Vətəndaş kimliyinin vacibliyi barədə
Var çoxhüceyrəli monolit orqanizm, bir də var çox sayda birhüceyrəlidən ibarət koloniya. Koloniyaya bir təpik vuranda darmadağın olur. Orqanizmi isə elə asanlıqla dağıtmaq mümkün deyil. Bu müqayisədən çıxış edəndə bizim əhali koloniyadır, bütöv xalq yox. Tənzimlənməyən, yaxud bəlkə də qəsdən bu cür tənzim olunan kənar təsirlər dörd əsas cəbhə açıb: Qərb, Rusiya, Türkiyə və İran yönümlü. Balans siyasəti deyilən şey əslində bundan ibarət idi: kənar güclərə (senyorlara) hər birinin gücünə uyğun olaraq vassallıq etmək, eyni zamanda hamısına vassallıq etmək və senyorlar arasında dəngələrin dəyişməsinə uyğun olaraq vassallıq şkalalarında dərəcələrə yenidən baxmaq. Bunun başlıca iki nəticəsi olur: 1. Senyorlarla əlaqələr əsasən ayrı-ayrı şəxslərə tapşırıldığı üşün, gec-tez hakimiyyət daxilində qruplaşmaların yaranması labüd olur. Monolitlik pozulur, asan dağılmağa meylli koloniya yaranır. Senyorlardan hər hansı biri regionda qəti üstünlük qazanarsa, öz qruplaşmasını yuxarı başa ke