İranlı rejissor Panahi haqqında
İnqilab sonrası İran totalitarizminin kinematoqrafiyaya xüsusi mistika səbəbi olduğunu fikirləşmişəm. Çünkü senzuranın bir digər üzü, alternativ yaradıcılığa səbəb ola bilir. Kiarostami, Makbalbax, Farhadi və ya Jafar Panahi üçün yuxarıdakı cümlə keçərliliyini sübut edib. Xüsusilə də, Panahi üçün.
İran kinematoqrafiyasının "Yeni Dalğa" ustasının tragediyası, iyirmi il kino çəkməmək, ssenari yazmamaq, ölkədən çıxmamaqla birgə, altı illik həbs cəzasıdır. Və Panahi bunun müqabilində kameraman dostu ilə birgə "This is not film" adlanan sənədli film çəkir. "Film" olduqca sadədir, Panahinin evdə keçirtdiyi bir günü işıqlandırır. Panahi kameraya təzə yazdığı, lakin dövlət tərəfindən qadağan edilən ssenarisini səhnə-səhnə - yerə xəttlər çəkərək, telefonunu yataq metaforsı edərək, intihar haqda düşünən qızın yerinə özünü qoyaraq - canlandırır! Bəli, İran onu kinoya həsrət qoya bilər, amma fikirini əlindən ala bilməz. Film Cannes Film Festivalına bir tortun içində gizlədilmiş USB-nin içində gedir.
Panahinin cəzası hələ də davam edir. Və o keçən il "Taxi Tahran"-ı çəkir. Bu dəfə Taksi sürücüsüdür Panahi; taksinin üç bucağına kamera yerləşdirilib, gün boyu müştəri qəbul edir, onlarla İran, kino, sənət, ümumi yaşam panaroması haqqında danışır. Əldə edilən iki saatlıq film isə Berlin Film Festivalında "Qızıl Ayı" mükafatını aldı.
İran təkcə Panahini deyil, ümumi kino sənəti və tarixini ləkələyir. Və hər şey əslində Panahinin sənədli filmin ortasında dayanıb, dolan gözləri əhatəsində ifadə etdiyi cümlə qədər ağırdır: "Bir filmi başa sala bilsəydik, onu niyə çəkmək lazım olardı?"
Elməddin Süleymanov - 25 noyabr 2015-ci il
(https://www.facebook.com/ellingelik/posts/999892726739379?pnref=story)
Elməddin Süleymanov - 25 noyabr 2015-ci il
(https://www.facebook.com/ellingelik/posts/999892726739379?pnref=story)

Yorumlar
Yorum Gönder