populizmə yuvarlanırlar, 3) Hökumət əhalini qaza gətirdi, amma bu proses kortəbii və düşünülməmiş addımlardan ibarət oldu. Bəs indi cəmiyyətdə yaranan suallara kim və necə cavab verəcək, 4) Nə qədər güclü orduya malik olsaq da, torpaqlarımızın güc yolu ile qaytarılmasının mümkünsüzlüyü bir daha ortaya çıxdı. Sülh yolu ilə də torpaq qayıtmayacaq, deməli her iki yolu birləşdirən, bir-birini tamamlayan "hibrid" yol ta

Pulsuz vətəndaş fəallığı haqqında

Resim
Düşünürəm ki, bəzi sadə həqiqətləri yeri gəldikcə dönə-dönə təkrar etməliyik. Odur ki, onlardan birini mən deyim. Ən böyük bəlalarımızdan biri biganəlikdir. "Əşi nəyimə lazımdır?" sualıdır. Hər kəs siyasətlə məşğul olmalı deyil. Biganəlik deyəndə tək ictimai-siyasi fəallığı nəzərdə tutmuram. İndi sadaladığım sahələrdə çoxlu işlər görmək olar: - qonşumuzda 3-4 nəfər məktəbli uşağı müəyyən edib onlara dərslərini etməkdə kömək edə bilərik.   - ehtiyacı olan adamlara könüllü sadə ingilis dili dərsləri keçə bilərik   - 5, 6 nəfər məktəbli müəyyənləşdirib, onlara mentorluq edə bilərik. Muzeyə, kinoya, gəzməyə apara bilərik. Onlara kitab oxuya bilərik.   - boş qalmış yerlərdə ağac əkə bilərik - dostları, tələbə yoldaşlarını yığıb sahil zonalarını plastik zir-zibildən təmizləyə bilərik - qonşuluqda olan yaşlı insanlar müəyyənləşdirib həftədə bir dəfə gedib evlərini yığışdıra, zibillərini ata, onlara yemək bişirə, bir az söhbət edə bilərik   - marağı olan evdar xanımlara interne