Vətəndaş kimliyinin vacibliyi barədə

Var çoxhüceyrəli monolit orqanizm, bir də var çox sayda birhüceyrəlidən ibarət koloniya. Koloniyaya bir təpik vuranda darmadağın olur. Orqanizmi isə elə asanlıqla dağıtmaq mümkün deyil. Bu müqayisədən çıxış edəndə bizim əhali koloniyadır, bütöv xalq yox. Tənzimlənməyən, yaxud bəlkə də qəsdən bu cür tənzim olunan kənar təsirlər dörd əsas cəbhə açıb: Qərb, Rusiya, Türkiyə və İran yönümlü.

Balans siyasəti deyilən şey əslində bundan ibarət idi: kənar güclərə (senyorlara) hər birinin gücünə uyğun olaraq vassallıq etmək, eyni zamanda hamısına vassallıq etmək və senyorlar arasında dəngələrin dəyişməsinə uyğun olaraq vassallıq şkalalarında dərəcələrə yenidən baxmaq. Bunun başlıca iki nəticəsi olur: 
 
1. Senyorlarla əlaqələr əsasən ayrı-ayrı şəxslərə tapşırıldığı üşün, gec-tez hakimiyyət daxilində qruplaşmaların yaranması labüd olur. Monolitlik pozulur, asan dağılmağa meylli koloniya yaranır. Senyorlardan hər hansı biri regionda qəti üstünlük qazanarsa, öz qruplaşmasını yuxarı başa keçirir, digərlərinə son qoyur.  
2. Əhali üçün ümumi kimlik (xarici təsirlərin fövqündə olan üst kimlik, bütöv xalq olmaqçün vacibdir) pozulur, hər cəbhədə uyğun xarici mənbənin sirayət etdiyi kimlik üstlənir. Onların hər biri öz kimliyinin bütün ölkə üçün üst kimlik olmasını istəyirlər, bu isə daxildə aktiv yaxud passiv vətəndaş qarşıdurması üçün zəmindir. Azından son 10 ildə passiv qarşdurma izlənilir. Cəbhələrdən hansısa biri hakimiyyətin repressiyasına uğrayanda digər cəbhələr bunu yaxşı qarşılayırlar. Çox pis haldır. 
 
İzahatdan göründüyü kimi, bu yaramaz vəziyyətdən çıxmaq üçün azərbaycanlı vətəndaş kimliyi əhali üçün üstlənməlidir. Siyasi hakimiyyət başda olmaqla xeyli görüləsi işlər var bu məqsədlə.

Ruslan Köçərli - 30 noyabr 2015-ci il

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr