Kütlə haqqında
1977-ci il 13 iyul axşamı Nyu-Yorkda mərkəzi elektrik paylayıcısına ildırım düşdüyü üçün şəhərin əksər hissəsi işıqsız qaldı. İqtisadi böhran səbəbindən o ərəfədə ölkənin, o cümlədən Nyu-Yorkun qaradərili əhalisi yoxsullaşmışdı. Qaradərili əhali işığın olmamasını fürsət kimi gördü. Kütləvi soyğunçuluq və vandalizm başladı:
- əksəriyyəti varlı adamlara məxsus olan 1077 mənzil və obyektin yandırılması;
- 1500 mağazanın qarət olunması, sahibkarların 1 milyard dollar (indiki pulla daha böyük məbləğdir) mal və əmlak zərərinə düşməsi.
- 1500 mağazanın qarət olunması, sahibkarların 1 milyard dollar (indiki pulla daha böyük məbləğdir) mal və əmlak zərərinə düşməsi.
İğtişaşda 100 mindən çox qarətçi iştirak edirdi, onlardan 3800 nəfər tutulmuş, ancaq sonra buraxmışdılar (istintaq mümkün olmadı).
Maraqlı məsələ isə budur: 1965-də ABŞ-da enerji şəbəkəsində qəza üzündən ölkənin bir hissəsi işıqsız qalan zaman belə şey olmamışdı, əksinə, adamlar bir-birinə əlindən gələn köməyi etmişdilər. Çünki nisbi rifah vardı, o cümlədən qaradərili əhalinin də rifahı babat idi. Ancaq 12 il sonra eyni hal baş verir və tamam başqa mənzərə. Söhbət budu, biriləri sərvət içində üzməkdəykən yüz minlər acından aboy gəmirirsə, elə ilk fürsətdəcə bunun qisasını ən amansız şəkillərdə alacaqlar.
Başqa bir maraqlı fakt da oldu ki, elektronika mağazalarından xeyli sayda musiqi avadanlığının qaradərili gənclərin ixtiyarına keçməsi sayəsində qısa müddətdə onlar hip-hop stilini inkişaf etdirdilər, yüzlərlə yeni dicey meydana çıxdı. Bunadək həmin avadanlıqlar baha olduğu üçün həvəskar qaradərili gənclər onları ala bilmirdilər.
Burdan nəticə çıxır: kütlənin özünü inkişaf etdirməsi üçün müvafiq resurslar ona əlçatan olmaldır. Kütlə - digər hər şeyin onun üzərində qurulduğu təməl təbəqədir. Onu davamlı inkişaf edən nəhəngə də çevirmək olar, qisas üçün fürsət gözləyən monstra da.
Bizim hökumət bu iki işdən hansıyla məşğul olur, göz qabağındadı.. Yaxınlarda mağaza oğruları tutulmuşdu, kamera önündə dedilər: kasıbdan oğurlamamışıq ki peşman olaq, hökumətdən oğurlamışıq, əcəb eləmişik, peşman filan deyilik. Bu cür yanaşmaya uğradılmış yüz minlərlə insan var ölkədə. Və onlar fürsət gözləyirlər...
Ruslan Köçərli
18 noyabr 2015-ci il

Yorumlar
Yorum Gönder