Texnoloji yenilikləri kimlər edir?
Bir neçə gün əvvəl “Mercedes-Benz”in motorlarının istehsal olunduğu əsas zavodunda oldum. Almaniya və dünyadanın müxtəlif nöqtələrindəki istehsal olunan “Mercedes” markalı minik və yük avtomobilləri, avtobuslar, xüsusi təyinatlı maşınlar üçün motorlar burda istehsal olunur, yığılır, lazımı yerlərə daşınır.
Bundan da əsası motorların ən kiçik hissəsinə qədər burda istehsal olunmasıdı. Məsələn, bu ilin aprelindən dünya bazarına girəcək və yeni E-klasslarda istifadə olunacaq yeni model dizel motor OM 654 artıq yığılmaqdadı. Yığılma prosesi ilə tanış olduq. Təbii ki, effektiv iş rejimlərinə heyran olmamaq mümkün deyil. Bu haqda daha əvvəl “Mercedes”in əsas zavodunda olarkən yazmışdım. Maraqlananlar üçün link şərhdə var. Burda “Mercedes” adının, keyfiyyətinin arxasında duran əsas səbəbi yazmaq yaxşı olar. “Araşdırma və Gəlişim” (Research and Development) divizyasında çalışan mexanika mühəndisləri, fizikaçılar, kimyaçılar və s. bu prosesin əsas aparıcı qüvvələridi. Amma yüksək keyfiyyət üçün təkcə bu səbəb kifayət deyil.
Bəs kimlər bu qədər kompleks motorların, keyfiyyətli avtomobillərın istehsalına səbəb olur? Suala cavab yoxdur. Heç kim. Literal olaraq, heç kim. Heç kim bilmir ki, bu maşınlar necə istehsal olunur. Araşdırma, elm yazarı M.Ridlinin dediyi kimidi. TED söhbətində Ridli qədimdə insanların istifadə etdiyi əmək aləti bir daşla kompyuterin mausunu müqayisə edir. “ Aşağıdakı şəklə baxın sual verin” deyir Ridli ve davam edir: “ Onların necə düzəldiyini kim bilir? Daşdan aləti götürün. Düzəldən qədim insan özünün düzəltdiyini bilir. Bəs kompyuterin mausunun necə düzəldiyini kim bilir? Heç kim. Hərfi mənada heç kim. Planetdə elə bir adam yoxdur ki, kompyuterin mausunun necə düzəldiyini bilsin. Bunun ciddi deyirəm. Kompyuter maus şirkətinin prezindenti də bilmir. O yalnız şirkəti idarə edir. Mausun texniki olaraq yığan adam? Xeyr, o yığmağı və dizaynı bilir. Amma mausun plastik materialı necə hazırlandığını bilmir və beləcə davam etmək olar. Hər kəsin hər şeydən azca xəbəri olur. Ancaq bütövü heç kim bilmir.” Nəinki, mausu, heç adi qələmi belə tam bilmir bəşər övladı.
İndilərdə elmi araşdırmalar da eyni mahiyyətdədi. Elmi və texnoloji biligilər kumulyativ olduğundan o qədər artıb ki, bir nəfərin nəyisə düşünüb, hesablayıb kəşf etməsi çətin məsələdi. Ən zəkalılar belə. Ya bir nəfər çox vaxt sərf etməlidi, ya da cox adam bir vaxt sərf etməlidi. Fizikadakı son Nobel mükafatı, peridik cədvəlin tamalanmasın buna misaldı. Təkcə adını çəkdiyim elmi kəşflər belə yüzlərlə elm adamının əsəridi. CERN bu trendin pik həddidi. Ordakı araşdırma nəticələri çıxan bir məqalənin 300-ün uzərində müəllifi olur.
Bəşər övladı bacarığının sərhədlərini artıq aşmışdır. Bu da insanları digər canlılardan fərqləndirən əsas amildir. İnformasiya axını, paylaşma. Zamanı, işi paylaşma. Beyinləri ən çox inkişaf etmiş meymunlarda belə nəsildən-nəsilə ötürmə olsa da, qruplar arasında paylaşma yoxdur. Ona görə Ridli demişkən, kimlərinsə İQ-sünün,vəzifəsinin o birindən yüksək olması yersiz söhbətdi. Mənalı söhbət odur ki, hansı toplumlar məlumatları, fikirləri, kuturoloji və ya elmi ideyaları paylaşırsa, onlar sağlam cəmiyyət qura bilirlər.Elə bu səbəbdəndir ki, ağsaqqal, “vor”, avtoritar hakim təbəqənin sözü indi heç bir işə yaramır.
Niyyət Bayramzadə - 21 yanvar 2016


Yorumlar
Yorum Gönder