ABŞ seçkilərində sosial media "müharibə"si

ABŞ-da seçki kampaniyası başlayandan mən namizədlərin sosial media fəaliyyətini diqqətlə izləməyə çalışıram. Son 2-3 aya qədər Hillari Klinton bu sahədə xeyli irəlidə idi. Deyilənə görə Klintonun sosial media komandası 2008 və 2012-ci ildə Obama üçün çalışan uşaqlardan ibarətdir. Fotolar, illustrasiyalar, mətnlər və digər vizual materiallar yüksək peşəkarlıqla hazırlanırdı və hazırlanmağa davam edir.
Elə indini də götürsək, Klintonun seçki kampaniyasının peşəkarlığına heç bir namizəd yaxın dura bilməz. Amma, məsələyə orqaniklik və virus effekti qoşulanda hətta peşəkarlar belə məğlub ola bilirlər. Son 1 ay ərzində Sandersin sosial media fəaliyyəti Klintondan daha effektlidir (bəyənmələr, şərhlər, paylaşmalar və s.). Hələ üstəlik Sandersin səhifələrində məlumatlar Klintondan 2-3 dəfə daha az yerləşdirildiyini nəzərə alsaq, bu nəticə daha çox təsir baxışlayır.
Hal-hazırda hər iki kampaniya çox fəal mübarizədədirlər. Klintonun çox güclü peşəkar iş təcrübəsi var. Qadın namizəd olduğundan, bu təcrübəni qabardaraq, prezident kimi kompetentliyini nümayiş etdirmək istəyir. Yəgin ki, onun üçün doğru strategiyadır. Bütün mesajlarında MƏN sözündən bolluca istifadə edir. Sander isə öz kampaniyasını bir siyasi hərəkat və cərəyan kimi qurmağa çalışır. Ona görə də MƏN yox, BİZ sözündən istifadə edir.
Təhlilçilər deyir ki, bu cür kampaniyalarda BİZ deyən düşərgə məsələnin mənəvi və kütləviyi tərəfindən daha üstün olur. Obama da, 2008-də seçkilərdə qalib gələndə də MƏN yox, BİZ şüarından istifadə edirdi. Məşhur YES WE CAN şüarını hamı xatırlayır.

İndi də mən son tendensiyaları izləyirəm və görürəm ki, Sanders komandası bu söhbəti yaxşı tutub və Klintona qarşı effektiv istifadə etməyə çalışır. Bu poster ona misaldır. Əminəm ki, Sanders vahid namizədlik uğrunda mübarizədə qalib gəlsə, bu poster çox güclü seçki posteri kimi tarixə düşəcək.





Vüqar Salamlı - 3 fevral 2016-cı il





Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr