Patrik Balakiyanın Pulitzer mükafatı alması haqda - Cavid Ramazanov
Məşhur Pulitzer mükafatının bu ilki ədəbiyyat, poeziya üzrə qalibi erməni Patrik Balakiyan oldu. Bilən bilir, Pulitzerin qalibi olmaq dünya şöhrəti deməkdir.
Hansı daşın altını qaldırırsan, mütləq bir erməni çıxır. Dünya səviyyəsində saysız-hesabsız adamları var. Ermənilər arasında oxumaq, dil öyrənmək, sənətlə məşğul olmaq daim təşviq olunur. Bizimkilər ermənilərlə dolma-badımcan, zurna-balaban kimi yox, belə məsələlərdə rəqabət aparsaydı, indi xeyli qabaqdaydılar. Erməni olanda nə olar, adam gərək düşmən saydığından da nəsə öyrənsin.
Bizdə isə neft pulları adam yetişdirməyə yox, mərmər-betona, şəxsi eqoları sığallamağa xidmət elədi. Beş-altı uşağı xaricə oxumağa göndərirdilər, indi o da olmayacaq, ən azı bakalavr oxumağa gedənlər olmayacaq. Erməni diasporası isə, Ermənistanın hansısa ucqarında bir balaca istedad qığılcımı olan gənc görəndə, Amerikaya, Avropaya-filan aparıb, hər cür şərait yaradır ki, oxu adam ol, bizi təmsil et. Strategiya, uğur belə qurulur. Bizim məmur isə ev yıxır. Hələ şikayət də edir ki, dünya ermənilərin tərəfini tutur.
3-4 günlük müharibə eyforiyası oldu, camaat sevindi, 100-ə yaxın gənc ömür bitdi, camaat ağlaşdı. Ən axırda iki günah keçisi tapıldı - Əli Kərimli və türk müğənnisi Hadisə. Birinin evinin qabağında mitinqlər keçiridilər, o birinin köynəyində erməni bayrağı kəşf edib vay-şüvən saldılar. Vəssalam. Hər şey bitdi. Yenə lağlağı, yenə ah-uflu aşkım-yavrum söhbətləri, gəvəzəlik, boşluq, ay brat, ay brat.
Bu düüşncə tərziynən nəinki Biləcəridən o tərəfə, elə Biləcəriin özünə qədər gedib çıxmaq böyük şeydi. And olsun.
Cavid Ramazanov - 19 aprel 2016
(https://www.facebook.com/jramazanov/posts/10209196342889684)

Yorumlar
Yorum Gönder