Kayıtlar

2015 tarihine ait yayınlar gösteriliyor

Natiq Cəfərli böhran haqqında yazır - 08.12.2015

Resim
Ölkəmiz çox ağır və uzunmüddətli böhranın ortasına doğru sürətlə irəliləyir. Bizim tənbəl və savadsız hökumətimiz zamanı boşa xərclədi, imkanlarımızı tükətdi, daha az ağrılı, insanlarımıza az təsir edə biləcək islahat aparma imkanlarını yelə verdi. Dövlət qurumlarımız da, iqtisadiyyatımız da terapeftik üsullarla, “iynə-dərmanla” artıq sağalmayacaq, bu fürsəti qaçırdıq, indi cərrah üsulları ilə, əməliyyatla, ağrılı və sancılı reabelitasiya dövrü ilə dövlətimizi və iqtisadiyyat ımızı sağaltmalıyıq. Çətin olacaq, sancılı olacaq, amma indi əməliyyat etməsək, çürüklərimizi kəsib atmasaq, bütün “bədən” qonqrena verəcək, dövlətimiz də, müstəqilliyimiz də təhlükə altına düşəcək. 

Elmi uğur və onun əziyyəti barədə

Resim
Danimarka kralı Tiko Brahiyə Hven adasını bağışlayır, adada quracağı rəsədxananın-Uraniborqun bütün xərclərini qarşılayır. Brahi uzun illər ərzində o zamana qədər aparılmış ən dəqiq müşahidələri aparır. Kepler (ağır revmatizm xəstəsi, gözləri zəif olsa da müasir optika nəzəriyyəsinin qurucusu, atası sərsəri, anası psixi problemləri olan biri, şəhərdən şəhərə gəzib iş axtarır, bir tərəfdən İnkvizisiyanın cadugərliklə günahlandırdığı anasını müdafiə edib üstəlik onun həbsxana xərclərini çəkərkən bir tərəfdən Kopernikin sistemini müdafiə etdiyi üçün din xadimlərinin hücumuna məruz qalır, üstəlik Brahinin varislərinin ardından şəhər şəhər gəzib onlardan əsərlərində Brahinin müşahidələrindən istifadə etmək üçün icazə almağa çalışır) bu mükəmmələ yaxın müşahidələrə əsaslanaraq planetlərin dairəvi deyil elliptik orbitlərdə hərəkət etdiklərini sübut edir, əslində aradakı fərq sadəcə çox incə müşahidələrin ortaya çıxaracağı qədər kiçikdir (Kilsənin qəbul etdiyi dünyagörüşündə göylər müqəddə

Erkin Qədirli Nardaran hadisələri haqqında yazır

Resim
Nardaran'da baş verənlərlə bağlı yazmaq istəmirdim. İndi də istəmədən yazıram - "nədən heç nə yazmırsınız?" sayağı çoxsaylı sualları cavabsız qoymamaq üçün. Do ğrusu, ilk dəfədir ki, önəmli ictimai hadisəylə bağlı açılmış mövzuya girməyə həvəssizəm. Niyə? Çünki hər iki tərəf haqsızdır. Nə Nardaranlılar özlərini bu dövlətin vətəndaşı kimi aparır, nə də iqtidar bu dövlətin hökuməti kimi davranır. Dövlət yanaşması yoxdur. Kiçik örnək. Nardaran'da "İmam Hüseyn Meydanı" var, deyirlər. Oranın sakinləri həmin yerə belə ad qoyub və hamı bu adı, onu sorğulamadan, qəbul edib. KİV-lər də oranı "İmam Hüseyn Meydanı" adlandırır. Hərçənd, o yerin rəsmi dövlət adı var (poçt ünvanı). Amma heç kim o rəsmi ünvanı dilə gətirmir. Niyə? Dövlət yanaşmasının olmadığına görə. Ya da "İslam Partiyası"nı götürək. "ReAl nə zaman partiya olacaq?", "ReAl'ın neçə üzvü var?" sayağı suallarla bizdən əl çəkməyənlərdən bir dəfə də eşitmədim

Vətəndaş kimliyinin vacibliyi barədə

Resim
Var çoxhüceyrəli monolit orqanizm, bir də var çox sayda birhüceyrəlidən ibarət koloniya. Koloniyaya bir təpik vuranda darmadağın olur. Orqanizmi isə elə asanlıqla dağıtmaq mümkün deyil. Bu müqayisədən çıxış edəndə bizim əhali koloniyadır, bütöv xalq yox. Tənzimlənməyən, yaxud bəlkə də qəsdən bu cür tənzim olunan kənar təsirlər dörd əsas cəbhə açıb: Qərb, Rusiya, Türkiyə və İran yönümlü. Balans siyasəti deyilən şey əslində bundan ibarət idi: kənar güclərə (senyorlara) hər birinin gücünə uyğun olaraq vassallıq etmək, eyni zamanda hamısına vassallıq etmək və senyorlar arasında dəngələrin dəyişməsinə uyğun olaraq vassallıq şkalalarında dərəcələrə yenidən baxmaq. Bunun başlıca iki nəticəsi olur:     1. Senyorlarla əlaqələr əsasən ayrı-ayrı şəxslərə tapşırıldığı üşün, gec-tez hakimiyyət daxilində qruplaşmaların yaranması labüd olur. Monolitlik pozulur, asan dağılmağa meylli koloniya yaranır. Senyorlardan hər hansı biri regionda qəti üstünlük qazanarsa, öz qruplaşmasını yuxarı başa ke

Dekabr ayının iqtisadi təhlili

Resim
Dekabr ayı həm siyasi, daha çox da iqtisadi anlamda çox maraqlı ay olacaq. Bir-birinin ardınca önəmli hadisələrin, dünya iqtisadiyyatına təsir göstərə biləcək qərarların olması gözlənilir. Bunların Azərbaycana da təsirləri olacaq, amma bizdə iqtisadiyyat olmadığından yeganə təsir həmişəki kimi neft qiymətləri və manatın məzənnəsi üzərindən olacaq: 1) Dekabrın 4-də OPEK-in növbəti toplantısı olacaq, Venesuella israrla lobbiçilik edir ki, hasilat kvotaları düşürülsün, neftin qiyməti, heç olmasa 60-70 dollara qalxsın. Amma Səudiyyə və digər OPEK ölkələri bu təklifə yaxın durmur, səbəbi də Səudiyyə və digər ərəb dövlətlərinin əbədi və əzəli rəqibi İran dövlətidir. OPEK 2011-ci ildə İranın təşkilat daxilində kvotasını ləğv etdi, indi isa İran dünyaya geri dönür, sanksiyalar qalxır, öz kvota payını geri istəyir. Bunun üçün gərək başqa dövlətlər payını azaltsın ki, OPEK-in ümumi istehsal kvotası (gündəlik 30-31 mln barel) artmasın. Amma heç kim bazar payını itirmək istəmir, çünki OP

Solçuların İran ümidləri

Resim
Keçən əsrdə fransız solçuları stalinçi, maoçu olub xəyalqırıqlığına uğradıqdan sonra İslam inqilabına ümid etmişdilər, o dövrdə Parisdə mühacirətdə olan Xomeyninin evinin qarşısında saatlarla növbə gözləyir, ondan müsahibələr alıb tanınmış qəzetlərdə dərc etdirirdilər. Michel Foucault ən qızğın tərəfdarlarından idi, inqilabdan əvvəl dəfələrlə İrana getmişdi, müxaliflərlə görüşüb Avropa qəzetləri üçün reportajlar hazırlamışdı. Xomeynini Parisdən Tehrana aparan təyyarədə xeyli jurnalist var idi, Fuko aeroportda gözləyirdi.   İnqilab baş tutduqdan həmən sonra yeni hökümətin metodlarının şahın metodlarından fərqli olmaması, həbslər və edamların sürətlə davam etməsi xəyalqırıqlığı yaratdı. Fuko "İran səhvinə" görə çox tənqid olundu.   Didier Eribon "Mişel Fuko" paylaşdı: Yalçın İslamzadə - 30 noyabr 2015-ci il ( https://www.facebook.com/yalchin.islamzade/posts/10207692272052037 )

İranlı rejissor Panahi haqqında

Resim
İnqilab sonrası İran totalitarizminin kinematoqrafiyaya xüsusi mistika səbəbi olduğunu fikirləşmişəm. Çünkü senzuranın bir digər üzü, alternativ yaradıcılığa səbəb ola bilir. Kiarostami, Makbalbax, Farhadi və ya Jafar Panahi üçün yuxarıdakı cümlə keçərliliyini sübut edib. Xüsusilə də, Panahi üçün. İran kinematoqrafiyasının "Yeni Dalğa" ustasının tragediyası, iyirmi il kino çəkməmək, ssenari yazmamaq, ölkədən çıxmamaqla birgə, altı illik həbs cəzasıdır. Və Panahi bunun müqabilində kameraman dostu ilə birgə "This is not film" adlanan sənədli film çəkir. "Film" olduqca sadədir, Panahinin evdə keçirtdiyi bir günü işıqlandırır. Panahi kameraya təzə yazdığı, lakin dövlət tərəfindən qadağan edilən ssenarisini səhnə-səhnə - yerə xəttlər çəkərək, telefonunu yataq metaforsı edərək, intihar haqda düşünən qızın yerinə özünü qoyaraq - canlandırır! Bəli, İran onu kinoya həsrət qoya bilər, amma fikirini əlindən ala bilməz. Film Cannes Film Festivalına bir tortun

Qabonun neftdən başgicəllənməsi

12 oktyabr 2004-cü il. Endi Denvud. BBC,Qabon.   Qabonun neftdən başgicəllənməsi...   "Biz qonşu ölkələrə gülürdük",-Qabonun paytaxtı Librevildəki limanları göstərərək,Parfe Çerubim deyir.   "Biz Kamerun və Ekvatorial Qvineyanı ələ salırdıq,çünki onlardan daha varlı idik.O deyir ki,"Amma indi bizdə infilyasiya,işsizlik və küçələrdə yoxsulluq var".20 il əvvəl Qabon Afrika lotereyasında xoşbəxtlik biletini çəkdi.Böyük neft ehtiyatları və 1 milyon əhalinin olması nikbin insanları Qabonu Səudiyyə Ərəbistanı ilə müqayisə edəcək dərəcədə aldanmasına səbəb oldu. Neft bumu Qabonda tikintilərin sürətlə artmasına səbəb oldu.Artan məmurlar ordusunu rahat kabinetlərlə təmin edən yeni nazirliklər göbələk kimi artırdılar.Ölkəni 1967-ci ildən fasiləsiz idarə edən Ömər Bonqo bütün ölkə ərazisində dəmiryolu tikintisinə başladı. Librevildə bir-birinin ardınca dəbdəbəli mehmanxanalar tikilirdi,fransız restoranları açılırdı,Qabonun paytaxtı isə adambaşına şampan istehlakına(is

Facebookdakı hakimiyyət trollarını necə təyin etmək olar?

Resim
Facebookdakı hakimiyyət trollarını necə təyin etmək olar? Bunun üçün sadə yollar var. Bir-iki Facebook alqoritmi bizə bu barədə kömək edir. Bunun üçün bizə birinci troll profilin ID nömrəsi lazımdır. Məsələn, 100009256644302 ID nömrəli istifadəçi. Bunun üçün bu   https://www.facebook.com/…/100009256644302/stories-commented   linkə tıklayırıq və həmin istifadəçinin hansı postlara rəy yazıb-yazmadığına baxırıq. Məsələn, gördüyünüz kimi Tony Starker adlı istifadəçi ancaq Meydan TV , Azadlıq Radiosu, AZTVdən Seçmələr kimi səhifələrə və Azərbaycanda İnsan Hüquqları barədə yazan nə səhifə varsa ancaq ora paz olub. Deməli bu trolldur. Verdiyim linkdəki rəqəmi silib, yerinə öz ID nömrənizi yazaraq yoxlaya bilərsiniz. Henk van Ess müəllim ( http://www.twitter.com/henkvaness ) bunun üçün bir onlayn alət işə salıb   http://graph.tips   adlı sayta girib birinci username yazırsınız (məndə cavid.aga) və GET FB ID tıklayırsınız. Sonra o ID-ni aşağıdakı qrafalara yazaraq mənim rəy yazdı

Qismət Məmmədzadə niyə efirdən kənarda qalıb?

Resim
ƏZİZ DOSTLARIM LÜTFƏN OXUYUN. Artıq neçə aydır ki mənə efirlərdə niyə görünmədiyim barədə suallar yazılır. Hər kəsə tək-tək cavab vermək imkanım olmadığı üçün ümumi olaraq bu statusla cavab yazıram.  Bu ilin aprel ayından etibarən facebook səhifəmdəki müxalif yönlü paylaşımlarıma görə (sonradan bir güvənli mənbədən öyrəndim ki, ən çox da M. Ə. Rəsulzadə ilə bağlı paylaşımlarıma görə) (!) Azərbaycan telekanallarına mənimlə bağlı qadağa qoyulub.  Belə ki aprel ayında ATV kanalının bir prodüseri zəng vuraraq öncədən dəvət etdikləri bir verilişə gəlməyimin daha lazım olmadığını bildirdi. Sonra İctimai TV-dən kliplərim yığışdırıldı.

Biz multukuturalistik və ya sabitlik lazımdırmı?

Resim
Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov: “Azərbaycan multikulturalizm, sabitlik baxımından bir adadır”. Yorulduq başa salmaqdan, yenə bildiklərini oxuyurlar: 1) Multikulruralizm iflasa uğramış bir yanaşmadır. Avropada multikulturalizm yanaşması labüd idi, çünki başqa ölkələrdən, başqa xalqlardan, mədəniyyətlərdən, millətlərdən ora axın var idi, amma bu yanaşma müasir “qettoların” yaranmasına səbəb oldu, Avropa köçənlərin mədəni, hüquqi inteqrasiyasına maneələr törətdi, ayrı-ayrı millətlərə və dil qruplarına məxsus məhəllələrin yaranmasına səbəb oldu. 2) Avropa indi bu yanaşmadan “vətəndaşlıq modelinə” keçir, yəni, məsələn, fransız, alman millət deyil, vətəndaşlıq tanımıdır. 3) Multikulturalizmin Azərbaycana aidiyyatı yoxdur, bizdə gəlmələr yoxdur, biz bir coğrafiyanın, bir mədəniyyətin, bir düşüncənin məhsuluyuq, multikulturalizm söhbəti bizi bölünməyə aparır. Bizdə də işlək tək model vətəndaşlıqdır, azərbaycanlı – millət deyil, vətəndaşlıq tanım

Tutduğumuz yol haqqında

Resim
90-cı illərin əvvəllərində əl-ələ verib fədakarlıq edirdik ki, müstəqil dövlətimizi qururuq, gələcəkdə övladlarımızın azad, demokratik cəmiyyətdə yaşaması üçün çalışırıq. Bəzən həyatımızla belə risk etməyə romantika kimi yanaşır, bunun bizim nəslin taleyinə yazılmış missiya olduğunu düşünürdük. Minlərlə azərbaycanlı gənc ailəsini, doğmalarını intizarda, səksəkədə qoyub ölkənin müdafiəsinə yollanır və nə qədər insan da bu yolda həyatını qurban verirdi. Bilirdik ki, bu yolda sə hvlər də olacaq, amma sonda mütləq nəsə alınacaq. Və alındı da, indi övladlarımız talanmış, alçaldılmış, əzilmiş bir ölkədə yaşamağa məhkumdular. Ən acınacaqlısı isə budur ki, bu ölkədə heç kəs "Bəs niyə belə alındı?" sualına cavab axtarmaq istəmir. İstəməmək bir yana, əksəriyyət uğursuzluğa səbəb olmuş düşüncədən nəinki xilas ola bilmir, hətta həmin zərərli düşüncəni durmadan yeni nəsillərə aşılamağa çalışır və bu işdə xeyli uğur qazananlar da var. Nəticədə də gələcək qurmalı olanların gözü keçmişdə

Kafka və qaysaqlamış yaralarımız

Resim
Deməli, Kafka həyatının son dövründə Berlinə köçür, həyatında ilk dəfə və son dəfə Dora Diamant adlı, 19-20 yaşlı qadınla bir yerdə yaşayır. Bir gün parkda gəzərkən, balaca bir qız uşağının ağladığını görən Kafka onun niyə ağladığını aydınlaşdırır.   Məlum olur ki, uşaq kuklasın itirib. Bu zaman özündən bir hekayə uyduran Kafa, qıza təsəlli olsun deyə, deyir: "Kuklan səfərə çıxıb". "Hardan bilirsən?" deyə qız soruşur. "Çünki mənə məktub yazdı". "Məktub səndədir?" "Yox, yadımdan çıxıb evdə qoymuşam amma sabah mütləq gətirəcəm".   Evə geri dönən Kafka məktubu yazmağa başlayır. Doranın dediklərinə görə, Kafka bütün əsərləri kimi, bu balaca qız üçün yazdığı məktuba da eyni cddiyətlə yanaşır. Kafka yalan yazmalıdır, amma elə yalan ki balaca qız inansın.   Sabahısı yenidən parka gedən Kafka, məktubu qıza göstərir, və onu qız üçün oxumağa başlayır. "Kuklan getdiyi üçün çox məyusdur, amma eyni insanlarla yaşamaqdan bezdiyi üçün s

Kütlə haqqında

Resim
1977-ci il 13 iyul axşamı Nyu-Yorkda mərkəzi elektrik paylayıcısına ildırım düşdüyü üçün şəhərin əksər hissəsi işıqsız qaldı. İqtisadi böhran səbəbindən o ərəfədə ölkənin, o cümlədən Nyu-Yorkun qaradərili əhalisi yoxsullaşmışdı. Qaradərili əhali işığın olmamasını fürsət kimi gördü. Kütləvi soyğunçuluq və vandalizm başladı:   - əksəriyyəti varlı adamlara məxsus olan 1077 mənzil və obyektin yandırılması; - 1500 mağazanın qarət olunması, sahibkarların 1 milyard dollar (indiki pul la daha böyük məbləğdir) mal və əmlak zərərinə düşməsi.   İğtişaşda 100 mindən çox qarətçi iştirak edirdi, onlardan 3800 nəfər tutulmuş, ancaq sonra buraxmışdılar (istintaq mümkün olmadı).   Maraqlı məsələ isə budur: 1965-də ABŞ-da enerji şəbəkəsində qəza üzündən ölkənin bir hissəsi işıqsız qalan zaman belə şey olmamışdı, əksinə, adamlar bir-birinə əlindən gələn köməyi etmişdilər. Çünki nisbi rifah vardı, o cümlədən qaradərili əhalinin də rifahı babat idi. Ancaq 12 il sonra eyni hal baş verir və tama

Avropada erməniləri sevirlər mi?

Resim
Mən, 40 yaşında bir həkiməm. Sumqayıtda doğulmuşam. Orada böyümüşəm. Valideyinlərimin kəndləri ilə o vaxt da, indi də sıx əlaqələrimiz var. Bunları niyə yazıram? Yəni, sizin çoxunuzun keçdiyi yerlərdən keçmişəm, yeyib-içdiyinizdən mən də yemişəm, içmişəm. Ailəmiz erməni ilə davada şəhid verib. Rusun topu evimizi-eşiyimizi dağıdıb. Hələ başımdan başqa şeylər də keçib. Hər şeyin öz zamanı var, necə deyərlər. Bizim erməni ilə davamızda Avropanın, xüsusilə də Fransanın erməniləri dəstəklədiyini düşünürük. Buna inanırıq. Bu fikrə sitayiş edirik sanki. Mən isə bu fikirlə razı deyiləm. Cəmiyyətimizdə sümükləşmiş bu ideyanı necə tərk etdim?

İspan qripi haqqında

Resim
1918-ci ilə başlamış və iki il ərzində 100 miyona yaxın adamı öldürmüş "İspan qripi" deyilən pandemiyanın çox maraqlı cəhəti olub. Ən sağlam, başqa sözlə ən güclü immun sistemi olan adamları öldürüb. Dünyanın hər yerində. Amazoniyada bir aborigen məskəni xaric. Heç bir dərmanın xeyri olmayıb. Xəstəlik öz-özünə çəkilib. Səbəb isə çox sadədir: daha öldürməyə müvafiq adam qalmamışdı. 2006-cı ildə bu virusun genetik materialı öyrənilərkən məlum olub ki, virus özlüyündə öldürücü deyil. Ancaq onun belə bir imkanı var: bədənə düşüncə immun sistem o həddə aktivləşirmiş ki, bədənin özünü öldürməyə başlayır, bir neçə gün ərzində ölüm labüd olurdu. 1918-20-ci illərdə dünyada o tip immun sistemi olan nə qədər insan var hamısının qırıldığı düşünülür. Ancaq hələ də bilinmir həmin adamların immun sistemində hansı "kodlar" varmış ki, virus onları aktivləşdirirdi.. Avropada orta əsrlərdə baş veriş pandemiya barədə də eyni versiya var. Yoluxanların heç də hamısı ölm

Beynəlxalq Cinayət Məhkəməsi haqqında

Resim
1998-ci ildə Roma'da Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunmasıyla bağlı BMT'nin Diplomatik Konfransı keçirildi. 5 həftə sürmüş həmin konfransda mən də iştirak etmişdim (əvvəlindən sonuna qədər). Bu məhkəmənin qurulmasıyla bağlı əksər danışıqların pərdəarxasını (mətbəxini) bilirəm. Həmin konfransda Türkiyə çox çalışdı ki, terrorizm Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilsin. Dəfələrlə təklif etdi, bu cinayətin tərifilə ba ğlı çeşidli layihələr verdi, işçi qrupların qapalı toplantılarında bir-bir aparıcı dövlətlərdən dəstək istədi və s. ABŞ'ın, Britaniya'nın, Fransa'nın, Rusiya'nın, Çin'in, Hindistan'ın, İran'ın, Səudiyyə Ərəbistanı'nın, İsrail'in necə buna qarşı çıxdığını yaxşı xatırlayıram.

Suriya böhranından çıxış yolu haqqında

Resim
Davamlı olaraq Suriya ilə əlaqəli dramatik məlumatlar (insan faciələri) yayılır (söhbət nələrdən getdiyi bilindiyi üçün detallaşdırmaq istəmirəm; izləmək belə emosional olaraq "ağırdır"). Bununla əlaqədar son dövrlər hamının, hardasa, fokuslandığı məsələ Avropa ölkələri və miqrant problemidir. Amma "miqrant məsələsi"nin özlüyündə problemin mahiyyətini təşkil etmir (ayrılıqda, "miqrant məsələsi"nin öz problematikası var; cari postda mənim mövzum bu deyil). Onun yarandığı kökd ür əsas problem (yəni hazırki kontekstdə müharibə). Onu da daha "liberallaşdırılmış" və daha "yüksəkssaylı kvota" ilə həll etmək mümkün deyil praktiki olaraq, mənim fikrimcə (bunu "bu da olmasın" deyə demirəm). Düzdür, Suriya problemi kimi komleks məsələni bir neçə cümləlik post yazmaq "müdrikliyi" ilə həll etmək iddiasında deyiləm. Amma Suriya vətəndaş müharibəsinin daha tez həlli, o cümlədən bugün gördüyümüz dramatik hadisələrin azaldı

"Qərb özü edir" klişesi haqqında

Resim
Son illər ən çox dolaşan klişeler, "tezisler", arqumentler: 1) Qərb nefte göre Liviyaya girdi, İraqa soxuldu, Misirdə inqilab elədi, Tunisdə Ben Alini devirdi; 2) Terror aktlarını Qərbin özü edir ki, Suriyaya qoşun yeritsin, 3) İŞİD'i, Ben Ladeni Qərb yaradıb. Bütün bunlara cavab yazacağam, bir az uzun alınacaq, əvvəlcədən üzr istəyirəm, həm də rica edirəm ki, cavab yazanlar diqqətlə oxusun, əks-arqumentlər gətirsinlər. 1) 20-ci əsr neft əsri idi, bu, danılmaz faktdır, əsrin ikinci yarısında dünyada geniş yayılmış fikir və tezis bu idi ki, neft tükənən resursdur, bir gün bitəcək və güc olmaq istəyən dövlətlər nefti ve onun daşınma yollarını nəzarətdə saxlamağı özlərinin prioriteti elan etdilər. Əsasən də 1973-74-cü illər böyük neft böhranından sonra ABŞ-ın əsas hədəfi neftə nəzarət idi. Bütün siyasət, müharibələr, müdaxilələr Qərbin çirkin oyunları neftə görə idi. ABŞ ve Avropa Ərəb monarxlarını ve diktatorlarını qoruyur, öz hərbi bazalarını buna uyğun qur