"Ay aman qoymayın! Avropada delfinləri qırırlar"

Deməli hər 3-4 aydan bir İnternetdə “Danimarkada delfinləri vəhşicəsinə qırırlar” adlı məqalələr paylaşılır. Həmin məqalədəki foto həqiqətən çox qorxulu və tükürpədicidir. Amma, bəxtimdən, bu fotoları görməkdən öncə, mən 1-2 dəfə təsadüfən balinaların ovlanması haqqında detallı təsvirə rast gəlmişəm. Ona görə də həmin fotonu görəndə məsələnin nə olduğu haqqında google etmək qərarına gəlmişdim.
Nəyə görə balinaları qeyd etdim. Çünkü həmin fotoda delfinlər deyil, balinalardır. Onların ovlanması prosesi isə çox ağırdır Balina ovu hələ eramızdan əvvəl də olub. 17-ci və 19-cu ərslər ərzində geniş yayılır. Çox bərəkətli heyvandır. Həm əti, həm də yağı çox istifadə edilirdi. Onlarla insanla dolu gəmilər bir balina ovlamaq üçün günlərlə okeanda axtarışda olurdular. Balina o qədər güclü heyvandır ki, əksər hallarda ov zamanı ciddi xəsarət alsa da, ovçuların əlindən qaça bilirdi. 20-ci əsrdə bu ov növü xeyli azaldı. Düz 30 il əvvəl isə balinaların kommersiya məqsədi ilə ovlanması qadağan edildi.
İkinci məsələ. Həmin foto Danimarkda yox Faro Adalarında (Faroe Islands) çəkilib. Ora isə Danimarka krallığı içində avtonom bir ölkədir. Öz hökümətləri və öz dilləri var. Çox kiçik bir ərazidir. Abşerondan demək olar ki, iki dəfə kiçikdir. Ölkənin əhalisi də 50,000 adamdır.
Üçuncü məsələ. Bu hadisə, hər yerdə təsvir edildiyi kimi, bir ritual, adət-ənənə deyil. Bu təbii ki, həm də kommersiya məqsədli ovlama da deyil (Bayaq yazdığım kimi, bu qadağan olunub). Bu sırf qidalanma ilə bağlı ehtiyacdan irəli gələn ov prosesidir. Faro adalarında istifadəyə yararlı torpaq sahəsi çox azdır. Oranın əhalisinin sərt qışı sağ salamat və tox yola vermələri üçün alternativ qida mənbələri lazımdır. Bu balinalarda da onların alternativ qidalarıdır. Xüsusi canfəşanlıq edənlər üçün yazım ki, biz necə qoyun əti yeyiriksə, onlar da elə balina əti yeyirlər.

Dördüncü məsələ, həmin ovlanan balinanın cinsi (ingilsəci “long-finned pilot whale”, təcüməsini edə bilmədim) nəsli kəsilməkdə olan heyvan cinslərinə aid deyil. Hər il bu növ balinaların cəmi 0.1 faizi ovlanır.
Beşinci məsələ, adaların qanunlarına görə balinaların ovlanması zamanı heyvana gərəksiz əzab verilmə cinayət sayılır. Balinaların ovlanması, sahilə gətirilməsi, kəsilməsi qanunla təsdiq edilmiş qaydalarla həyata keçirilir.
Bu qədər. Google’un canı sağ olsun!

P.S. Google öz yerində, axtarış zamanı tapdığınız məqalələrin ciddi mənbə olub-olmamasına da fikir verməyi unutmamaq lazımdır.





Vüqar Salamlı - 20 fevral 2016





Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr