Fizika üzrə 2016-cı ilin Nobel mükafatı hansı kəşfə verildi?

Bir az əvvəl 2016-cı ilin fizika üzrə Nobel mükafatı açıqlandı. Mükafatı ABŞ-dan olan üç fizikaçı bölüşdü. D.Tulez, D.Holdeyn və M.Kosterlitz mükafatı maddənin topoloji fazalarını və fazalararası keçidin nəzəriyyəsini verdiklərinə görə qazandılar. Topoloji fazalar təbiətin dərin, fundamental gerçəklikləri ilə əlaqədardı. Topoloji faza nədir?
Orta məktəbdən maddənin 3 halını yəqin ki, çoxları bilir. Mayedən qaz, bərk haldan mayeyə və s. keçidlərin də səthi mexanzimindən demək olar ki, çox adam xəbərdardı. Maddənin bu 3 halı orta tərtibli temperaturlarda, normal şəraitlərdə hamıya məlum hallarıdı. Qütbdəki buzlaqlarda ən soyuq (-80° - -85°S), metaləritmə zavodlarında ən isti (3000°-4000°S) rast gəlinən temperaturlardı. Maddənin 4-cü, plazma halı da alovun içində, Günəşdə yenə yüksək temperaturda ortaya çıxır. Günəşin daxilində istilik 1000000°S tərtibdədi. Görünən odur ki, yüksək temperaturun, istiliyin sərhədi yoxdu, milyon dərəcələrə gedib çata bilir. (Nəzəri hesablamalara görə o da var,142 nonillion°-142 və ardınca 30 sıfır, praktiki sonsuz). Amma soyuq temperatur üçün bu belə deyil.
Soyuqluğun sərhədi var. Dəqiq hesablanmış sərhəd: -273,15 dərəcədi. Kainatı gəzib ələk-vələk eləsək, bundan aşağı temperatur mümkün deyil. Tapmaq olmaz. Səbəb təbiətin fundamental qanunauyğunluqları - paylanmalarla əlaqəlidi. Atomlar mütləq soyuqluqda özlərini anormal aparmağa başlayır. Fərqli kvant, maqnetik effktlər ortaya çıxır. Topoloji fazalar elə həmin soyuqluqdakı maddə hallarıdı. Faza keçidlərini isə, məsələn, az ölçülü materiallarda diskret burulğanlar təmin edir. 1 burulğan ola bilər, 2 burulğan ola bilər, 1 yarım burulğan mümkün deyil. Bu təməl prinsipdi. Adları çəkilən fizikaçılar topolji fazaların əmələ gəlmə və bir-birinə çevrilməsinin mexanizmini kəşf ediblər.
Soyuqluqdan söz düşmüşkən, kainat özü də ekstermal soyuq yerdi. Kainatın orta temperaturu -270 dərəcədir, mütləq soyuqluqdan cəmi 3 dərəcə istidi (daha geniş müəllifin öz bloqundan oxuya bilərsiniz).

Niyyət Bayramzadə - 04 oktyabr 2016

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr