Kayıtlar

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr

Resim
Çox maraqlı, ziddiyyətli, təlatümlü və təhlükəli dövrə gəlib çıxmışıq. Dünən Qüdsdə ABŞ səfirliyinin açılması və qanlı hadisələri mətbuatdan hamınız gördünüz. Mən həmin bölgəyə və oradakı qüvvələr balansına həmişə emosiyasız, dini doqmatik baxışları qatmadan baxmağa çalışmışam. Aşağıdakı yanaşmamı nihilist kimi də dəyərləndirə bilərsiniz. Qüdsü səlibçilərdən geri almış Səlahəddin Əyyubi haqqında "Cənnətin Krallığı" (Kingdom of Heaven) filmində Qüdsün mühasirəsindən sonra təslim şərtlərini müzakirə edən xaçlı ilə maraqlı dialoq var. Sonda xaçlı Səlahəddindən soruşur ki, Qüdsün dəyəri sənin üçün nədir, o, cavabında deyir "heç nə, sonra gülümsəyib deyir "və hər şey"". ( https://www.youtube.com/watch?v=ThBOw3ja6hU ) Yəni, məsələ burasındadır ki, bu şəhər istəsək də, istəməsək də milyonlarla insan üçün, əvvəllər nə olmuşdusa, gələcəkdə də tarix üçün o olacaq. Yəni, Qüds Səlahəddin Əyyubi kimi çox müdrik ağıllı rasional, soyuqbaşlı, strateq və dövlət adam...

Pambığa gedən müəllim niyə trolluq edir?

Resim
Ən klassik misalı Şimali Koreyadır. Eyni xalqdır, iki yerə bölünüb. Birində raket gədə camaatı hara istəyir göndərir, havayı işlədir, minir, çapır, o birində, gözümlə görmüşəm, paytaxtın hər yerində hökumətə cürbəcür etirazlar olur. Hansı necə yaşayır, özünüz bilirsiniz. Əcəmoğlu və Robertson məşhur kitablarında ümumiyyətlə ABŞ-la, Meksika arasında bölünmüş bir şəhərin əhalisinin sistem fərqi nəticəsində necə bir-birindən fərqlənməsini izah edirlər. Yaxud götürək elə hamımızın ağzı sulana-sulana danışdığı Almaniyanı. Hitler adında monstr, Heidelberq universitetində fəlsəfə doktoru olmuş Gebbels kimi gədə və sairələri almanları cəmi bir neçə ilin içində şimali koreyalıya döndərmişdilər. Şərqi və Qərbi Almaniyanı götürək. 1990-cı ildə birləşiblər, neçə onillərdir kommunist totalitarizminin axırına çıxdığı şərqi almanları Qərbi Almaniya inteqrasiya edib, qurtara bilmir. Elə bilirsiniz bitib məsələ? Ay-hay, açın baxın qatı sağçı AFD ən çox səsi harada yığıb. Pis sistem pis şe...

Erdoğan niyə erkən seçkiyə gedir?

Resim
Türkiyə 2 ay sonra – iyunun 24-də erkən prezident və parlament seçkilərinə gedir. “Yanğından mal qaçırmaq” kimi görünən bu fövqəladə seçki qərarının bir çox səbəbi var, mən çox uzatmadan 3 əsas səbəb üzərində dayanmaq istərdim. Birinci səbəb məhz “yanğın”la, yəni iqtisadi böhranla əlaqədardır. İnflyasiya, işsizlik faizləri ikirəqəmli səviyyəyə yüksəlib, iş yerləri bağlanır. Bu ilin ilk 2 ayında 20 mindən çox əsnaf (kiçik və orta sahibkar) iflas edib, son 4 ildə iflas edən əsnaf sayı isə 430 min nəfərdən çoxdur. 2017-ci ilin yekunlarına əsasən 332 mindən çox ticarət obyekti (onların KOBİ dediyi kiçik və orta ölçülü işlətmələr) kredit borcunu ödəyə bilməyərək icralıq olub. Ümumilikdə məhkəmələrdə problemli kreditlərlə bağlı 26 milyon dosye var. Türk lirəsi hər gün dəyər itirir və bu da öz növbəsində əhalinin gəlirlərinin əriməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Türkiyənin 460 milyard dollar civarında toplam xarici borcu var və bunun 185 milyard dolları bu il ə...

