Kayıtlar

Niyyət Bayramzadə etiketine sahip yayınlar gösteriliyor

Fizika üzrə 2016-cı ilin Nobel mükafatı hansı kəşfə verildi?

Resim
Bir az əvvəl 2016-cı ilin fizika üzrə Nobel mükafatı açıqlandı. Mükafatı ABŞ-dan olan üç fizikaçı bölüşdü. D.Tulez, D.Holdeyn və M.Kosterlitz mükafatı maddənin topoloji fazalarını və fazalararası keçidin nəzəriyyəsini verdiklərinə görə qazandılar. Topoloji fazalar təbiətin dərin, fundamental gerçəklikləri ilə əlaqədardı. Topoloji faza nədir? Orta məktəbdən maddənin 3 halını yəqin ki, çoxları bilir. Mayedən qaz, bərk haldan mayeyə və s. keçidlərin də səthi mexanzimindən demək olar ki, çox adam xəbərdardı. Maddənin bu 3 halı orta tərtibli temperaturlarda, normal şəraitlərdə hamıya məlum hallarıdı. Qütbdəki buzlaqlarda ən soyuq (-80° - -85°S), metaləritmə zavodlarında ən isti (3000°-4000°S) rast gəlinən temperaturlardı. Maddənin 4-cü, plazma halı da alovun içində, Günəşdə yenə yüksək temperaturda ortaya çıxır. Günəşin daxilində istilik 1000000°S tərtibdədi. Görünən odur ki, yüksək temperaturun, istiliyin sərhədi yoxdu, milyon dərəcələrə gedib çata bilir. (Nəzəri hesablamalara görə o...

Xəyal qurmaq və yaşamaq uğrunda mübarizə haqqında

Resim
Qərb insanının əldə etdiyi uğurlardan biri də boş vaxtdı. İşdən, yuxudan sonra qalan vaxtda həyatlarını planlama və yaşama imkanları genişdi. Bizim ölkədəki bərbad sistem isə nəinki insanların azadlığını, həm də onların boş vaxtlarını da məhdudlaşdırır. Boş vaxt yalnız şəxsi işlər üçün deyil, həm də xəyal qurmaq, düşünmək üçün vacibdir. Xəyal qurmaq şəxsi həyatın məhsuldarlığını artıra bilər. Kaliforniya Universiteti, Psixologiya və Beyin Elmləri departamentinin araşdırmasına əsaslanaraq, xəyal quran iştirakçılar kreativ düşünmə testində digərlərindən 41% çox müvəffəq olublar. Elm adamları üçün xəyal qurmaq hətta əsas məsələlərdən biridi. A. Eynşteyn nisbilik nəzəriyyəsini ərsəyə gətirmək üçün uzun müddət xəyal qurmuşdu. Koqnitiv psixologiyada xəyalqurmanın 3 növünü ayırırlar:  1) Diqqətsizlik xəyalqurması: əsas fikir əməliyyatına və ətraf mühitə fokuslanmaq lazım olduğu halda xəyala dalmaq fikri cəmləməni dağıdır. Fikirli adam işini yerinə yetir bilmir, mənfi təsir əm...

Toplumlar və Atomlar

Resim
Kütlə öz içindən çıxan düşünən, aydınladıcı, həqiqətləri deyən fərdləri qəbul etməyə çox vaxt meyilli olmur. Bu cür insanları cəmiyyət müxtəlif ittihamlara məruz qoyur, çəkib öz səviyyəsinə salır, özlərindən biri edənədək dirəşir, əlləşir. Vaxtaşırı eşitdiyimiz “o kimdiki!?”, “nə vaxtdan yazıçı olub!?”, “hər kitab oxuyan yazıçı olur!?”, “Özünə filosof deyir, amma heç nə bilmir!” və s. tipli qarayaxmaların, istehzaların olması elə həmin səbəbə dayanır.  Sosial nəzəriyyələrlə bu prosesin mahiyyəti, davametmə ardıcıllığı ətraflı öyrənilib, əsas və yan təsirləri müəyyənləşdirilib. Bu, bilinən məsələlərdi. Burda demək istədiyim səbəbin sosialdan daha dərin, daha fundamental əsaslara gedib çıxmasıdı. Ta atom və molekullar səviyyəsində fundamental əsaslara. Fiziki nəzəriyyələrlə bilinir ki, təbiətdə 3 növ paylanma var:  1. Maksvell-Boltzmann paylanması  2. Bouz-Eynşteyn paylanması və  3. Fermi-Dirak paylanması  Kainatın indiki quruluşu zərrəcikləri...

