Solçuların İran ümidləri
Keçən əsrdə fransız solçuları stalinçi, maoçu olub xəyalqırıqlığına uğradıqdan sonra İslam inqilabına ümid etmişdilər, o dövrdə Parisdə mühacirətdə olan Xomeyninin evinin qarşısında saatlarla növbə gözləyir, ondan müsahibələr alıb tanınmış qəzetlərdə dərc etdirirdilər. Michel Foucault ən qızğın tərəfdarlarından idi, inqilabdan əvvəl dəfələrlə İrana getmişdi, müxaliflərlə görüşüb Avropa qəzetləri üçün reportajlar hazırlamışdı. Xomeynini Parisdən Tehrana aparan təyyarədə xeyli jurnalist var idi, Fuko aeroportda gözləyirdi.
İnqilab baş tutduqdan həmən sonra yeni hökümətin metodlarının şahın metodlarından fərqli olmaması, həbslər və edamların sürətlə davam etməsi xəyalqırıqlığı yaratdı. Fuko "İran səhvinə" görə çox tənqid olundu.
Didier Eribon "Mişel Fuko"
paylaşdı: Yalçın İslamzadə - 30 noyabr 2015-ci il

Yorumlar
Yorum Gönder