Cümhuriyyət tənqidçilərinin sortları

Resim
Cümhuriyyəti tənqid eləyənlər, onun qurucularını ələ salanlar haqda bir-iki kəlmə demək istəyirəm. Onların kiçik bir qismi düz eləyir. Kimlər? Anarxistlər. Anarxist olub hansısa dövlət quruluşunu qəbul eləmək öz əqidəsinə zidd getməkdir. (Anarxist deyiləm, istəsəniz minarxist deyə bilərsiniz.) Ancaq qalan tənqidçilərin, demək olar ki, hamısının bir əmması var. Tənqidçiləri qruplaşdırıb danışaq.  Cümhuriyyətin tənqidçilərinin böyük bir qismi solçudur. Bu solçuların bir qismini səmimi solçu sayaq. Yəni nə sovetlərin xiffətini çəkən kütbeyinlərdir, nə bilərəkdən Putin şiələri ilə bir cəbhədə olanlardır. Anladığınız avropasayağı solçular. Bu solçuların səhvi ondadır ki, cümhuriyyətçiliyi sağçıların məhsulu sayırlar. Yeri gəlib, birbaşa deyim: cümhuriyyət sağçı respublika demək deyil. Bütün spektr siyasətçilərin özlərini siyasi səhnədə sınamaları üçün ədalətli platformadır. Bu platformada solçu da özünü təsdiqləyib çoxluq qazana bilər, hakimiyyətə gələ bilər - sağçı da,...

Möhtəşəm geridönüş

Resim
Şənbə günü 2016-17 Çempionlar Liqasının final matçı olacaq. ÇL-in ən titullu klubu bu turnirin finallarının ən uğursuz klubuna qarşı oynayacaq. Real Madrid 11 dəfə turnirin qalibi, Yuventus isə cəmi 2 dəfə qalib olmaqla yanaşı, düz 6 dəfə finalda məğlub olub. Çoxlarının Yuventusa azarkeşlik edəcəkləri gözlənilir. 10 il öncə belə şeyi təsəvvür etmək mümkün olmazdı. O zamanlar hamı deyirdi ki, italyanlar darıxdırıcı və maraqsız oynayır. Əminəm ki, bu dəyişikliyin səbəbi təkcə qeyri-Real azarkeşlərinin Reala qarşı olmaqları deyil. Bunun başqa səbəbləri var. Onu da izah etməyə çalışacam. Düz 10 il öncə Yuventus İtaliyanın ikinci liqası – Seria B kubokunu başı üstündə qaldırmışdı. Bu həm klub, həm də azarkeşlər üçün çox ağır vaxtlar idi. Cəmi bir il öncə dünyanın ən güclü bir neçə klublarından biri, İtaliya yığmasının 2006-cı il dünya çempionluğunda aparıcı rol oynamış komanda məhkəmənin qərarı ilə cəzalandırılmış, çempionatda əldə etdikləri nəticələr təxirə salınmış, ən pisi isə ik...

Trump administrasiyası İran və Rusiya dilemmasında və ya çoxdəyişənli proseslərin sistemli təhlili cəhdi

Resim
Trampla mənim hərdən statuslarda məzələnməyimi çalışın, çox da ciddiyə alaraq uzağa getməyəsiniz. Bu adam hakimiyyətə gələndən dünyadakı onsuz da qəliz olan proseslər daha da qəlizləşmişdir və bu proseslər birbaşa dövlət və xalq kimi bizim taleyimizə təsir etdiyinə (və edəcəyinə) görə məsələlərə çox soyuqbaşla baxmağa çalışın. Bu adam fərd və şəxs olaraq dəli, başdan xarab ola bilər və bütün tənqidlərdəki kimi ola bilər, ancaq ona daha böyük və qlobal mənzərənin, çərçivənin və proseslərin (puzzle) bir parçası olaraq baxsaq, onun tarixi hadisələrin inkişafındakı bir "kəpənək effekti"nin (batterfly effect) nəticəsi, eləcə də özünün hansı "kəpənək effekti"ni doğuracağını düşünmək lazımdır. Və ya Trampa çox məchullu və çox dəyişənli mürəkkəb riyazi tənlik olan beynəlxalq münasibətlərdə mürəkkəb bir dəyişən kimi baxın. Tramp administrasiyası daxilində və ABŞ-da müxtəlif siyasi qruplar arasında cərayan edən ziddiyyətli proseslərin bu ölkənin xarici siyasətinə və b...

Dünya dinlərin iddia etdiyi kimi mükəmməldirmi?

Resim
Gözlüklü ilahiyyatçı əli qolunu ölçüb "göz mükəmməldir" desə də, ən az 56 göz xəstəliyi mövcuddur. Görünən işıq elektromaqnit spektrin 1%-indən azdır. Teleskop və mikroskop olmasa idi, insanların mikroorqanizmlərdən xəbəri olmaz, Ayı hələ də qüsursuz göy cismi hesab edərdilər. Hippokrat müasir tibbin qurucusudur, Asklepion rahibləri nəslindən olsa da, ənənəvi tibbi qəbul etməmiş, xəstəliklərin təbii səbəblərdən yarandığını müdafiə etmişdir, klinik tibbin və tibbi etikanın qurucusu sayılır.  "Epilepsiya digər xəstəliklərdən heç də daha səmavi, ya da müqəddəs deyil. İnsanlar cəhalətlərindən onun səbəbinin səmavi olduğunu düşünürlər".  Afinada yayılmış vəbaya qarşı tədbir görmək üçün Afinaya dəvət olunur. Dəmirçilərin vəba tutmadığını müşahidə edir və xəstəliyin quru və isti havada yayılmadığı nəticəsinə gəlir. Evlərdə ocaq yandırıb havanı qurutmağı, cəsədləri yandırmağı, suları qaynatmağı məsləhət bilir. Sənayeləşmə nəticəsində şəhərlərin əhalisi...

Hillary Clinton vs Donald J. Trump. Kimin qalib gəlmək şansı daha çoxdur?

Resim
26 iyul 2016 - Deməli vəziyyət belədir. Paytaxt ərazisi də daxil olmaqla 20 ştatda Klintonun güclü üstünlüyü var. Trump isə 21 ştatda ciddi üstünlüyə malikdir. Möcüzə baş verməsə seçki günü bu 41 ştatdan gələn səslərə görə Klintonun 249, Trumpın isə 164 səsi olacaq. Digər 9 ştatdan gələcək 125 səsin taleyi məlum deyil. Rəy sorğularında bu iki namizəd arasında fərq 2 fazidən azdır. Mübarizə bu ştatlarda gedəcək: Florida (29 səs), Pensilvaniya (20), Ohayo (18), Corciya (16), Şimali Karolina (15), Arizona (11), Nevada (6), Ayova (6), Nyu Hempşir (4). Prezident olmaq üçün 272 səs toplamaq lazımdır. Bu səbəbdən Klintonun işi daha asan görünür. Məsələn, bu ssenari ilə Klinton yerdə qalan 9 ştatdan ancaq Floridada qələbə qazansa, prezident olacaq. Problem ondadır ki, çox böyük bir ehtimal seçkilərdə daha iki namizəd olacaq. Həmin iki namizədin isə kimə mane olub, kimə köməkliyi edəcəyini təxmin etmək üçün hələ çox tezdir. 04 oktyabr 2016 -  ABŞ prezident seçkiləri ərəfəsi...

Fizika üzrə 2016-cı ilin Nobel mükafatı hansı kəşfə verildi?

Resim
Bir az əvvəl 2016-cı ilin fizika üzrə Nobel mükafatı açıqlandı. Mükafatı ABŞ-dan olan üç fizikaçı bölüşdü. D.Tulez, D.Holdeyn və M.Kosterlitz mükafatı maddənin topoloji fazalarını və fazalararası keçidin nəzəriyyəsini verdiklərinə görə qazandılar. Topoloji fazalar təbiətin dərin, fundamental gerçəklikləri ilə əlaqədardı. Topoloji faza nədir? Orta məktəbdən maddənin 3 halını yəqin ki, çoxları bilir. Mayedən qaz, bərk haldan mayeyə və s. keçidlərin də səthi mexanzimindən demək olar ki, çox adam xəbərdardı. Maddənin bu 3 halı orta tərtibli temperaturlarda, normal şəraitlərdə hamıya məlum hallarıdı. Qütbdəki buzlaqlarda ən soyuq (-80° - -85°S), metaləritmə zavodlarında ən isti (3000°-4000°S) rast gəlinən temperaturlardı. Maddənin 4-cü, plazma halı da alovun içində, Günəşdə yenə yüksək temperaturda ortaya çıxır. Günəşin daxilində istilik 1000000°S tərtibdədi. Görünən odur ki, yüksək temperaturun, istiliyin sərhədi yoxdu, milyon dərəcələrə gedib çata bilir. (Nəzəri hesablamalara görə o...

Xəyal qurmaq və yaşamaq uğrunda mübarizə haqqında

Resim
Qərb insanının əldə etdiyi uğurlardan biri də boş vaxtdı. İşdən, yuxudan sonra qalan vaxtda həyatlarını planlama və yaşama imkanları genişdi. Bizim ölkədəki bərbad sistem isə nəinki insanların azadlığını, həm də onların boş vaxtlarını da məhdudlaşdırır. Boş vaxt yalnız şəxsi işlər üçün deyil, həm də xəyal qurmaq, düşünmək üçün vacibdir. Xəyal qurmaq şəxsi həyatın məhsuldarlığını artıra bilər. Kaliforniya Universiteti, Psixologiya və Beyin Elmləri departamentinin araşdırmasına əsaslanaraq, xəyal quran iştirakçılar kreativ düşünmə testində digərlərindən 41% çox müvəffəq olublar. Elm adamları üçün xəyal qurmaq hətta əsas məsələlərdən biridi. A. Eynşteyn nisbilik nəzəriyyəsini ərsəyə gətirmək üçün uzun müddət xəyal qurmuşdu. Koqnitiv psixologiyada xəyalqurmanın 3 növünü ayırırlar:  1) Diqqətsizlik xəyalqurması: əsas fikir əməliyyatına və ətraf mühitə fokuslanmaq lazım olduğu halda xəyala dalmaq fikri cəmləməni dağıdır. Fikirli adam işini yerinə yetir bilmir, mənfi təsir əm...

Oşonun Rolls Royce kolleksiyası. Rasionalizm spiritualizmə uduzurmu?

Resim
İntellekt sahibi, incəsənət xadimi bir paytaxt sakini, olduqca xüsusi bir nəsnə göstərəcəyini vəd edərək ehtiramla qutuları açmış, zərfin içindəki külü göstərmişdi-"Hindistandan gəlib, Sai Baba (hindistanlı bir quru-anadan olduğu kəndin yaxınlığında aeroport tikilib) barmaqlarını birbirə sürtür və bu kül yaranır" demişdi. Son dövrlərdə böyük bir mədəniyyətin zəif mirasçısı olaraq dünyanı ən çox dolamış uluslardan biri Hindistandır. İngiliscənin ən sərt aksentlərindən birinə sahib olduqları halda, youtube-da ingiliscə öyrənmək üçün videoların çoxu hind aksentlidir-aksentlərini düzəltmədən dünyaya ingiliscə öyrədirlər. SSRİ kimi kosmik ölkəni melodramaları ilə dəli eləmişdilər. Məşhur filmə 70 milyon sovet izləyicisi baxmışdı, filmlərinin əsas süjet xətti kasıbların fəzilətli olduğu idi-bəlkə də SSRİ-ə buna görə sərf edirdi.  Dünyanın başqa yöndən quruları ilə gic ediblər. Yerindən duran dünyaya ağıl öyrədir. Oşo, Krişnamurti, Çopra, Sai Baba-bizim adını eşitmədiyi...

Respublikaçı və demokratlar arasında terminologiya müharibəsi

Resim
ABŞ konqresində 1955-1995 illər ərzində fasiləsiz olaraq çoxluq demokratların əlində idi. Demokratlar o qədər güclü idilər ki, bəzi illər konqresdəki nümayəndələri az qala 70 faizə çatırdı. Reyqanın ölkə üzrə böyük üstünlüklə prezident seçilməsi belə demokratların konqresdəki çoxluğuna mane ola bilmədi. Respublikaçılar bu vəziyyətdən o qədər bezmişdilər ki, partiyada ciddi dəyişikliklər etməyə, eksperimentlərə getməyə razı idilər. Beləliklə 1994-cü il aralıq seçkiləri zamanı Newt Gingrich və Dick Armey-nin rəhbərliyi ilə respublikaçılar “Contract with America” adlı bir sənəd hazırlayırlar. Bu sənəd partiyanın gələcəyə yönəlmiş platforması idi. Bu iki səhifəlik sənədin lüğəti, səmimi dili, sadəliyi o qədər güclü idi ki, çox qısa zamanda ABŞ-ın hər bir tərəfində danışılmağa başlayır. Nəticədə respublikaçılar 40 ildən sonra ilk dəfə konqresdə üstünlüyü qazana bildilər (Gingrich spiker, Armey çoxluq lideri seçilir). O zamandan bəri respublikaçılar qısa bir vaxt kəsimini saymasaq (...

Müxalifətin prinsipsizliyi haqqında

Resim
2011-ci ildə yazıçı Rafiq Tağı dünyasını dəyişəndə əsas mübahisələrdən biri dindarlarla sekulyarlar arasında idi. Məlum məsələdir: Rafiq Tağı dindarların düşməni idi. Yazılarına görə dindarlar ona ölüm hökmü çıxardıb və dini yazısına görə həbsdə yatıb. Buna görə də dindarlar demək olar ki, onun öldürülməsinə sevinirdi. Həmin vaxt müxalifətin cəmləşdiyi İctimai Palata adlı bir qurum var idi. R.Tağının qətlindən bir neçə gün sonra İP-nın iclaslarının birində təklif olunmuşdu  ki, yazıçı 1 dəqiqəlik sükutla yad edilsin. O vaxt orada təmsil olunan Hacı İlqar İbrahimoğlu və digər mühafizəkar dindarlar buna etiraz etmişdi. Müxalifət liderləri də ölkədəki xalqın çoxunun dindar olmasını nəzərə alıb dindarların dediklərini etmişdilər. 2010-cu ildə "Alma" qəzetində türk yazıçı Turan Dursunun din mövzusunda yazısı tərcümə olunaraq dərc olunmuşdu. Yazı dindarların qəzəbinə səbəb olmuşdu.  Deyerler.org  (Hacı İlqar İbrahimoglunun saytı) başladı qınaq yazılar yazmağa, dah...

Toplumlar və Atomlar

Resim
Kütlə öz içindən çıxan düşünən, aydınladıcı, həqiqətləri deyən fərdləri qəbul etməyə çox vaxt meyilli olmur. Bu cür insanları cəmiyyət müxtəlif ittihamlara məruz qoyur, çəkib öz səviyyəsinə salır, özlərindən biri edənədək dirəşir, əlləşir. Vaxtaşırı eşitdiyimiz “o kimdiki!?”, “nə vaxtdan yazıçı olub!?”, “hər kitab oxuyan yazıçı olur!?”, “Özünə filosof deyir, amma heç nə bilmir!” və s. tipli qarayaxmaların, istehzaların olması elə həmin səbəbə dayanır.  Sosial nəzəriyyələrlə bu prosesin mahiyyəti, davametmə ardıcıllığı ətraflı öyrənilib, əsas və yan təsirləri müəyyənləşdirilib. Bu, bilinən məsələlərdi. Burda demək istədiyim səbəbin sosialdan daha dərin, daha fundamental əsaslara gedib çıxmasıdı. Ta atom və molekullar səviyyəsində fundamental əsaslara. Fiziki nəzəriyyələrlə bilinir ki, təbiətdə 3 növ paylanma var:  1. Maksvell-Boltzmann paylanması  2. Bouz-Eynşteyn paylanması və  3. Fermi-Dirak paylanması  Kainatın indiki quruluşu zərrəcikləri...

Ana Yasa düzəlişlərilə bağlı təkliflərə dair düşüncələrim (ikinci yazı)

Resim
1. Tekst və kontekst. 1995-ci ildəki Konstitusiya layihəsini oxuyan kimi (tesktdən) anlayırdın ki, söhbət çox güclü, faktiki olaraq qeyri-məhdud Prezident hakimiyyətindən gedir. Dərhal hər şey aydın oldu, orası-burası olmadı. O tekstin konteksti də aydın idi. 1995-ci ilin Konstitusiyası - ölkənin deyil, neftin əsas qanunu oldu. Böyük neft şirkətləri və onların maraqlarını siyasətə daşıyan Qərb hökumətləri Azərbaycanda demokratik parlament, koalisyon hökumət və s. istəməyiblər. Onlar yalnız bir adamla danışmağı, yalnız onunla bütün işləri həll etməyi üstün tutublar (riskləri azaltmaq üçün). Həmin adamın şəxsiyyəti onları maraqlandırmırdı, təki o, hakimiyyəti əlində saxlaya bilsin. İş elə gətirdi ki, həmin adam Heydər Əliyev oldu. Amma Qərb üçün burası prinsipial deyildi - hakimiyyəti əlində saxlaya bildiyini təsirli şəkildə göstərən istənilən adamı dəstəkləyəcəkdilər. Konstitusiyada Prezidentə, faktiki olaraq, qeyri-məhdud hakimiyyətin verilməsi bir tək Heydər Əliyev'in şəxs...

Ana Yasa düzəlişləri ilə bağlı təkliflərə dair düşüncələrim (birinci yazı)

Resim
1. Kiçik giriş hekayəsi. Roma imperatorluq dönəminə yenicə keçməyə başlayanda, imperatorların hakimiyyəti çox da güclü deyildi. Hələ xalqla hesablaşmalı, Senatın sözünə baxmalı olurdular. Sonra, öncə konsulların səlahiyyətlərini aldılar - icra hakimiyyəti və hərbi komandanlıq. Daha sonra, Pontifex Maximus'un səlahiyyətlərini - dini ayinlərin baş icraçısı. Ondan sonra, senzorların səlahiyyətlərini - vətəndaşların əmlak vəziyyətləri, gəlirləri və vergiləri haqqında məlumat toplamaq, seçki siyahılarını hazırlamaq, seçki dairələrini təşkil etmək. Ən sonda tribunların səlahiyyətlərini aldılar - Senatın qərarlarına veto qoymaq. Bütün bunlar xalqın razılığı, hətta tələbilə edildi. Beləcə, Roma respublikalılığını itirdi. George Washington ABŞ Prezidenti seçiləndən sonra camaatın arasına çıxdı, camaat da "Yaşasın Kral!" bağırdı. Camaat elə bilmişdi ki, Amerika İngilis kralından qurtuldu, indi öz kralı olacaq. Amma elita respublika qurmaqda israrlı oldu. 1918-ci ildə Azər...

Türkiyə və insanlıq haqqında 5 status

Resim
Məndən tez-tez soruşurlar ki, filan şey haqqında nə düşünürsən, mən də bütün sualları cavablandıran belə bir post yazmaq qərarına gəldim. (Zarafat edirəm, heç kim məndən heç nə soruşmur. Sadəcə digərləri kimi vacib biri olduğumu göstərməyə çalışıdım ). Deməli son günlər Türkiyə haqqında düşündüyüm, amma, yazmadığım bir neçə statusu bu postda birləşdirdim. Reaksiyanın olsa, müzakirəni davam edə bilərik. *** Status #1. Hərbi çevriliş etmək, əlbəttə ki, cinayətdir və qəbuledilməz bir məsələdir. İllər ərzində əri tərəfindən döyülən arvadın ərini baltalaması kimi bir şeydir. Etməli deyilsən. Dözməlisən. Nöqtə! Bununla bərabər, insanları çölə çıxardıb, siyasi rejimi güc ilə istefaya göndərmək də düzgün deyil. Başqa məsələr də qəbuledilməzdir, məsələn, seçkilərin saxtalaşdırılması, konstitusiyanın elitanın mənafeyinə uyğun dəyişilməsi. Sadəcə, seçkinin saxtalaşdırılması və konstitusiyanın dəyişilməsindən fərqli olaraq, siyasi rejimin hərbi və ya inqilab yolu ilə dəyişdirilməsinə ək...

İkinci kvant inqilabı - Avropa elmin yeni beşiyinə çevrilir

Resim
Kvant fizikasının gətirdiyi inqilabi yeniliklər nəinki ölkələr, artıq qitələrarası rəqabətə çevrilməyə başlayıb. Mayda Hollandiyanın ev sahibliyi etdiyi Avropa Kvant Konfransında “Kvant Manifesti”nin bəyanatı verilidi. “Kvant Manifesti”nin məqsədi elm, mühəndislik, sənaye və sahibkarlıq fəaliyyətilə müştərək olaraq kvant texnologiyasının bütün potensialını ortaya çıxarmaqdı. Konkret olaraq, manifestin bəyanatında məqsədi belə açıqlanır: Avropanı ikinci kvant inqilabında dünyada lider halına gətirmək. İkinci kvant inqilabı elə də uzaq deyil, 2018-ci ildən başlayaraq 2035-ə qədər davam edəcək texnoloji revolyusiyanın adıdır. Birinci kvant inqilabı 1900-cu ildə dahi fizik Maks Plankla başladı, 20-30 il ərzində Nils Bor, Verner Heyzenberq, De Broyl, Eynşteyn, Pauli, Şredinger, Dirak kvant nəzəriyyəsinin bazasını qurdular. Əsrin ortalarında nəzəri fizik Feynman nəzəriyyəni interqal yolu ilə yenidən işləyib hazırladı. Buna baxmayaraq “mən kvantı başa düşə bilmirəm, amma işləyir” dedi...

Mendeleyev cədvəlində element erməni alimin şərəfinə adlandırıldı

Resim
Bir həftə əvvəl dekabrda kəşfləri təsdiqlənən 4 kimyəvi elementə yeni, maraqlı adlar verildi. Həmin 4 elementlə Mendeleyevin periodik cədvəli tamamlanmışdı və elm aləmində böyük sevinc doğurmuşdu. Bu haqda həmin vaxtlarda yazmışdım . Cədvəlin son elementləri ağır və radioaktiv olduqlarından ancaq laboratoriya şəraitində alınır. Təbii ki, ion sürətləndiricləri yeni elementlərin kəşfində əsas rolu oynayır. Məsələn, Almaniyada, Darmştadda yerləşən və illik büdcəsi 108 milyon avro olan GSİ Helmholz araşdırma mərkəzinin UNİLAC adlı akssleratoru. Keçən ilin sentyabrında mərkəzdə olarkən həmin ion sürətləndirici vasitəsilə bizim qrupun da gecə-gündüz növbəli, yorucu eksperimentləri olmuşdu. Mərkəz ona görə əsas araşdırma bazalarından biridir ki, periodik cədvəldəki 6 element (Bh, Hs, Mt, Ds, Rg, Cn) orda kəşf olunub. İyunun əvvəlində yenilərə verilən adlara nəzər salmağa dəyər:  --113-cü elementə “Nihonium” (Nh) adı yaponların şərəfinə verilidi. Bu elementi Yaponiyada RİKEN ak...

DNT-nin ikinci qatı kəşf edildi

Resim
Hollandiya fizikaçıları genetika ilə bağlı apardıqları araşdırmada DNT-də ikinci qat informasiya kodlandığını tapıblar. Bu nəticə genetikada uzun müddət ehtimal olunan görüşün təsdiqidi. DNT zəncirində 3 milyard hərfin unikal ardıcıllğı hər insanın özünəməxsus bədən quruluşu, sifət cizgiləri, göz, dəri rəngi, hətta yeriş tərzini və s. təyin edir. Nəzərə almaq lazımdı ki, həmin 3 milyard cüt hərf də cəmi 4 hərfdən təşkil olunub. Bu haqda və ümumiyyətlə, valideyn-uşaq oxşarlığı, qohumların oxşarlıq dərəcəsinin genetik səviyyədə mücməl izahını bir neçə ay əvvəl yazmışdım . Həmin yazımda əsas məsələ hərflərin ardıcıllığıdı. Başqa cür ifadə edəsi olsaq, hərflərin ardıcıllığı DNT-nin daşıdığı birinci qat informasiyadı. Sözügedən araşdırma isə DNT-də ikinci qat şifrələnmiş informasiya haqdadı. DNT zəncirində nəinki hərflərin ardıcıllığı, həm də zəncirin hansı formada bükülməsi, qıvrılması, burulması, bir sözlə hüceyrənin nüvəsi içində paketlənmə üsulu da informasiya daşıyır. Bu, birba...