Kayıtlar

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr

Resim
Çox maraqlı, ziddiyyətli, təlatümlü və təhlükəli dövrə gəlib çıxmışıq. Dünən Qüdsdə ABŞ səfirliyinin açılması və qanlı hadisələri mətbuatdan hamınız gördünüz. Mən həmin bölgəyə və oradakı qüvvələr balansına həmişə emosiyasız, dini doqmatik baxışları qatmadan baxmağa çalışmışam. Aşağıdakı yanaşmamı nihilist kimi də dəyərləndirə bilərsiniz. Qüdsü səlibçilərdən geri almış Səlahəddin Əyyubi haqqında "Cənnətin Krallığı" (Kingdom of Heaven) filmində Qüdsün mühasirəsindən sonra təslim şərtlərini müzakirə edən xaçlı ilə maraqlı dialoq var. Sonda xaçlı Səlahəddindən soruşur ki, Qüdsün dəyəri sənin üçün nədir, o, cavabında deyir "heç nə, sonra gülümsəyib deyir "və hər şey"". ( https://www.youtube.com/watch?v=ThBOw3ja6hU ) Yəni, məsələ burasındadır ki, bu şəhər istəsək də, istəməsək də milyonlarla insan üçün, əvvəllər nə olmuşdusa, gələcəkdə də tarix üçün o olacaq. Yəni, Qüds Səlahəddin Əyyubi kimi çox müdrik ağıllı rasional, soyuqbaşlı, strateq və dövlət adam

Pambığa gedən müəllim niyə trolluq edir?

Resim
Ən klassik misalı Şimali Koreyadır. Eyni xalqdır, iki yerə bölünüb. Birində raket gədə camaatı hara istəyir göndərir, havayı işlədir, minir, çapır, o birində, gözümlə görmüşəm, paytaxtın hər yerində hökumətə cürbəcür etirazlar olur. Hansı necə yaşayır, özünüz bilirsiniz. Əcəmoğlu və Robertson məşhur kitablarında ümumiyyətlə ABŞ-la, Meksika arasında bölünmüş bir şəhərin əhalisinin sistem fərqi nəticəsində necə bir-birindən fərqlənməsini izah edirlər. Yaxud götürək elə hamımızın ağzı sulana-sulana danışdığı Almaniyanı. Hitler adında monstr, Heidelberq universitetində fəlsəfə doktoru olmuş Gebbels kimi gədə və sairələri almanları cəmi bir neçə ilin içində şimali koreyalıya döndərmişdilər. Şərqi və Qərbi Almaniyanı götürək. 1990-cı ildə birləşiblər, neçə onillərdir kommunist totalitarizminin axırına çıxdığı şərqi almanları Qərbi Almaniya inteqrasiya edib, qurtara bilmir. Elə bilirsiniz bitib məsələ? Ay-hay, açın baxın qatı sağçı AFD ən çox səsi harada yığıb. Pis sistem pis şe

Erdoğan niyə erkən seçkiyə gedir?

Resim
Türkiyə 2 ay sonra – iyunun 24-də erkən prezident və parlament seçkilərinə gedir. “Yanğından mal qaçırmaq” kimi görünən bu fövqəladə seçki qərarının bir çox səbəbi var, mən çox uzatmadan 3 əsas səbəb üzərində dayanmaq istərdim. Birinci səbəb məhz “yanğın”la, yəni iqtisadi böhranla əlaqədardır. İnflyasiya, işsizlik faizləri ikirəqəmli səviyyəyə yüksəlib, iş yerləri bağlanır. Bu ilin ilk 2 ayında 20 mindən çox əsnaf (kiçik və orta sahibkar) iflas edib, son 4 ildə iflas edən əsnaf sayı isə 430 min nəfərdən çoxdur. 2017-ci ilin yekunlarına əsasən 332 mindən çox ticarət obyekti (onların KOBİ dediyi kiçik və orta ölçülü işlətmələr) kredit borcunu ödəyə bilməyərək icralıq olub. Ümumilikdə məhkəmələrdə problemli kreditlərlə bağlı 26 milyon dosye var. Türk lirəsi hər gün dəyər itirir və bu da öz növbəsində əhalinin gəlirlərinin əriməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Türkiyənin 460 milyard dollar civarında toplam xarici borcu var və bunun 185 milyard dolları bu il ə

Cümhuriyyət tənqidçilərinin sortları

Resim
Cümhuriyyəti tənqid eləyənlər, onun qurucularını ələ salanlar haqda bir-iki kəlmə demək istəyirəm. Onların kiçik bir qismi düz eləyir. Kimlər? Anarxistlər. Anarxist olub hansısa dövlət quruluşunu qəbul eləmək öz əqidəsinə zidd getməkdir. (Anarxist deyiləm, istəsəniz minarxist deyə bilərsiniz.) Ancaq qalan tənqidçilərin, demək olar ki, hamısının bir əmması var. Tənqidçiləri qruplaşdırıb danışaq.  Cümhuriyyətin tənqidçilərinin böyük bir qismi solçudur. Bu solçuların bir qismini səmimi solçu sayaq. Yəni nə sovetlərin xiffətini çəkən kütbeyinlərdir, nə bilərəkdən Putin şiələri ilə bir cəbhədə olanlardır. Anladığınız avropasayağı solçular. Bu solçuların səhvi ondadır ki, cümhuriyyətçiliyi sağçıların məhsulu sayırlar. Yeri gəlib, birbaşa deyim: cümhuriyyət sağçı respublika demək deyil. Bütün spektr siyasətçilərin özlərini siyasi səhnədə sınamaları üçün ədalətli platformadır. Bu platformada solçu da özünü təsdiqləyib çoxluq qazana bilər, hakimiyyətə gələ bilər - sağçı da, mər

Möhtəşəm geridönüş

Resim
Şənbə günü 2016-17 Çempionlar Liqasının final matçı olacaq. ÇL-in ən titullu klubu bu turnirin finallarının ən uğursuz klubuna qarşı oynayacaq. Real Madrid 11 dəfə turnirin qalibi, Yuventus isə cəmi 2 dəfə qalib olmaqla yanaşı, düz 6 dəfə finalda məğlub olub. Çoxlarının Yuventusa azarkeşlik edəcəkləri gözlənilir. 10 il öncə belə şeyi təsəvvür etmək mümkün olmazdı. O zamanlar hamı deyirdi ki, italyanlar darıxdırıcı və maraqsız oynayır. Əminəm ki, bu dəyişikliyin səbəbi təkcə qeyri-Real azarkeşlərinin Reala qarşı olmaqları deyil. Bunun başqa səbəbləri var. Onu da izah etməyə çalışacam. Düz 10 il öncə Yuventus İtaliyanın ikinci liqası – Seria B kubokunu başı üstündə qaldırmışdı. Bu həm klub, həm də azarkeşlər üçün çox ağır vaxtlar idi. Cəmi bir il öncə dünyanın ən güclü bir neçə klublarından biri, İtaliya yığmasının 2006-cı il dünya çempionluğunda aparıcı rol oynamış komanda məhkəmənin qərarı ilə cəzalandırılmış, çempionatda əldə etdikləri nəticələr təxirə salınmış, ən pisi isə ik

Trump administrasiyası İran və Rusiya dilemmasında və ya çoxdəyişənli proseslərin sistemli təhlili cəhdi

Resim
Trampla mənim hərdən statuslarda məzələnməyimi çalışın, çox da ciddiyə alaraq uzağa getməyəsiniz. Bu adam hakimiyyətə gələndən dünyadakı onsuz da qəliz olan proseslər daha da qəlizləşmişdir və bu proseslər birbaşa dövlət və xalq kimi bizim taleyimizə təsir etdiyinə (və edəcəyinə) görə məsələlərə çox soyuqbaşla baxmağa çalışın. Bu adam fərd və şəxs olaraq dəli, başdan xarab ola bilər və bütün tənqidlərdəki kimi ola bilər, ancaq ona daha böyük və qlobal mənzərənin, çərçivənin və proseslərin (puzzle) bir parçası olaraq baxsaq, onun tarixi hadisələrin inkişafındakı bir "kəpənək effekti"nin (batterfly effect) nəticəsi, eləcə də özünün hansı "kəpənək effekti"ni doğuracağını düşünmək lazımdır. Və ya Trampa çox məchullu və çox dəyişənli mürəkkəb riyazi tənlik olan beynəlxalq münasibətlərdə mürəkkəb bir dəyişən kimi baxın. Tramp administrasiyası daxilində və ABŞ-da müxtəlif siyasi qruplar arasında cərayan edən ziddiyyətli proseslərin bu ölkənin xarici siyasətinə və b

Dünya dinlərin iddia etdiyi kimi mükəmməldirmi?

Resim
Gözlüklü ilahiyyatçı əli qolunu ölçüb "göz mükəmməldir" desə də, ən az 56 göz xəstəliyi mövcuddur. Görünən işıq elektromaqnit spektrin 1%-indən azdır. Teleskop və mikroskop olmasa idi, insanların mikroorqanizmlərdən xəbəri olmaz, Ayı hələ də qüsursuz göy cismi hesab edərdilər. Hippokrat müasir tibbin qurucusudur, Asklepion rahibləri nəslindən olsa da, ənənəvi tibbi qəbul etməmiş, xəstəliklərin təbii səbəblərdən yarandığını müdafiə etmişdir, klinik tibbin və tibbi etikanın qurucusu sayılır.  "Epilepsiya digər xəstəliklərdən heç də daha səmavi, ya da müqəddəs deyil. İnsanlar cəhalətlərindən onun səbəbinin səmavi olduğunu düşünürlər".  Afinada yayılmış vəbaya qarşı tədbir görmək üçün Afinaya dəvət olunur. Dəmirçilərin vəba tutmadığını müşahidə edir və xəstəliyin quru və isti havada yayılmadığı nəticəsinə gəlir. Evlərdə ocaq yandırıb havanı qurutmağı, cəsədləri yandırmağı, suları qaynatmağı məsləhət bilir. Sənayeləşmə nəticəsində şəhərlərin əhalisi