Facebookdakı hakimiyyət trollarını necə təyin etmək olar?

Facebookdakı hakimiyyət trollarını necə təyin etmək olar? Bunun üçün sadə yollar var. Bir-iki Facebook alqoritmi bizə bu barədə kömək edir.
Bunun üçün bizə birinci troll profilin ID nömrəsi lazımdır. Məsələn, 100009256644302 ID nömrəli istifadəçi.
Bunun üçün bu https://www.facebook.com/…/100009256644302/stories-commented linkə tıklayırıq və həmin istifadəçinin hansı postlara rəy yazıb-yazmadığına baxırıq. Məsələn, gördüyünüz kimi Tony Starker adlı istifadəçi ancaq Meydan TV, Azadlıq Radiosu, AZTVdən Seçmələr kimi səhifələrə və Azərbaycanda İnsan Hüquqları barədə yazan nə səhifə varsa ancaq ora paz olub. Deməli bu trolldur.
Verdiyim linkdəki rəqəmi silib, yerinə öz ID nömrənizi yazaraq yoxlaya bilərsiniz.
Henk van Ess müəllim (http://www.twitter.com/henkvaness) bunun üçün bir onlayn alət işə salıb http://graph.tips adlı sayta girib birinci username yazırsınız (məndə cavid.aga) və GET FB ID tıklayırsınız.
Sonra o ID-ni aşağıdakı qrafalara yazaraq mənim rəy yazdığım postları, bəyəndiyim rəsmləri, hansı kafe və restorana getdiyimi filan izləyə bilərsiniz.
Bu ciddi məsələdir, informasiya müharibəsində qabağa düşmək lazımdır. Həm də profili qorumaq üçün yoldur da, baxma.
QEYD: Facebooku English (US) dilində istifadə etmək lazımdır.

Cavid Ağa - 23 noyabr 2015-ci il

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr