Kayıtlar

primary etiketine sahip yayınlar gösteriliyor

Vaşinqtonun korrupsiyası və Trump

Resim
ABŞ-ın establişment mətbuatı Trumpı yıxmaq üçün əlindən gələni etdi. Amma orada camaat arasında establişmentin "political correctness", siyasi etika-filan söhbətinə münasibət, bizim camaatın AzTv-yə münasibəti kimidir. Söhbət onda deyil ki, ona dəstək verənlər müsəlmanlara, yaxud afroamerikalılara düşməndir, ya da ki, Trumpın bütün səyləmələri ilə razılaşırlar. Tam əminəm ki, bu belə deyil. Söhbət ondadır ki, onun antiestablişment ritorikası (tutaq ki, bizdə YAP əleyhinə, Hadı Rəcəbli, Zahid Oruc, Hacıbala, Abel və s. əleyhinə söhbətlər kimi) o qədər ürəkləri oxşayır ki, o qədər camaat korrupsiyalaşmış Vaşingtondan boğaza yığıb ki, Trumpın bütün çatışmazlıqlarını mətubat nə qədər diqqətə çatdırsa da, camaat vecinə almadı, göz yumdu. Bu sanki bizdə müxalifətin AzTv-dən söyülməsi kimi bir şey idi. Tam əks effekt verirdi. Yalnız bir ciddi fərq də var idi ki, Trumpın özünün də ABŞ Tv-lərə mütəmadi şəkildə çıxmaq imkan olurdu. Sanki primitiv, qaraguruh, savadsız bir müxalifə...