Pulsuz vətəndaş fəallığı haqqında
Düşünürəm ki, bəzi sadə həqiqətləri yeri gəldikcə dönə-dönə təkrar etməliyik. Odur ki, onlardan birini mən deyim. Ən böyük bəlalarımızdan biri biganəlikdir. "Əşi nəyimə lazımdır?" sualıdır. Hər kəs siyasətlə məşğul olmalı deyil. Biganəlik deyəndə tək ictimai-siyasi fəallığı nəzərdə tutmuram. İndi sadaladığım sahələrdə çoxlu işlər görmək olar:
- qonşumuzda 3-4 nəfər məktəbli uşağı müəyyən edib onlara dərslərini etməkdə kömək edə bilərik.
- ehtiyacı olan adamlara könüllü sadə ingilis dili dərsləri keçə bilərik
- 5, 6 nəfər məktəbli müəyyənləşdirib, onlara mentorluq edə bilərik. Muzeyə, kinoya, gəzməyə apara bilərik. Onlara kitab oxuya bilərik.
- boş qalmış yerlərdə ağac əkə bilərik
- dostları, tələbə yoldaşlarını yığıb sahil zonalarını plastik zir-zibildən təmizləyə bilərik
- qonşuluqda olan yaşlı insanlar müəyyənləşdirib həftədə bir dəfə gedib evlərini yığışdıra, zibillərini ata, onlara yemək bişirə, bir az söhbət edə bilərik
- marağı olan evdar xanımlara internetdən, facebookdan, skype-dan istifadəni öyrədə bilərik
- 10 nəfərlik qaçmağa marağı olan dost-tanışdan ibarət komanda düzəldib həftədə bir dəfə hansısa universal dəyər naminə qaça bilərik
- evimizdə kino klub yarada bilərik. Həftədə bir dəfə tanışları dəvət edib hansısa filmi izləyib sonra müzakirəsini təşkil edə bilərik
- akademik mənbə qıtlığı yaşayan tələbələrimizə internetdə search etmək bacarığını öyrədə və özümüzün bildiyimiz məqalələri, kitabları onlarla paylaşa bilərik.

Siyahını uzatmaq da olar. Yəni, vətəndaş fəallığı üçün heç də çoxlu pula, qəliz layihələr yazmağa, yaxud da QHT açmağa ehtiyac yoxdur. Bir az yaradıcı olsaq və ətrafa sadəcə nəzər yetirsək, edə biləcəyimiz çox işlərin olduğunu görə bilərik.
Ruslan Əsəd - 14 aprel 2016

Yorumlar
Yorum Gönder