Qravitasiya dalğaları tutuldu

Düz 100 il sonra Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə daha bir sübut bir neçə saat öncə elan olundu. Vaşinqtonda press-konfransda LİGO araşdırmaçıları qravitasiya dalğalarını observatoriyanın lazer interferometrlərində tuta bildiklərini dünya elm aləminə elan etdilər. LİGO və qravitasiya dalğaları haqda daha öncə yazmışdım. Link rəylərdə var.
Tutulan dalğa 1,3 milyard il əvvəl toqquşub birləşən iki Qara Dəliyin toqquşmanın son saniyələrində yaratdığı qravitasiya dalğalarıdı. Söhbət kütləsi Günəşdən təxminən 30 dəfə çox olan iki massiv Qara Dəlikdən gedir. Birləşmə zamanı daha nəhəng tək Qara Dəlik alınır. Bu kataklizmik olayda Günəşdən 3 dəfə cox enerji açığa çıxaraq qravitasiya dalğalarına çevrilir. Həmin dalğalar keçən ilin sentyabrında LİGOda tutulmuşdu. O vaxtdan indiyədək analizlər getdi və bu gün həqiqətən də onların qravitasiya dalğaları olduğu təsdiqləndi.
Kəşfin əhəmiyyətini başa düşmək üçün LİGO üzvlərinin rəylərinə baxmaq kifayətdi. “İnterstellar” filminin elm məsləhətçisi Kİp Torn və həmkarı MİT professoru Rayner Vays LİGOnun dizaynını təklif etmiş alimlərdi.
R. Vays : Bu müşahidə 100 il əvvəl Eynşteynin nəzəriyyəsində ifadə olunmuşdu. Mümkün olsaydı əgər, indi Eynşteynin üz ifadələrini görmək istərdim. 
K. Torn : Bu kəşflə biz insanlar yeni axtarışa başlayırıq. Kainatın bükülmüş tərəfinin axtarışına. Bükülmüş fəzazamanın əmələ gətirdiyi obyektlərin və fenomenlərin axtarışına.
Ən maraqlısı ABŞ-ın Milli Elm fondunun direktoru Frans Kordovanın reaksiyasıdı. Ümumiyyətlə, 15 illik bu araşdırmaları həmin fond maliyyələşdirirdi.
F. Kordova : 1992-ci ildə LİGOnun maliyyəsi təsdiqləndiyi zaman Milli Elm Fondu ən böyük investisiyasını qoyurdu. Bu, çox böyük risk idi. Amma Milli Elm Fondu bu cür riskləri edən qurumdu. Biz fundmental elmi və mühəndislik yoluna o cür dəstək veririk ki, həmin yolun sonunda aydınlıqdan əsər-əlamət yoxdu (yolun sonu tamam bəlirsizdi, bulanıqdı-red). Biz hər çətinliyə rəğmən yeni yol açanları, elm öncüllərini dəstəkləyirik. Buna görədir ki, ABŞ elmi, biliyi inkişaf etdirib önə çəkən qlobal lider olmağa davam edir.

Fotoda LİGO ideysının müəllifləri R. Vays və Kip Torn bugünkü press-konfrans zamanı sevinclərini bölüşürlər.





Niyyət Bayramzadə - 11 fevral 2016-cı il





Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr