"5 günlük" müharibənin nəticələri
Pozitiv: 1) Ordumuz qarşısına qoyulan vəzifələri icra edə bilər, əsgərimiz mərddir, qəhrəmandır, 2) Xalqımız bağışlayandır, qələbəyə acdır, 3) Cəmiyyətin bütün kəsimləri vətən torpaqlarının qaytarılması məsələsində yekdildir, 4) Qarabağ yeganə mövzudur ki, iqtidar-müxalifət yanaşması, aşağı-yuxarı, eynidir.
Neqativ: 1) Cəmiyyətimiz asan manipulyasiyaya uyandır, 2) Küyə düşən əemiyyətdə ayrı fikir, fərqli düşünmə təklifi eşidilmir, "kütlə" effekti yaranır, insanlar ancaq eşitmək istədiklərini tələb edirlər. Bir çox siyasətçilər də məsuliyyətsizcəsinə populizmə yuvarlanırlar, 3) Hökumət əhalini qaza gətirdi, amma bu proses kortəbii və düşünülməmiş addımlardan ibarət oldu. Bəs indi cəmiyyətdə yaranan suallara kim və necə cavab verəcək, 4) Nə qədər güclü orduya malik olsaq da, torpaqlarımızın güc yolu ile qaytarılmasının mümkünsüzlüyü bir daha ortaya çıxdı. Sülh yolu ilə də torpaq qayıtmayacaq, deməli her iki yolu birləşdirən, bir-birini tamamlayan "hibrid" yol tapmalıyıq, bu, mümkündür, 5) Hökumətin informasiya ve PR siyasəti yenə öz primitivliyinə görə axsadı, 6) Ruh yüksəlişinin ardınca ciddi apatiya yaranma ehtimalı artdı, 7) Bundan sonra iqtisadiyyatda baş verecək uğursuzluqları xalqa həzm etdirmək ağır olacaq, bu yönünü düşünmədilər.
Müstəqillikden üzü bəri bütün hakimiyyət dəyişikliklərinin sebebi eyni olub - Qarabağ! Son illərdə əvvəl iqtisadi yüksəliş, sonra da iqtisadi problemlər bu dərdimizi ikinci plana atmışdı. Son 5 gün Qarabağımızı bizə qaytardı, hələ ki, düşüncələrimizdə...
Natiq Cəfərli - 05 aprel 2016

Yorumlar
Yorum Gönder