Kayıtlar

Latviya etiketine sahip yayınlar gösteriliyor

Millətçi siyasətin bizdən gizlətdiyi qəhrəmanlarımız

Resim
“Azərbaycanın qızıl ulduzları” kitabı. Iki dildə nəşr olunub: azərbaycan və rus. Təzəlikcə əlimə keçib. Oxuyub görürəm ki, II Dünya müharibəsi (Böyük Vətən müharibəsi) zamanı Azərbaycan SSR-dən Qızıl Ulduz alan, yəni Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 121 nəfər olub. Onlardan 42-si azərbaycanlıdır, təxminən bir o qədəri də ermənidir. Bunlardan 24-ü Qarabağda doğulan ermənilərdir. Yerdə qalan qəhrəmanlar isə müxtəlif millətlərdən olan (rus, yəhudi, tatar, ukraynalı və sair) Azərbaycan SSR vətəndaşlarıdır. İnternetdən tapdığım məlumatlara görə hətta aralarında Fəxri Xiyabanda basdırılanları da var, məsələn Kuturqa İvan Vasilyeviç (kazak), Levin Semyon Samuiloviç (yəhudi), Fedorenko Stepan Alekseyeviç (ukraynalı) . Eləcə də II Fəxri Xiyabanda basdırılanı var, Şlyaxturov Pyotr Petroviç (Şamaxı rusu), amma çox təəssüf ki, bu qəhrəmanlar haqda vikipediyada azərbaycan dilində məlumat yoxdur. 121 nəfərin içində ilk olaraq Sovet İttifaqı Qəhrəmanı adina layiq görülən şəxs azərbay...