İspan qripi haqqında
1918-ci
ilə başlamış və iki il ərzində 100 miyona yaxın adamı öldürmüş "İspan
qripi" deyilən pandemiyanın çox maraqlı cəhəti olub. Ən sağlam, başqa
sözlə ən güclü immun sistemi olan adamları öldürüb. Dünyanın hər
yerində. Amazoniyada bir aborigen məskəni xaric. Heç bir dərmanın xeyri
olmayıb. Xəstəlik öz-özünə çəkilib. Səbəb isə çox sadədir: daha
öldürməyə müvafiq adam qalmamışdı. 2006-cı ildə bu virusun genetik
materialı öyrənilərkən məlum olub ki, virus özlüyündə öldürücü deyil.
Ancaq onun belə bir imkanı var: bədənə düşüncə immun sistem o həddə
aktivləşirmiş ki, bədənin özünü öldürməyə başlayır, bir neçə gün ərzində
ölüm labüd olurdu. 1918-20-ci illərdə dünyada o tip immun sistemi olan
nə qədər insan var hamısının qırıldığı düşünülür. Ancaq hələ də bilinmir
həmin adamların immun sistemində hansı "kodlar" varmış ki, virus onları
aktivləşdirirdi.. Avropada orta əsrlərdə baş veriş pandemiya barədə də
eyni versiya var. Yoluxanların heç də hamısı ölməmişdi. Deməli,
pandemiya müəyyən tip immun sistemi olan adamları öldürürdü. Bunlar
təbii seçmə nümunələridir.
Ruslan Köçərli
17 noyabr 2015-ci il

Yorumlar
Yorum Gönder