Geridəqalmış xalq yoxdur
Xalq haqqında istənilən mühakimədən uzaq durmuşam. Birincisi, mən sosioloq deyiləm ki, bu haqda rahat mühakimə yürüdəm. İkincisi də, Azərbaycan xalqı kosmosdan gəlmə istisna xalq ("exceptional nation") filan deyil. Onlar da hamı kimi insandır, sadəcə harda, necə yaşamaqları onların fikirlərinə, mədəniyyətinə, adət-ənənəsi və s. kimi davranış və düşüncə formalarına təsir edir (yəni, "combination of factors" məsləsidir). Mən xalqa bağlı mühakimələrdə, çox zaman irqi bir duruşun şahidi oluram, sanki biz beyin və ruh olaraq digər xalqardan fərqliyik, geri qalmışıq və s.. Elm sübut edir ki, beyin olaraq (yəni bioloji) geridəqalmış xalq deyilən bir fenomen yoxdur. Xalq da, millət də, sosioloji hadisədir. Bizim "xalqın təbiəti" dediyimiz ayrıca bir nəsnə də yoxdur, kulturoloji fərqliliklər var, vəssalam. Olsa-olsa, bunun adını mədəni diskriminasiya qoymaq olar ki, onsuz da biz məhz mədəni olmamağımızdan şikayətçiyik. Yoxsa, xalqa irqi müstəvidə yanaşmaq kimi yanlışlığı əsla qəbul etmirəm.
Emin Aslan - 12 yanvar 2016-cı il

Yorumlar
Yorum Gönder