Kayıtlar

Şubat, 2016 tarihine ait yayınlar gösteriliyor

Facebook-da "like" nə üçün yaradılıb? - Vuqar Salamlı yazır

Resim
Gəlin sizə bir şey danışım. Deməli, Facebook 2004-cü ilin fevralında yaranıb. “Like” düyməsi isə 2009-un fevralında təqdim edilib. Düz 5 il Facebook bu “Like”sız normal fəaliyyət göstərirdi. Amma, bu sosial şəbəkə o qədər böyüdü ki, istifadəçilərin yerləşdirdiyi materiallar, onların oxumaq qabiliyyətindən dəfələrlə çox oldu. Facebook “newsfeed” alqoritminin funksiyası istifadəçilərə onların oxuya bildikləri qədər material verməklə  yanaşı, həmin materialların onların maraqlarına uyğun olmasını təmin etmək idi. Əgər istifadəçilər uzun müddət sosial şəbəkədə özlərinə maraqlı olan məlumatları oxumasalar, əvvəl-axır ordan çıxası idilər. Bəs yüz milyonlarla istifadəçinin hər birinə maraqlı olan məlumatı necə müəyyən etməli? Bu işin həyata keçirilməsində “Like” düyməsi köməyə gəldi. Çoxları “Like” düyməsini hər hansı insana və ya təşkilata olan müsbət reaksiya vermək imkanı kimi qiymətləndirsə də, onun əsas funksiyası həmin insanların və həmin təşkilatların, o cümlədən onların yerlə

Nigar Köçərli müdafiə olunmalıdırmı?

Resim
Bir söhbət var ee: Hitlerin dövrü haqqında biri yazırdı ki, "həmkarları tutanda dinmədim, çünki həmkar deyildim, yəhudiləri tutanda dinmədim, çünki yəhudi deyildim" və s.. "sonda özümü tutmağa gəldilər, heç kim dinmədi, çünki hamı tutulmuşdu." İndi də bizim ictimai sektorun marginal qınağı bu istiqamətdədir. Bu, dindarların həbsində daha çox hiss olundu. Dindar olmayanların çoxu ən yaxşı halda dinmirdilər, yaxşı olmayan hallarda isə bizi şəriət dövlətindən qoruyan polisə tərif yağdırmağa qədər gedib çıxırdılar. Bu gün Nigar Köçərliyə qarşı qınaqlar görünür: kitabı baha satıb və s.. Bilmirəm, kitabları daha ucuz satmağın mümkün olduğu təqdirdə belə edib, ya yox, amma indi bu, əhəmiyət kəsb etmir. Məsələ yenə dəyərlərə, prinsiplərə gedib çıxır. Belə təkrarçılıq alınır ee, amma neynəyək ki, bu məsələdə "next" basılmır. Nigar xanıma qarşı olan əməl hüquq pozuntusudur, rüsvayçılıqdır. Bu barədə fikrini paylaşanda polislərin hərəkətini doyunca p

LIGO nə üçündür?

Resim
Kainatin kompleks ve içindəki qalaktikaların izotropluğu haqda əvvəl yazmışdım . Qısası belədir ki, teleskopla nə qədər uzağa baxmaq mümkündrsə, o qədər cox qədim tarixə baxmaq deməkdir. Ən yaxında Günəşdir, 8 dəqiqə əvvəli görürük. Canlı yayımda Plutondusa, 5 saat əvvəlin söhbətidir. Ən yaxın ulduz, Proksima Sentauridə hələ 2011-ci ildi. Xülasə, gecə nə qədər ulduz görünürsə, heç biri onların indiki halı deyil. Gürdüklərimiz min, milyon il əvvəlin ulduzlarıdır. Bu, bir tərərfdən yaxşıdır ki, uzağa baxdıqca real tarixi görüntüləri əldə etmək olur. Məsələn,13 milyard il əvvəlki protoqalaktika müşahidə olunub. Kainat da 13,6 milyard il əvvəl yaranıb. Bu yaxşı nəticədir ki, Big Bangdən sonrakı vaxtları birbaşa müşahidə edib öyrənmək olar.Amma burda bir məsələ var, özü də çətin məsələ. Güclü teleskoplarla kainatın 300 min il yaşı olandan müasir dövrə qədər keçmişi görmək olar.Amma ondan əvvələ mümkün deyil.Həmin vaxtı ulduzlar ,asteroidlər və s. heç bir göy cismi yoxdu.Yalnız plazma

Qravitasiya dalğaları tutuldu

Resim
Düz 100 il sonra Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə daha bir sübut bir neçə saat öncə elan olundu. Vaşinqtonda press-konfransda LİGO araşdırmaçıları qravitasiya dalğalarını observatoriyanın lazer interferometrlərində tuta bildiklərini dünya elm aləminə elan etdilər. LİGO və qravitasiya dalğaları haqda daha öncə yazmışdım. Link rəylərdə var. Tutulan dalğa 1,3 milyard il əvvəl toqquşub birləşən iki Qara Dəliyin toqquşmanın son saniyələrində yaratdığı qravitasiya dalğalarıdı. Söhbət kütləsi Günəşdən təxminən 30 dəfə çox olan iki massiv Qara Dəlikdən gedir. Birləşmə zamanı daha nəhəng tək Qara Dəlik alınır. Bu kataklizmik olayda Günəşdən 3 dəfə cox enerji açığa çıxaraq qravitasiya dalğalarına çevrilir. Həmin dalğalar keçən ilin sentyabrında LİGOda tutulmuşdu. O vaxtdan indiyədək analizlər getdi və bu gün həqiqətən də onların qravitasiya dalğaları olduğu təsdiqləndi. Kəşfin əhəmiyyətini başa düşmək üçün LİGO üzvlərinin rəylərinə baxmaq kifayətdi. “İnterstellar” filminin elm məs

ABŞ seçkilərində sosial media "müharibə"si

Resim
ABŞ-da seçki kampaniyası başlayandan mən namizədlərin sosial media fəaliyyətini diqqətlə izləməyə çalışıram. Son 2-3 aya qədər Hillari Klinton bu sahədə xeyli irəlidə idi. Deyilənə görə Klintonun sosial media komandası 2008 və 2012-ci ildə Obama üçün çalışan uşaqlardan ibarətdir. Fotolar, illustrasiyalar, mətnlər və digər vizual materiallar yüksək peşəkarlıqla hazırlanırdı və hazırlanmağa davam edir. Elə indini də götürsək, Klintonun seçki kampaniyasının peşəkarlığına heç bir namizəd yaxın dura bilməz. Amma, məsələyə orqaniklik və virus effekti qoşulanda hətta peşəkarlar belə məğlub ola bilirlər. Son 1 ay ərzində Sandersin sosial media fəaliyyəti Klintondan daha effektlidir (bəyənmələr, şərhlər, paylaşmalar və s.). Hələ üstəlik Sandersin səhifələrində məlumatlar Klintondan 2-3 dəfə daha az yerləşdirildiyini nəzərə alsaq, bu nəticə daha çox təsir baxışlayır. Hal-hazırda hər iki kampaniya çox fəal mübarizədədirlər. Klintonun çox güclü peşəkar iş təcrübəsi var. Qadın namizəd olduğ

ABŞ-da hakimiyyətə sosialistlər gələcək?

Resim
Bu gün ABŞ-da partiya daxili ilkin seçkilər başlayır. Respublikaçılar arasında yarış çox mürəkkəb olsa da, Demokratların cəbhəsində hər şey çox sadədir. Son 1 ildə keçmiş dövlət katibi Hillari Klintonun vahid namizəd olacağına heç bir şübhə yox idi. Amma, son 3-4 ayda özünü sosialist-demokrat adlandıran, 74 yaşlı senator Bernie Sandersin dəstəyini 5%-dən 40%-ə kimi qaldırmaqla bərabər, Klintonun vahid namizədlik yolunda ciddi problemlər yaratmağa başlayıb. Sandersin əldə etdiyi onlayn ianələr sayı isə sosial media inqilabı etmiş Obamanın 2008 seçki kampaniyasında bu mərhələyə qədər topladığı ianələri arxada qoyur. ABŞ-dan kənarda seçkiləri müşaidə edən insanların verdiyi ilk reaksiya budur: "Mümkün deyil ki, sosialist bir siyasətçi ABŞ prezidenti olsun." ABŞ-da rəsmən sosialist bir insanın prezident olması mümkündür. Artıq mümkündür. Və bu postda bu iddianın nəyə əsaslandığını izah etməyə çalışacam. ABŞ-a gəldiyim ilk günlərdən məni ən çox düşündürən suallardan biri o

Azərbaycanın 1990-1993-cü illər tarixinin çox qısa təhlili

Resim
Yaxın tariximizə aid analitika oxumaq həvəsi olanlar üçün yazı. Buyurun! Xoşunuza gəlsə, həm də yayın ki, bəlkə dostlarınız arasında başqa oxumaq istəyənlər də oldu. Öncədən təşəkkür! Azərbaycanın 1990-1993-cü illər tarixinin çox qısa təhlili 1990-cı ilin 20 Yanvar hadisələri əsnasında Ayaz Mütəllibov Moskva tərəfindən hakimiyyətə gətirilir. Yalnız bir məqsəd var idi: ölkədə yüksəlmkədə olan milli-azadlıq hərəkatının qarşısını almaq. O da bu işdə əlindən gələni əsirgəmirdi. Lakin Moskva və Kommunist partiyası da daha əvvəlki gücündə deyildi. Nəticədə, bütün SSRİ-də olduğu kimi Azərbaycanda da 1990-cl ilin parlament seçkiləri qismən demokratik keçirildi. Yerli Kommunist partiyasının alternativinə çevrilmiş Azərbaycan Xalq Cəbhəsinin xeyli üzvü, və müstəqil insanlar parlamentə seçildi. Cümhuriyyətin süqutundan sonra ilk dəfə Azərbaycan Parlamentində (Ali Sovet adlanırdı) kifayət qədər güclü müxalifət fraksiyası formalaşdı. İclasları televizorda göstərilən parlament sessiyaları