Kayıtlar

Mart, 2016 tarihine ait yayınlar gösteriliyor

Natiq Cəfərlinin terrorun qarşının alınması ilə bağlı proqnozu və təklifi

Resim
Avropada terror aktları artdıqca, günahsız insanlar vəhşilər tərəfindən qətl edildikcə, Avropanın siyasi xəritəsi dəyişəcək, növbəti illərdə millətçi, ifrat-sağ qruplar və siyasi partiyalar hakimiyyətə gələcək. Ölkələrdə gəlmələrə qarşı radikallıq artacaq, köçmənlərə qarşı qanunlar sərtləşdiriləcək, bu isə yeni aqressiyalar doğuracaq. Baş verənlərin bir çox səbəbi var, amma əsas səbəblərdən biri son 50 ildə Avropada yanlış və çox səhv “multikulturalizm” siyasətinin nəticəsidir. Əsli-astarı, konsepsiyası olmayan bu siyasət sonda “təbii gettoların” yaranmasına səbəb oldu, köçmənlərin iqtisadi, siyasi, içtimai inteqrasiyasına mane oldu. Avropa şəhərlərində “etnik məhəllələrin” yaranması köçmənlərin Avropaya inteqrasiyasının qarşısını aldı. Uzun illər də buna göz yumuldu, bu səhv siyasətə qulağa xoş gələn, yeni bir ad da qoydular – “multikulturalizm”. Həmin “təbii gettolarda” yaşayan köçmənlər dövlətdən hər cür kömək gördülər, öz ölkələrində orta sinfin qazandığından da çox sosial yard

2016-cı il 1918-ci ilə oxşayır

Resim
Birinci Dünya müharibəsindən sonra Avropada nə qədər avantürist var idi, hamısı olmuşdu populyar. Rasional düşüncə böhran yaşayırdı. Savad etibarilə orta səviyyəli, amma xariizmatik populistlər demokratiyanı dağıtmaq üçün elə demokratiyanın özündən istifadə edirdilər. Bunlar həm solçu olurdular, həm sağçı. İfrat sol yaranan yerdə ifrat sağ da qaçılmaz olur, yaxud tərsinə. Sonra elə oldu ki, ifrat sağ asta-asta Avropanın xeyli hissəsində hakimiyyəti ələ keçirdi. Telmandan tutmuş, Qramşiyə, İspaniya kommunistlərinə qədər hamısı sıradan çıxarıldı. İfrat sol ancaq SSRİ-də qaldı. Sonra bir-birinin qatı düşmənləri, Rusiyanı ələ keçirmiş ifrat sol və Avropanı ələ keçirmiş ifrat sağ 1939-cu ildə Molotov-Ribbentrop paktını bağladılar. Ardınca dünya müharibəsi başladı. Çünki ifrat sağ zəfər yürüşünə başlayırdı. Molotov-Ribbentrop paktı da uzun çəkmədi. Qatı düşmənlər müharibəyə başladılar. Almaniya hücum etdi. Amma hətta o hücum etməsə idi belə, bir az əvvəl Finlandiya ilə müharibə

Dünyanın sürətlə dəyişməsi haqqında...

Resim
Ölkəmizin iqtisadi vəziyyəti hər gün daha da çətinləşir, böhran artıq depressiyaya qədəm qoyub, amma hökumətin heç bir plan-proqramı yoxdur, sadəcə oturub neftin qiymətinin qalxmasını gözləyirlər. Amma dünya gözləmir, sürətlə dəyişir, yeni texnologiyalar, yeni yanaşma iqtisadiyyatın da mənzərəsini çox dəyişib, yeni qazanc mənbəələri yaranır, yeni peşələr meydana çıxır, yaxın 15-20 ildə bu gün olan peşələrin yarıdan çoxu tarixə qovuşacaq, iqtisadiyyat yeni çarxlar üzərində dönməyə başlayacaq, dünyada enerji inqilabı baş verəcək (proses artıq gedir). 150 il öncə dünyada ən çox yayılan peşələrdən biri küçə fənələrini yandırmaqla məşğul olan insanların peşəsi idi, elektrik çıxdı, o peşə də ölüb-getdi. Cəmi 60-70 il bundan öncə ən geniş yayılmış peşələrdən biri kammutatorlarda çalışan telefonçular idilər. Elektron ATS-lər yarandı, bu peşə də tarixə quvuşdu. Yaxın 15-20 ildə, məsələn, turizm agentlikləri silinəcək, böyük alış-veriş mərkəzləri silinəcək, hətta benzinlə işləyən maşınların

Dəyərlərin, qavramların, insanların yerinin dəyişik düşdüyü sistem... (istirahət günü yazısı, düşünmək üçün)

Resim
Dəfələrlə bu haqda yazmışıq, danışmışıq: İqtidarın dəyərlər üzərində qurulan hekayəsi, ideologiyası yoxdur. Belə bir sistemdə təbiidir ki, qavramların, həm də insanların yeri səhv düşür, sistem öz daxili “oyun qaydalarına” görə qavramlar formalaşdırır, həmin “oyun qaydalarını” həyata keçirmək üçün keyfiyyətsiz insanları önə çəkir. Çünki, o qaydalar tək bir hədəfə xidmət edir – maddi maraqlar üzərində qurulan sistemi qorumaq! Belə yanaşma siyasətdə, iqtisadiyyatda, biznesdə, mədəniyyətdə, elmdə, hətta musiqidə və sənətin digər sahələrində önə çıxır. Bütün bu sadaladığım sahələrdə dominant rolu hələ də, obrazlı desək, “sovetdən qalmalar” oynayırlar. Ölkənin idarəetmə elitasında nəsil dəyişimi olmayıb deyə, hər sahədə “elita” rolunu məhz “köhnələr” oynamaqda davam edirlər. Bu isə paradokslara gətirib çıxarır, məsələn: 1) Parlamentdə sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli məntiqlə vətəndaşların sosial rifahı üçün çalışmalıdır – amma təm tərsi, sosial sahədə hökumətin ma

"Ay aman qoymayın! Avropada delfinləri qırırlar"

Resim
Deməli hər 3-4 aydan bir İnternetdə “Danimarkada delfinləri vəhşicəsinə qırırlar” adlı məqalələr paylaşılır. Həmin məqalədəki foto həqiqətən çox qorxulu və tükürpədicidir. Amma, bəxtimdən, bu fotoları görməkdən öncə, mən 1-2 dəfə təsadüfən balinaların ovlanması haqqında detallı təsvirə rast gəlmişəm. Ona görə də həmin fotonu görəndə məsələnin nə olduğu haqqında google etmək qərarına gəlmişdim. Nəyə görə balinaları qeyd etdim. Çünkü həmin fotoda delfinlər deyil, balinalardır. Onların ovlanması prosesi isə çox ağırdır Balina ovu hələ eramızdan əvvəl də olub. 17-ci və 19-cu ərslər ərzində geniş yayılır. Çox bərəkətli heyvandır. Həm əti, həm də yağı çox istifadə edilirdi. Onlarla insanla dolu gəmilər bir balina ovlamaq üçün günlərlə okeanda axtarışda olurdular. Balina o qədər güclü heyvandır ki, əksər hallarda ov zamanı ciddi xəsarət alsa da, ovçuların əlindən qaça bilirdi. 20-ci əsrdə bu ov növü xeyli azaldı. Düz 30 il əvvəl isə balinaların kommersiya məqsədi ilə ovlanması qadağan e