Beyin yeniliklərə sürətlə adaptasiya olunur

Sürix universitetinin araşdırmaçıları smartfonlardan fəal istifadə edən adamların beynini öyrənərək müəyyən ediblər ki, onların beynində əl barmaqlarını idarə edən somatosensor qabıq xeyli böyüyüb və güclənib (smartfon istifadə etməyən adamlarla müqayisədə). Sensor qadjetləri işlətmək üçün gərəkən əl vərdişləri insanlıq tarixində yenilikdir. Yeni və davamlı vərdişlər beyində yeni düzən yaradır, genomda kodlaşır və yeni nəsillərə ötürülür. O deməkdir ki, bu gün sensor qadjetlərdən aktiv istifadə edənlərin uşaqları bu məsələdə valideynlərindən daha başarılı olasıdırlar. Ancaq onlar bu üstünlüyün qarşılığını hansı funksiyalarda geriləmə ilə ödəyəcəklər - burası hələlik məlum deyil. Araşdırma rəhbəri Arko Qoş yazır ki, bu, beyin üçün evolyusiya nümunəsidir. Beyin yeniliklərə sürətə adaptasiya olunur, lakin adaptasiyanın doğurduğu quruluş dəyişmələri heç də həmişə müsbət nəticələnmir, bir çox hallarda digər vacib funksiyaların zəifləməsinə yaxud pozulmasına səbəb olur. 
 
Bir şeydə irəliləyiş mütləq başqa şeydə geriləmə hesabına başa gəlir. Tək beyin üçün olan qanun deyil, ümumən dünyanın, o cümlə həyatın qanunudur. Məsələn, bir neft pulunda irəliləyiş oldu, min başqa şeydə geriləmə. Ancaq indi əks proses gedir. Səhv yola çıxılan nöqtələrə qayıdıb yenidən başlamaq (bu dəfə düz yolla) tələb olunur.

Ruslan Köçərli - 01 yanvar 2016-cı il

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr