Biz multukuturalistik və ya sabitlik lazımdırmı?
Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov: “Azərbaycan multikulturalizm, sabitlik baxımından bir adadır”. Yorulduq başa salmaqdan, yenə bildiklərini oxuyurlar:
1) Multikulruralizm iflasa uğramış bir yanaşmadır. Avropada multikulturalizm yanaşması labüd idi, çünki başqa ölkələrdən, başqa xalqlardan, mədəniyyətlərdən, millətlərdən ora axın var idi, amma bu yanaşma müasir “qettoların” yaranmasına səbəb oldu, Avropa köçənlərin mədəni, hüquqi inteqrasiyasına maneələr törətdi, ayrı-ayrı millətlərə və dil qruplarına məxsus məhəllələrin yaranmasına səbəb oldu.
2) Avropa indi bu yanaşmadan “vətəndaşlıq modelinə” keçir, yəni, məsələn, fransız, alman millət deyil, vətəndaşlıq tanımıdır.
3) Multikulturalizmin Azərbaycana aidiyyatı yoxdur, bizdə gəlmələr yoxdur, biz bir coğrafiyanın, bir mədəniyyətin, bir düşüncənin məhsuluyuq, multikulturalizm söhbəti bizi bölünməyə aparır. Bizdə də işlək tək model vətəndaşlıqdır, azərbaycanlı – millət deyil, vətəndaşlıq tanımıdır, bizi birləşdirən dəyərdir. Dünyada hər şeyin ən yaxşısı etnik mənsubiyyətindən asılı olmayaraq azərbaycanlıların - vətəndaşlarımızın olmalıdır, biz vətəndaş millətçisi olmalıyıq. Hökumətdə ağıllı, bilikli, məlumatlı adamlar yoxdur ki, bir oxuyub başa düşsünlər, ya da gəlsinlər söhbət edək, mühazirə deyək, başa salaq. Ölkəni təhlükəli “multikulturalizm” virusuna yoluxdurmasınlar.
4) Bunlara başa salmaqdan yorulduq ki, sabitlik dəyər deyil, dəyər dinamik inkişaf, tərəqqidir. Ən sabit yer qəbirstanlıqdır, amma nəsə, heç kim ora tələsmir. O ki qaldı ada məsələsinə, biz analoqu olmayan ada olmaq istəmirik, bizə təcili analoqu olan, özü də müasir, tərəqqipərvər analoqu olan ölkə olmaq lazımdır!
Natiq Cəfərli - 21 noyabr 2015-ci il

Yorumlar
Yorum Gönder