Mendeleyev cədvəlində element erməni alimin şərəfinə adlandırıldı
Bir həftə əvvəl dekabrda kəşfləri təsdiqlənən 4 kimyəvi elementə yeni, maraqlı adlar verildi. Həmin 4 elementlə Mendeleyevin periodik cədvəli tamamlanmışdı və elm aləmində böyük sevinc doğurmuşdu. Bu haqda həmin vaxtlarda yazmışdım.
Cədvəlin son elementləri ağır və radioaktiv olduqlarından ancaq laboratoriya şəraitində alınır. Təbii ki, ion sürətləndiricləri yeni elementlərin kəşfində əsas rolu oynayır. Məsələn, Almaniyada, Darmştadda yerləşən və illik büdcəsi 108 milyon avro olan GSİ Helmholz araşdırma mərkəzinin UNİLAC adlı akssleratoru. Keçən ilin sentyabrında mərkəzdə olarkən həmin ion sürətləndirici vasitəsilə bizim qrupun da gecə-gündüz növbəli, yorucu eksperimentləri olmuşdu. Mərkəz ona görə əsas araşdırma bazalarından biridir ki, periodik cədvəldəki 6 element (Bh, Hs, Mt, Ds, Rg, Cn) orda kəşf olunub.
İyunun əvvəlində yenilərə verilən adlara nəzər salmağa dəyər:
--113-cü elementə “Nihonium” (Nh) adı yaponların şərəfinə verilidi. Bu elementi Yaponiyada RİKEN akssleratoru alimləri kəşf etdilər. “Nihon” elə yaponların ikinci adıdı, “yüksələn Günəşin vətəni” mənasını verir.
--115-ci element “Moskovium “ (Mc) oldu. Elementi Nüvə reaksiyaları üzrə Flerov laboratoriyasında rus kimyaçıları kəşf etmişdilər.
--117-ci element ABŞ-n Tenesi ştatının şərəfinə “Tennesin” (Ts) adlandırıldı. Ameirkanlar bu elementi Tenesi Univeristetinin də töhfəsiylə HFİR reaktorunda kəşf etdilər.
--Son 118-ci isə “Oganesson” (Og) Nüvə Araşdırmaları üzrə Birləşmiş İnstitutun üzvləri olan amerika və rus elm adamlarının birgə əməyilə kəşf olundu. Elementin adı isə erməni kökənli rus professoru Yuri Oqanessiyanın şərəfinə qoyuldu. Bu professor və qrupu nüvə və ağır element araşdırmasında dünyada liderdi.
Fotoda Yuri Oqanessiyan (sağda), həmkarı Cozef Hamiltonla (solda).117-ci elementə “Tennesin” adını C.Hamilton təklif edib.
![]() |
| Fotoda Yuri Oqanessiyan (sağda), həmkarı Cozef Hamiltonla (solda).117-ci elementə “Tennesin” adını C.Hamilton təklif edib. |
Niyyət Bayramzadə - 18 iyun 2016-cı il


Yorumlar
Yorum Gönder