"Sovet vaxtı" yalanları
Camaatın güzəran dərdi artan kimi kommunistlər çıxdı yenə meydana. Yağlı vədlər və nağıllarla camaatın başını piyləyirlər. Elə bil o dövrdə yaşamamışıq.
Tək-tək izah edirəm.
- 3 manata "kommunalnı". Daha doğrusu evin kirayə haqqı. Sovet qanunlarına görə yaşadığın ev sənin deyil, dövlətin idi. Sən orada kirayəşin sayılırdın. Yüz milyonlarla sovet insanı dövlət babanın kirayəşini idi.
- 22 manata kurort. Mən, sovet dövründə pioner düşərgəsinə belə gedə bilməmişəm. Valideynlərim heç vaxt kurorta gedə bilməyib. Ora gedə bilmək üçün "yuxarılardan" tanışın olmalı idi.
- 10 manata 1 kq qara kürü. Axxx. Allah nə verdisə uydururlar eeeee. Mən, ömrümdə ilk dəfə qara kürünü, güləcəksiniz, İstanbulda yemişəm. Rəhmətlik Süleyman Əliyarlını əməliyyat etmişdik, o da hədiyyə olaraq Bakıdan gətirmişdi.
Bir də, Bakıda işləyərkən MTN işçisi bir tanışımla söhbət əsnasında öyrəndim ki, uşaq vaxtı bunlar kürü yeməkdən bezirmişlər. Atası KGB işçisi idi.
Sadə camaat heç vaxt kürü ala bilməzdi. Bu, mümkün deyil.
- 10 manata 3 kq ağ balıq. Ehhhh. Ağ balığı ya vəzifəlilər, ya da balıq alverçi dostları olan yeyə bilərei. Bizim Siyəzənli alverçi tanışlarımız var idi. Kilosuna 5 manat, axır illərdə 15-25 manat arası verirdik.
- 17 manata 10 kq ət. Sadə sovet vətəndaşı həyatı boyü bir ayda 10 kg ət ala bilməzdi. Ət talonla satılan məhsul idi. Kiloqramı da 8 manat idi. İndiki pulla 17 manat.
Amma iş ətin qiymətinin baha olmasında deyildi. Ətin olmamağında idi. Niyə sovet kotletinə çörək və kartof qatırdılar? Ət tapılmadığı üçün.
- 5 manata 50 kq kartof. Razıyam. Təqribən elə idi.
- 8 manata 50 kq un. Razı deyiləm. Kisə ilə un satmazdılar. O, axır vaxtlar idi. Amma Brejnev sağ ikən bir kisə un alsan hökümət səni incidərdi.
Əlqərəz. Kommunistlər yenə yalançılığıa keçiblər. Camaata kommunizm vəd etdilər, səfalətə sürüklədilər.
İndiki kasıbçılığı da kapitalizmlə əlaqələndirirlər. Əslində isə indiki kasıbçılığın bir səbəbi var: Kommunist dövrünün vəzifəliləri hələ də vəzifədədirlər.
Vasif İsmayıl - 25 yanvar 2016-cı il


bicuOab-ga Donald Langford https://wakelet.com/wake/wmwjkfv01ySTO-415RzdL
YanıtlaSiltokaridreels