Kayıtlar

Ocak, 2016 tarihine ait yayınlar gösteriliyor

Sözün çəkisi

Resim
Dünya siyasətində, əsasən də iqtisadiyyatında, bazarlarda, birjalarda xəbərin, sözün, sözü deyən insanın, onun çəkisinin çox böyük önəmi var. Məsələn, ABŞ FED Başqanı Janet Yellenin açıqlama edərkən hər sözü, hər ifadəsi, hətta mimikası belə milyard dollarlarla ölçülür. Yellen mətbuat konfransinda elə bir ifadə işlədə, söz deyə bilər ki, bir anlıq dünya birjalarında dollar ya qalxa, ya enə, əmtəə ya dəyərlənə, ya da dəyərdən düşə bilər, bəzən onun 1 cümləsinin dəyəri hətta 1 trilyon dollar ola bilər. Avropa Mərkəzi Bankının Başqanı Mario Draghi də elə bir gücə, çəkiyə malik insanlardan biridir. Bir neçə gün əvvəl mətbuat konfransında bir cümlə işlətdi ki, AMB bazarlara likvid vəsait verməkdə davam edəcək, aylıq alım proqramını 80 mlrd. avroya yüksəldəcək və bu proqram 2016-nın sentyabrında deyil də, 2017-ci ilin martında bitəcək. Həmən bütün dünya birjaları yüksəlişə keçdi, əmtəələrin qiyməti qalxdı, 2 günə Avropa və dünya birjalarının artım dəyəri 400 mlrd. avro civarında oldu.

"Sovet vaxtı" yalanları

Resim
Camaatın güzəran dərdi artan kimi kommunistlər çıxdı yenə meydana. Yağlı vədlər və nağıllarla camaatın başını piyləyirlər. Elə bil o dövrdə yaşamamışıq. Tək-tək izah edirəm. - 3 manata "kommunalnı". Daha doğrusu evin kirayə haqqı. Sovet qanunlarına görə yaşadığın ev sənin deyil, dövlətin idi. Sən orada kirayəşin sayılırdın. Yüz milyonlarla sovet insanı dövlət babanın kirayəşini idi. - 22 manata kurort. Mən, sovet dövründə pioner düşərgəsinə belə gedə bilməmişəm. Valideynlərim heç vaxt kurorta gedə bilməyib. Ora gedə bilmək üçün "yuxarılardan" tanışın olmalı idi. - 10 manata 1 kq qara kürü. Axxx. Allah nə verdisə uydururlar eeeee. Mən, ömrümdə ilk dəfə qara kürünü, güləcəksiniz, İstanbulda yemişəm. Rəhmətlik Süleyman Əliyarlını əməliyyat etmişdik, o da hədiyyə olaraq Bakıdan gətirmişdi. Bir də, Bakıda işləyərkən MTN işçisi bir tanışımla söhbət əsnasında öyrəndim ki, uşaq vaxtı bunlar kürü yeməkdən bezirmişlər. Atası KGB işçisi idi. Sadə camaat heç vax

Texnoloji yenilikləri kimlər edir?

Resim
Bir neçə gün əvvəl “Mercedes-Benz”in motorlarının istehsal olunduğu əsas zavodunda oldum. Almaniya və dünyadanın müxtəlif nöqtələrindəki istehsal olunan “Mercedes” markalı minik və yük avtomobilləri, avtobuslar, xüsusi təyinatlı maşınlar üçün motorlar burda istehsal olunur, yığılır, lazımı yerlərə daşınır. Bundan da əsası motorların ən kiçik hissəsinə qədər burda istehsal olunmasıdı. Məsələn, bu ilin aprelindən dünya bazarına girəcək və yeni E-klasslarda istifadə olunacaq yeni model dizel motor OM 654 artıq yığılmaqdadı. Yığılma prosesi ilə tanış olduq. Təbii ki, effektiv iş rejimlərinə heyran olmamaq mümkün deyil. Bu haqda daha əvvəl “Mercedes”in əsas zavodunda olarkən yazmışdım. Maraqlananlar üçün link şərhdə var. Burda “Mercedes” adının, keyfiyyətinin arxasında duran əsas səbəbi yazmaq yaxşı olar. “Araşdırma və Gəlişim” (Research and Development) divizyasında çalışan mexanika mühəndisləri, fizikaçılar, kimyaçılar və s. bu prosesin əsas aparıcı qüvvələridi. Amma yüksək keyfiyyə

Bəzi miflər haqqında...

Resim
Son dövrdə hökumətyönlü mətbuatda bir neçə tezis müzakirə olunur və Azərbaycanın düşdüyü bu çətin, ağrılı böhrandan çıxış üçün bəzi təkliflər xilas yolu kimi vətəndaşlara sırınmağa çalışılır. Mif nömrə 1: “Azərbaycan yüklərin tranzit mərkəzinə çevriləcək, Şərqdən Qərbə, Şimaldan Cənuba yüklər bizim üzərimizdən keçəcək, ölkə çoxlu pul qazanacaq” – Bu tezisi söyləyənlər ya coğrafiyanı yaxşı bilmirlər, ya da tranzit yükdaşımalarının gəlirlilik səviyyəsi haqqında məlumatları yoxdur. İlk öncə onu deyim ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti və nəzərdə tutulan Rusiya-İran dəmir yolu xətti doğru qərarlardır, amma bu ölkənin xilas mənbəyi deyil. Dünyada tranzitdən nəzərəçarpacaq qədər pul qazanan 2 ölkə var: Panama və Misir, hər ikisi də böyük su kanalları hesabınadır. Dəmir yolu tranzitindən pul qazanıb dolanan ölkə yoxdur. Azərbaycan ölkə olaraq, ən yaxşı halda bu iki dəmiryolu layihəsinin işləməsindən, yük tranzitindən ildə 50-60 mln. dollar pul qazana biləcək, bu da pis deyil, amma

Neftdən daha səmərəli istifadə haqqında Natiq Cəfərli və Bəxtiyar Hacıyev arasında debat

Resim
Natiq Cəfərli: - Bir barel neft 159 litrdir, emaldan sonra 168 litr olur, emal nəticəsində: 1) 102 litr benzin, 2) 30 litr dizel, 3) 25 litr aviakerosin, 4) 6,8 litr mazut, 5) 1 litr maşın yağı, 6) 120 ədəd şam alınır. Bu hökumət 22 il mərmər parklara, səkilərə, bir yolu 10 dəfə təmir etməyə, mənasız idman oyunlarına xərclədiyi on milyardlarla dollara 2 böyük, müasir, dünyada yaxşı analoqu olan neftayırma və neft-kimya zavodu tiksə idi, indi 30 dollar olan nefti emal edib, 300 dollara satardıq. Elə 120 şamı 25 sentdən satsa idik, həmin 30 dollar edərdi. Heç olmasa, bu addımı atsa idilər, bu günə düşməzdik, jmıx haqqında düşünməzdik. Çox köhnə, savadsız və "vizion"suzdurlar. Nə isə... ( 14 yanvar 2016 ( https://www.facebook.com/natig.jafarli/posts/10207331074048779 ))

Geridəqalmış xalq yoxdur

Resim
Xalq haqqında istənilən mühakimədən uzaq durmuşam. Birincisi, mən sosioloq deyiləm ki, bu haqda rahat mühakimə yürüdəm. İkincisi də, Azərbaycan xalqı kosmosdan gəlmə istisna xalq ("exceptional nation") filan deyil. Onlar da hamı kimi insandır, sadəcə harda, necə yaşamaqları onların fikirlərinə, mədəniyyətinə, adət-ənənəsi və s. kimi davranış və düşüncə formalarına təsir edir (yəni, "combination of factors" məsləsidir). Mən xalqa bağlı mühakimələrdə, çox zaman irqi bir duruşun şahidi oluram, sanki biz beyin və ruh olaraq digər xalqardan fərqliyik, geri qalmışıq və s.. Elm sübut edir ki, beyin olaraq (yəni bioloji) geridəqalmış xalq deyilən bir fenomen yoxdur. Xalq da, millət də, sosioloji hadisədir. Bizim "xalqın təbiəti" dediyimiz ayrıca bir nəsnə də yoxdur, kulturoloji fərqliliklər var, vəssalam. Olsa-olsa, bunun adını mədəni diskriminasiya qoymaq olar ki, onsuz da biz məhz mədəni olmamağımızdan şikayətçiyik. Yoxsa, xalqa irqi müstəvidə yanaşmaq kimi y

Hüqo və 3-cü Napoleon

Resim
1848-ci ildə 3-cü Napoleon seçkilərdə qalib gələrək Fransanın ilk xalq səsverməsi yolu ilə seçilən prezidenti olur (doğrudan 70 faizdən çox səslə seçilir) . Qanuna görə o cəmi bir dəfə seçilə bilərdi. Lakin 1851-ci ildə o, parlamenti qanunu dəyişdirməyə vadar edir. Bundan sonra prezident 10 il müddətinə və bir nəfər üçün bu postu tutmaq limiti olmadan seçimək hüququ əldə edir. Vaxtilə, 3-cü Napoleonun ilk seçkisində onu dəstəkləmiş Viktor Hüqo bu dəyişiklikdən sonra açıq şəkildə Lui-Napoleonu satqın adlandırır, respublikanı məhv etməkdə günahlandırır. Lui Napoleon opponentlərini sıradan çıxartmaq üçün ölkədə kütləvi repressiyalara başlayır. Minlərlə adam həbsxanalara atılır, xeyli adam mühacirətə gedir. O cümlədən, Viktor Hüqo da əvvəl Brüsselə, oradan da Normand (Kanal, La-Manş) adalarına qaçır və mühacirətdə ikən Lui-Napoleona qarşı sərt mübarizəsini davam etdirir. Lui-Napoleonsa prezidentliklə kifayətlənməyərək, özünü bir müddət sonra imperator 3-cü Napoleon adlandırır.

Erkin Qədirli millətçiliklə bağlı

Resim
Millətçilik anlayışımla bağlı aydınlatma söz vermişdim. Buyurun, oxuya bilərsiniz. 1. Millətçilik etnik qavramdırmı? Mənim üçün deyil. Mən etnik qavramları siyasətə daşıyanlardan deyiləm. Bununla belə, millətçiliyin, şübhəsiz ki, bir etnik kökə bağlı kulturoloji çərçivələri olur. Tamamən əlaqəsiz (dil, din, adət-ənənə, birgəyaşayış və s. bağları olmayan) xalqların ortaq millət formalaşdırması mümkün deyil. Müstəmləkəçilik çağında Avropa'dan hər iki Amerika qitəsinə köçmüş və sonradan Afrika'dan kölə şəklində oralara köçürülmüş qrupların çeşidli Amerikan dövlətləri yaratması faktı, söz etdiyim çərçivələr məsələsində istisna sayıla bilməz. Çünki həmin qruplar oraya xalq kimi deyil, mühacir, macəraçı, sahibkar, dindar, hərbçi, cinayətkar, qaçqın və s. halında getmiş, orada gəlmə olduğunu anlamış, bu anlayışla barışmış və bunun nəticəsində hər şeyi, belə demək olarsa, sıfırdan başlamışlar. Çeşidli coğrafi (məsələn, Yaponiya) və ya siyasi (məsələn, Ermənistan) səbəblərdən

Gerçək SSRİ və gerçək Rusiya...

Resim
Acemoğlu və Robinsonun "Xalqların çöküş"ü əsərində Sovetlərlə bağlı maraqlı qeydlər var. Müəlliflərin istifadə elədiyi faktlar göstərir ki, Əfqanıstana müdaxiləyə qədər SSRİ-nin iqtisadi imkanları Qərb üçün kifayət qədər böyük görünüb - gerçəkdə olduğundan. Müəlliflər yazır: "Sosalist inqilabından dərhal sonra Leninlə danışıb bolşeviklərin gerçək niyyətini anlamaq və onlarla anlaşmaq üçün amerikanlar gənc diplomat Bullitin və dövrünün ən intellektual və tanınan qəzetçisi Steffensin təmsilçiliyilə nümayəndə heyətini Rusiyaya göndərdi. Qayıdandan bir müddət sonra Steffens heyranlıqıa yazırdı ki, SSRİ təkamül planı olan inqilabi dövlətdi. Sonralar Steffens yenə SSRİ-də oldu və ondan yaxın tanışları "demək Rusiyadaydın" deyə soruşanda, "Yox, gələcəkdəydim və mən artıq gələcəyi görmüş sayılıram" deyə cavab vermişdi. 20-30-cu illərdə Qərbin Sovetlər haqqında təsəvvürü bu idi. Hətta Xruşşov 1956-cı ildə BMT tribunasından Qərbə xitabən "Sizi göməcəyi

Yerdə balaca Günəş yaratmaq mümkün olacaqmı?

Resim
Dünən bəşəriyyət yeni enerji mənbəyinə keçid istiqamətində böyük bir addım atdı. Almaniyada çoxistiqamətli araşdırma cəmiyyəti Maks Planka məxsus bir institut elə özlərinin araşdırma bazalarında etdikləri eksperimentin fotolarını Tvitterdə paylaşdı. Fotolarda nüvə birləşmə reaksiyalarını aparmaq üçün dizayn olunmuş qurğunun ilk dəfə işə salınması əks olunub. İndiyə qədər nüvə reaksiyalarından əldə olunan enerjidən və onun fəsadlarından, özüylə gətirdiyi təhlükələrdən yəqin ki , çox adam xəbərdardı. Güclü enerji mənbəyi olsa da, indiki nüvə reaktorlarından, zavodlarından çıxan tullantılar, zibillər insanları radiasiya təhlükəsinə məruz qoyur. Yaponiyada belə bir zavodda tək bir blokun dağılmasının belə faciəvi nəticələri hələ də qalmaqdadı, uzun müddət də qalasıdı. Məsələ orasındadır ki, bu tip zavodlarda müxtəlif elementlərin nüvələrini (əsasən Uran nüvəsi) parçalayıb enerji alırlar. Amma tərs proses, nüvələri birləşdirib də enerji almaq olar və bu enerji əvvəlkinə nisbətən 1000

Lider gözləməyin

Resim
Cəmiyyətimizdə lider(lər)in olmadığından gileylənən çoxdur. Gileyin təməlində yanlış qavrama var. Lider - insan deyil, funksiyadır (oynanılan roldur). Bu funksiyaya ehtiyac olmayanda, lider də olmur. Daha doğrusu, heç kəs lider ola bilmir. Liderlik "bugündən mən sizin lideriniz olacağam" sayağı iddialarla gerçəkləşmir. Bəzən liderlik iddiasız bir adamın əlinə keçə bilir. Liderlik funksiya olduğuna görə, şəraitdən doğan məqsədə çatmaq gözləntisindən asılıdır. Elə bir gözlənti   (şərait) yoxdursa, lider də olmur. Örnək: Sürücülər bilir, Bakı'da yaranan böyük tıxaclarda, hərəkət işıqlarının işləmədiyi və ya onlara önəm verilmədiyi, ortada polisin görünmədiyi hallarda, bir də görürsən, sözün əsl mənasında yoldankeçən bir nəfər, çıxır yolun ortasına və başlayır sürücülərə göstəriş verməyə. Ona qədər sürücülər aramsız siqnal verir, pəncərələrdən bir-birinə söyüş söyürdü, amma bir adamın ortaya çıxıb hərəkəti nizamlamağa başlamasından sonra, hər kəs onun göstərişlərinə

Tək gömrüyü dəyişməklə islahat olmaz

Resim
Bütün saytlar, qəzetlər xəbər paylaşıb ki, gömrükdə idxal inhisarçılığı ləğv edilir, yanvarın 1-dən bu sahədə pozitiv dəyişikliklər olacaq. Əvvəla onu deyim ki, inhisarçılığın aradan qaldırılması (əgər olacaqsa) təbii ki, pozitiv addımdır, illərdir buna çağırışlar etmişik, amma neft 36 dollar olmalı imiş ki, belə bir addım atılsın, sonra da xalqı qınayirlar ki, neftin qiymətinin düşməsinə niyə sevinirsiniz. Amma, hər şey belə bəsit deyil, fikirlərimi izah etməyə çalışacağam, sonra da birgə müzakirə edək. İlk öncə onu deyim ki, əgər inhisarçılıq var idisə, bunu hamı bilirdisə və bir qərarla ləğv etmək mümkürdürsə, niyə illərdir, bunu etmirdilər? Niyə söhbət ancaq idxal inhisarşılığından gedir, bəs ixracatda inhisarçılıq davam edəcək? İnhisarçılıq aradan götürüləndən, gömrük rüsumları leqallaşandan sonra rəqəmlər artacaq, illərdir büdcəyə daxil olan gömrük rüsümlarının azaldılmasını bəs necə izah edəcəklər? 22 ildir büdcədən gizlədilən milyardların hesabını kim verəcək? Yaxşı, gömr

Beyin yeniliklərə sürətlə adaptasiya olunur

Resim
Sürix universitetinin araşdırmaçıları smartfonlardan fəal istifadə edən adamların beynini öyrənərək müəyyən ediblər ki, onların beynində əl barmaqlarını idarə edən somatosensor qabıq xeyli böyüyüb və güclənib (smartfon istifadə etməyən adamlarla müqayisədə). Sensor qadjetləri işlətmək üçün gərəkən əl vərdişləri insanlıq tarixində yenilikdir. Yeni və davamlı vərdişlər beyində yeni düzən yaradır, genomda kodlaşır və yeni nəsillərə ötürülür. O deməkdir ki, bu gün sensor qadjetlə rdən aktiv istifadə edənlərin uşaqları bu məsələdə valideynlərindən daha başarılı olasıdırlar. Ancaq onlar bu üstünlüyün qarşılığını hansı funksiyalarda geriləmə ilə ödəyəcəklər - burası hələlik məlum deyil. Araşdırma rəhbəri Arko Qoş yazır ki, bu, beyin üçün evolyusiya nümunəsidir. Beyin yeniliklərə sürətə adaptasiya olunur, lakin adaptasiyanın doğurduğu quruluş dəyişmələri heç də həmişə müsbət nəticələnmir, bir çox hallarda digər vacib funksiyaların zəifləməsinə yaxud pozulmasına səbəb olur.     Bir şeydə