Beynəlxalq Cinayət Məhkəməsi haqqında

1998-ci ildə Roma'da Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunmasıyla bağlı BMT'nin Diplomatik Konfransı keçirildi. 5 həftə sürmüş həmin konfransda mən də iştirak etmişdim (əvvəlindən sonuna qədər). Bu məhkəmənin qurulmasıyla bağlı əksər danışıqların pərdəarxasını (mətbəxini) bilirəm.
Həmin konfransda Türkiyə çox çalışdı ki, terrorizm Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilsin. Dəfələrlə təklif etdi, bu cinayətin tərifilə bağlı çeşidli layihələr verdi, işçi qrupların qapalı toplantılarında bir-bir aparıcı dövlətlərdən dəstək istədi və s. ABŞ'ın, Britaniya'nın, Fransa'nın, Rusiya'nın, Çin'in, Hindistan'ın, İran'ın, Səudiyyə Ərəbistanı'nın, İsrail'in necə buna qarşı çıxdığını yaxşı xatırlayıram.
Nəticə: terrorizm Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid deyil.

Erkin Qədirli - 16 oktyabr 2015
https://www.facebook.com/erkin.gadirli.5/posts/493446607486286

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr