"Qərb özü edir" klişesi haqqında
Son illər ən çox dolaşan klişeler, "tezisler", arqumentler: 1) Qərb nefte göre Liviyaya girdi, İraqa soxuldu, Misirdə inqilab elədi, Tunisdə Ben Alini devirdi; 2) Terror aktlarını Qərbin özü edir ki, Suriyaya qoşun yeritsin, 3) İŞİD'i, Ben Ladeni Qərb yaradıb.
Bütün bunlara cavab yazacağam, bir az uzun alınacaq, əvvəlcədən üzr istəyirəm, həm də rica edirəm ki, cavab yazanlar diqqətlə oxusun, əks-arqumentlər gətirsinlər.
1) 20-ci əsr neft əsri idi, bu, danılmaz faktdır, əsrin ikinci yarısında dünyada geniş yayılmış fikir və tezis bu idi ki, neft tükənən resursdur, bir gün bitəcək və güc olmaq istəyən dövlətlər nefti ve onun daşınma yollarını nəzarətdə saxlamağı özlərinin prioriteti elan etdilər. Əsasən də 1973-74-cü illər böyük neft böhranından sonra ABŞ-ın əsas hədəfi neftə nəzarət idi. Bütün siyasət, müharibələr, müdaxilələr Qərbin çirkin oyunları neftə görə idi. ABŞ ve Avropa Ərəb monarxlarını ve diktatorlarını qoruyur, öz hərbi bazalarını buna uyğun qururdu. Səudiyyə, Küveyt ABŞ-ın "yanacaqdoldurma məntəqəsi" rolunu oynayırdı. Liviya və Rusiya da Avropanı neftlə təmin edirdi. Bütün hesabatlarda neftin tükene biləcəyi ehtimalı çox yüksək göstərilirdi. ABŞ, Kanada kimi ölkələrdə, İsraildə neft-qaz yataqlarının olduğu bilinir, lakin bunlardan istifadə edilmirdi.
2008-ci ildə ilk dəfə Dünya Enerji Agentliyi hesabat yaydı ki, neft tükənmir, əksinə artır. Elə bu zaman ABŞ ve Kanada neft hasilatını artırmağa başladı. Rəqəmlər: 2012-ci ildə məlumat yayıldı ki, dünyada təsbit olunan dəqiq neft yataqları və həcmi, 1990-cı ildəki ehtiyatlardan 6 dəfə (!!!) çoxdur, 2014-cü ildə ABŞ, Kanada, Braziliya, Madaqaskar ətrafı, Arktika ve digər bölgələrdə fantastik həcmdə neft ehtiyatları tapıldı - "neft tükənmir, artır" tezisi hakim olmağa başladı. ABŞ 10 il əvvəl günə 18 mln. barel neft istehlak edirdi, özü isə cəmi 3 mln. barel neft istehsal edirdi. Bu gün ABŞ günə 14-14,5 mln. barel neft istehlak edir ki, bunun da 9,3-9,5 mln. barelini özü hasil edir, Kanada gündə 3,5 mln. barel neft hasil edir, bunun da 2 mln.-nu ABŞ-a satır, yerdə qalanını ABŞ əvvəl Venesueladan alırdı. İndi Meksikadan alır. Beləliklə, Şimali və Cənubi Amerika bütövlüklə Şərq ölkələrinin neftindən asılılığını minimuma endirdi, 21-ci əsrin isə texnologiya əsri olduğunu, neftin bir era kimi bitdiyini anlayaraq, öz neft ehtiyatlarını intensiv hasil etməyə başladı. Bu gün qaz istehsalında ABŞ dünyada 1-ci, neft istehsalında 3-cü yerdədir, 2018-ci ildə ABŞ günə 11-11,5 mln barel neft çıxartmaqla dünyada 1-ci yere çıxacaq.
Liviya neftinin 90%-ni Qərb şirkətləri çıxardırdı, 86%-ni Avropa dövletleri alırdı, Qəddafi və ailəsi Fransa, İtaliya, Britaniya ve İsveçrəyə 200 mlrd. dollar investisiya qoymuşdu, Berluskoni, Sarkozi onun əlini öpürdü - bu veziyyetde niyə onu devirsinler ki?! Bir dəlini yola verirdiler, indi orada 700 dəli var, qəbilə başçısı var, it yiyesini tanımır. Qəddafi dövründə günə 1,3 mln barel neft alan Avropa, indi heç 300 min ala bilmir.
Ben Ali Avropanın en yaxın dostu idi, bir sözlərini iki etmirdi, AB-nin bütün tərəfdaş proqramlarının lider dövleti idi. Niyə onu devirsinler ki?! Misir Qərbin regionda dayağı, Mübarək isə ən yaxın adamları idi, Qərbden ən çox hərbi yardım alan müsəlman ölkəsi idi, İsrail nə deyirdi, onu edirdi. Niyə onu devirsinler ki?!
2) Suriyada nə var ki, ora girmək üçün Qerb can atsın? Ya da, kim Qərbə mane olur ki, ora herbi müdaxilə etsin?! Buna göre terrormu lazımdır?!
3) Bəli, Ben Ladeni de, İŞİD-i də Qərb yaratdı, hətta Talibanı da. Amma Qərb elə bilirdi ki, hər zaman onları kontrol edə biləcək. Bu, mümkün deyil, dini radikalizmi nəzarətdə saxlamaq mümkünsüz işdir. Bu gün də baş veren, Qərbin 30 il evvel, neft siyasətinə görə qurduğu oyunun nəticəsidir. İndi neft lazım deyil, amma bu qruplar nəzarətdən çıxıb.
Radikalizm ƏDALƏTSİZLİKDƏN və TƏHSİLSİZLİKDƏN doğur, bu gün o coğrafiyada baş vərənlər on illərin ədalətsiz və diktator rejimlərinin məhsuludur. Ədalət və rəqabətin məhvi sonda xaos və radikallıq yaradır. Bu, hamıya, elə o Qərbə də dərs olmalıdır...
Natiq Cəfərli - 15 noyabr 2015-ci il
(https://www.facebook.com/natig.jafarli/posts/10206969575571543)
Natiq Cəfərli - 15 noyabr 2015-ci il
(https://www.facebook.com/natig.jafarli/posts/10206969575571543)

Yorumlar
Yorum Gönder