Hillary Clinton vs Donald J. Trump. Kimin qalib gəlmək şansı daha çoxdur?

26 iyul 2016 - Deməli vəziyyət belədir. Paytaxt ərazisi də daxil olmaqla 20 ştatda Klintonun güclü üstünlüyü var. Trump isə 21 ştatda ciddi üstünlüyə malikdir. Möcüzə baş verməsə seçki günü bu 41 ştatdan gələn səslərə görə Klintonun 249, Trumpın isə 164 səsi olacaq. Digər 9 ştatdan gələcək 125 səsin taleyi məlum deyil. Rəy sorğularında bu iki namizəd arasında fərq 2 fazidən azdır. Mübarizə bu ştatlarda gedəcək: Florida (29 səs), Pensilvaniya (20), Ohayo (18), Corciya (16), Şimali Karolina (15), Arizona (11), Nevada (6), Ayova (6), Nyu Hempşir (4). Prezident olmaq üçün 272 səs toplamaq lazımdır. Bu səbəbdən Klintonun işi daha asan görünür. Məsələn, bu ssenari ilə Klinton yerdə qalan 9 ştatdan ancaq Floridada qələbə qazansa, prezident olacaq. Problem ondadır ki, çox böyük bir ehtimal seçkilərdə daha iki namizəd olacaq. Həmin iki namizədin isə kimə mane olub, kimə köməkliyi edəcəyini təxmin etmək üçün hələ çox tezdir.

04 oktyabr 2016 - 
ABŞ prezident seçkiləri ərəfəsi mübarizənin ciddi getdiyi ştatların sayı 9-dan 13-ə, taleyi məlum olmayan seçici səsi sayı 125-dən 168-ə qalxıb. İyulun axırı hər şey Klintonun qələbəsini göstərirdisə, artıq bunu əminliklə iddia etmək mümkün deyil. Belə ki, iyulun sonu Klintonun 249 səs sığortaladığı görünürdüsə, indi bu 205 səsdir. Trump isə iyulun sonu 164 səs sığortaladığı görünürdü. İndi isə onun 165 səsə arxayın olduğunu söyləmək mümkündür. Prezident olmaq üçün 272 səs qazanmaq lazımdır.
Mübarizənin getdiyi ştatlar bunlardır: Florida (29 səs), Pensilvaniya (20 səs), Ohayo (18 səs), Corcia (16 səs), Miçiqan (16 səs), Şimali Karolina (15 səs), Arizona (11 səs), Viskonsin (10 səs), Minnesota (10 səs), Kolarado (9 səs), Ayova (6 səs), Nevada (6 səs), Meyn (2 səs).
Bu ştatların əksəriyyətində Klinton irəlidə olsa da, üstünlüyü 5 faizdən çox deyil.

Vüqar Salamlı

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr