2016-cı il 1918-ci ilə oxşayır
Birinci Dünya müharibəsindən sonra Avropada nə qədər avantürist var idi, hamısı olmuşdu populyar. Rasional düşüncə böhran yaşayırdı. Savad etibarilə orta səviyyəli, amma xariizmatik populistlər demokratiyanı dağıtmaq üçün elə demokratiyanın özündən istifadə edirdilər. Bunlar həm solçu olurdular, həm sağçı. İfrat sol yaranan yerdə ifrat sağ da qaçılmaz olur, yaxud tərsinə. Sonra elə oldu ki, ifrat sağ asta-asta Avropanın xeyli hissəsində hakimiyyəti ələ keçirdi. Telmandan tutmuş, Qramşiyə, İspaniya kommunistlərinə qədər hamısı sıradan çıxarıldı. İfrat sol ancaq SSRİ-də qaldı. Sonra bir-birinin qatı düşmənləri, Rusiyanı ələ keçirmiş ifrat sol və Avropanı ələ keçirmiş ifrat sağ 1939-cu ildə Molotov-Ribbentrop paktını bağladılar. Ardınca dünya müharibəsi başladı. Çünki ifrat sağ zəfər yürüşünə başlayırdı. Molotov-Ribbentrop paktı da uzun çəkmədi. Qatı düşmənlər müharibəyə başladılar. Almaniya hücum etdi. Amma hətta o hücum etməsə idi belə, bir az əvvəl Finlandiya ilə müharibə...