"Həyat necə yaranıb?" sualına cavab axtarılır

Milyardlarla il öncə həyatın yaranmasına səbəb olan molekulyar rəqs müasir elmdə qaranlıq sirlərini biri olaraq qalır. Dəqiq "xoreoqrafiya" zaman içində itirilmiş olsa da elm indi "rəqsin" əsas addımlardan biri müəyyən oluna biləcəyini deyir. Almaniyada kimyaçıla erkən yer üzündə mövcud olmuş, DNT, RNT və hüceyrənin enerji mexanizmlərinin əsas tərkib hissəsi olam purin (C5H4N4) adlı birləşmələrin yayılmasına yol açan kimyəvi maddələr haqqında hesabat hazırlayıblar.
Abiogenez nəzəriyyəsinə görə ilk olaraq RNT yaranmışdır. Hazırkı elmi məlumatlara görə ilk uzun RNT zənciri genetik məlumat daşıyır və kimyəvi reaksiyalarda katalizator rolu oynayırdı. Bu iki funksiya həyatın təkamülü üçün əsaslardan biridir. Lakin RNT zəncirinin özünün necə yarandığı, necə yayıldığı və "RNT dünyası"na necə yol açdığı qaranlıq qalırdı.
RNT 4 fərqli fundamentdən ibarətdir: Adenin (A), Quanin (G), Urasil (U), Sitozin (C). 8 il öncə ingilis kimyaçı Con Saderlandın başçılıq etdiyi qurup primidinlər olaraq da bilinən Sitozin və Urasilin sintezlənə biləcəyi bir yol təklif etdi. Lakin bu üsul Adenin və Quaninin necə sintezləndiyi haqqında məlumat vermirdi. 1972-də isə ingilis kimyaçı Lesli Orqel və əməkdaşları purinlərin yaranmasında bir yol təqdim etdilər (Bu araşdırma haqqında məqalə Yaşıl Elmdə var). Lakin bu üsulla da çox az miqdarda həyata yol açacaq purin əldə edilmişdi.

Karel və əməkdaşları DNT-nin necə zərər gördüyü barədə araşdırma edirdilər. DNT RNT ilə çox bənzərdir, sadəcə Urasil əvəzinə Timin (T) ehtiva edir. Qrup formamidopirimidinin (FaPy) adlı birləşmənin DNT ilə necə qarşılıqlı təsirdə olduğunu və purinlərdən necə yarandığını öyrənirdi. Beləliklə, qrup erkən Yer şərtlərinə nəzər salar "FaPy"lərin və purinlərin necə yarandığını araşdırmağa başlayıblar.
İlk addım asan idi. Bunun üçün sadəcə hidrogensianid ve su lazımdır. Hidrogensianid sadəcə üç atomdan – hidrogen, azot və karbondan ibarət sadə bir molekuldur və ilk Yer şərtlərində geniş yayıldığı düşünülür. Asanlıqla su ilə reaksiyaya girərək aminlər adlanan müxtəlif kimyəvi maddələr qruplarını ehtiva edən aminoprimidinləri yaradır. Normal olaraq bu aminlər təsadüfi reaksiyaya girərək müxtəlif kombinasiyalarda birləşmələr yaradırlar. Lakin bu halda da purinlərin yaranması mümkün deyildi.
Böyük problem kimi görünsə də həlli çox sadə oldu. Cavab o zamanlar Yerdə geniş yayılmış turşular idi. Turşunun az hissəsi belə aminlərlə qarşılıqlı təsir zamanı bir proton verir və bu proton demək olar ki, bütün amin qruplarının aktivliyini öldürür və yerdə bir neçə qrup qalır ki, bu da purinlərin yaranması üçün kifayətdir.
Hamısı bu da deyil. Elm bu gün laboratoriyalarda bunları sınaqdan keçirə bilir. Üstəgəl keçən il kometə enən Rozettanın Flip zondu da bu məlumatlara uyğun məlumatlar qeyd edib.
Hələ tam olaraq bütün suallar cavablanmasa belə bilirik ki, biz burdayıqsa hansısa yolla bu baş vermişdir. Atılan addımlar sadəcə yıxılan domino daşlarının ilkləridir.

İlkin Cəfərov - 14 may 2016

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr