Məmurlardan hesabat tələb edən təşkilatdan çıxırıqmı?

Azərbaycan hökumətinin Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Platformasının dünən çıxardığı qərara münasibəti hələ ki, bəlli deyil. Lakin bu məlumata ictimai reaksiyaların zəif olmasından belə anlaşılır ki, cəmiyyətdə bu platformanın həm mahiyyəti, həm də əhəmiyyəti ilə bağlı yetərincə informasiya yoxdu.
 Qısaca onu deyim ki, indi dünyada məmurlardan öz gəlirləri barədə vətəndaşlarına məlumat təqdim etməyi, dövlət orqanlarından öz fəaliyyətləri barədə hesabatları bütün detallarına qədər vətəndaşına açıqlamağı, insanların öz problemlərinin həlli üçün idarəetmədə iştiraka şərait yaratmağı, vətəndaş cəmiyyətinə hərtərəfli sərbəst fəaliyyət üçün meydan verməyi minimum standart olaraq tələbə çevirən yeganə təşəbbüsdü. İkinci belə platforma və ya beynəlxalq təşkilat yoxdur ki, bütün bu məsələlərin hamısını bir yerdə hökumətlərin stolunun üzərinə qoysun.

Dünən bu platforma Azərbaycanı aktiv üzvlük statusundan məhrum etdi. Platfrormanın dəyər və prinsiplərinin qorunması ilə bağlı siyasət sənədinə (response policy)görə, qeyri-aktiv üzv statusu almış ölkə ona verilən vaxt ərzində öhdəliklərini icra etmədikdə, həmin ölkə üzv ölkələr siyahısından çıxarılır. Bizə 1 il vaxt verilib, öhdəliyimiz isə vətəndaş cəmiyyətinin sərbəst və maneəsiz fəaliyyəti üçün hüquqi təminatların bərqərar edilməsidir. 2014-cü ilə kimi vətəndaş cəmiyyəti üçün indiki məhdudiyyətlər olmadığı şəraitdə, bu sektordan ölkəyə nə təhlükə, nə ziyanlar gəlmişdi? Heç nə - 2 illik yoxlamalar örtəyə hansı tutarlı faktları qoydu? Əksinə vətəndaş cəmiyyətinin ölkədə gördüyü hüquq-müdafiə və maarifçilik işləri köməksiz insanların özlərini güvənli hiss etməsinə, bilgisiz insanların əldə edə bilmədiyi informasiyaları əldə etməsinə şərait yaradırdı.


İndi seçim imkanı yoxdu: dünən qəbul edilən qərarda bircə öhdəlik var - o da müstəqli vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaqdır. 

Bəs hökumət bu öhdəlikdən imtina etsə, hansı nəticələ gözləyir bizi? 

 
Siyasi fəsadlar olacaq: həmin andan etibarən bütün qərar qəbul edən və rəy yaradan beynəlxalq mərkəzlər Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq Platformasının şəffaf və hesabatlı olmaqdan imtina etdiyi üçün sıralarından çıxardığı ölkəni əsasən bu rəy əsasında qəbul edəcəklər. Diplomatik və siyasi baxımdan haqlı olduğumuz məsələlərdə haqsız duruma düşmək üçün mexanizmə çevrilmək təhlükəsi var bu rəylərin.
 
İqtisadi fəsadlar olacaq: beynəlxaql borc bazarlarına çıxmaq, ölkəyə ciddi investroları dəvət etmək istəyəndə şəffaflıq və hesabatlılıq, vətəndaş cəmiyyətinin durumu ilə bağlı vəziyyət yenə də tələb olaraq hökumətin qarşısına çıxacaq.
 
Media və vətəndaş cəmiyyəti bu məsələ ilə bağlı operativ və peşəkar rəy sərgiləməlidi. 
 
Məsuliyyətli olmaq vacib olan məslədə mütləq məsuliyyətli olmaq gərəkdi...

Rövşən Ağayev - 05 may 2016

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr