Cümhuriyyət tənqidçilərinin sortları
Cümhuriyyəti tənqid eləyənlər, onun qurucularını ələ salanlar haqda bir-iki kəlmə demək istəyirəm. Onların kiçik bir qismi düz eləyir. Kimlər? Anarxistlər. Anarxist olub hansısa dövlət quruluşunu qəbul eləmək öz əqidəsinə zidd getməkdir. (Anarxist deyiləm, istəsəniz minarxist deyə bilərsiniz.) Ancaq qalan tənqidçilərin, demək olar ki, hamısının bir əmması var. Tənqidçiləri qruplaşdırıb danışaq. Cümhuriyyətin tənqidçilərinin böyük bir qismi solçudur. Bu solçuların bir qismini səmimi solçu sayaq. Yəni nə sovetlərin xiffətini çəkən kütbeyinlərdir, nə bilərəkdən Putin şiələri ilə bir cəbhədə olanlardır. Anladığınız avropasayağı solçular. Bu solçuların səhvi ondadır ki, cümhuriyyətçiliyi sağçıların məhsulu sayırlar. Yeri gəlib, birbaşa deyim: cümhuriyyət sağçı respublika demək deyil. Bütün spektr siyasətçilərin özlərini siyasi səhnədə sınamaları üçün ədalətli platformadır. Bu platformada solçu da özünü təsdiqləyib çoxluq qazana bilər, hakimiyyətə gələ bilər - sağçı da, mər