Mendeleyev cədvəlində element erməni alimin şərəfinə adlandırıldı

Resim
Bir həftə əvvəl dekabrda kəşfləri təsdiqlənən 4 kimyəvi elementə yeni, maraqlı adlar verildi. Həmin 4 elementlə Mendeleyevin periodik cədvəli tamamlanmışdı və elm aləmində böyük sevinc doğurmuşdu. Bu haqda həmin vaxtlarda yazmışdım . Cədvəlin son elementləri ağır və radioaktiv olduqlarından ancaq laboratoriya şəraitində alınır. Təbii ki, ion sürətləndiricləri yeni elementlərin kəşfində əsas rolu oynayır. Məsələn, Almaniyada, Darmştadda yerləşən və illik büdcəsi 108 milyon avro olan GSİ Helmholz araşdırma mərkəzinin UNİLAC adlı akssleratoru. Keçən ilin sentyabrında mərkəzdə olarkən həmin ion sürətləndirici vasitəsilə bizim qrupun da gecə-gündüz növbəli, yorucu eksperimentləri olmuşdu. Mərkəz ona görə əsas araşdırma bazalarından biridir ki, periodik cədvəldəki 6 element (Bh, Hs, Mt, Ds, Rg, Cn) orda kəşf olunub. İyunun əvvəlində yenilərə verilən adlara nəzər salmağa dəyər:  --113-cü elementə “Nihonium” (Nh) adı yaponların şərəfinə verilidi. Bu elementi Yaponiyada RİKEN ak...

DNT-nin ikinci qatı kəşf edildi

Resim
Hollandiya fizikaçıları genetika ilə bağlı apardıqları araşdırmada DNT-də ikinci qat informasiya kodlandığını tapıblar. Bu nəticə genetikada uzun müddət ehtimal olunan görüşün təsdiqidi. DNT zəncirində 3 milyard hərfin unikal ardıcıllğı hər insanın özünəməxsus bədən quruluşu, sifət cizgiləri, göz, dəri rəngi, hətta yeriş tərzini və s. təyin edir. Nəzərə almaq lazımdı ki, həmin 3 milyard cüt hərf də cəmi 4 hərfdən təşkil olunub. Bu haqda və ümumiyyətlə, valideyn-uşaq oxşarlığı, qohumların oxşarlıq dərəcəsinin genetik səviyyədə mücməl izahını bir neçə ay əvvəl yazmışdım . Həmin yazımda əsas məsələ hərflərin ardıcıllığıdı. Başqa cür ifadə edəsi olsaq, hərflərin ardıcıllığı DNT-nin daşıdığı birinci qat informasiyadı. Sözügedən araşdırma isə DNT-də ikinci qat şifrələnmiş informasiya haqdadı. DNT zəncirində nəinki hərflərin ardıcıllığı, həm də zəncirin hansı formada bükülməsi, qıvrılması, burulması, bir sözlə hüceyrənin nüvəsi içində paketlənmə üsulu da informasiya daşıyır. Bu, birba...

"Telefonların zaryadkası" bitməyəcək

Resim
Bu yaxınlarda Almaniyanın alternativ enerji mənbələrindən hasil etdiyi təmiz enerji əhalinin tələbatını demək olar ki, tamamilə qarşıladı. 15 dəqiqə müddətində sayğaclar tərsinə işləyərək əhaliyə əlavə pul qazandırdı. Almaniya 2050-ci ilə kimi planlaşdırdığı bu nailiyyətə, görünür, vaxtından əvvəl nail olacaq. Elmə və texnoloji gəlişimə üstünlük verən digər dövlətlər də oxşar planlar işləyib hazırlamaqdadırlar. Bizdə də təmiz enerji üçün böyük imkanlar var və bunlardan konkret olaraq ikisi ( günəş və dənizin dalğa enerjisi) haqqında daha əvvəl yazmışdım. Böyük miqyaslarda bu cür potensial enerjilərdən əlavə kiçik şkalada da alternativ enerji mənbələri var. Məsələn, telefonun, tabletlərin batereyasına bəs edəcək qədər enerji mənbəsi mümkündür və hal-hazırda nanotexnologiya üzrə araşdırma qruplarından bəziləri sırf bu işlə məşğuldurlar. Belə mənbələrdən biri gündəlik geydiyimiz köynəklər ola bilər. Xüsusi növ materialdan hazırlanmış köynəyi geyinirsiniz, hərəkət etdikcə həmin köyn...

LIGO nə üçündür?

Resim
Kainatin kompleks ve içindəki qalaktikaların izotropluğu haqda əvvəl yazmışdım . Qısası belədir ki, teleskopla nə qədər uzağa baxmaq mümkündrsə, o qədər cox qədim tarixə baxmaq deməkdir. Ən yaxında Günəşdir, 8 dəqiqə əvvəli görürük. Canlı yayımda Plutondusa, 5 saat əvvəlin söhbətidir. Ən yaxın ulduz, Proksima Sentauridə hələ 2011-ci ildi. Xülasə, gecə nə qədər ulduz görünürsə, heç biri onların indiki halı deyil. Gürdüklərimiz min, milyon il əvvəlin ulduzlarıdır. Bu, bir tərərfdən yaxşıdır ki, uzağa baxdıqca real tarixi görüntüləri əldə etmək olur. Məsələn,13 milyard il əvvəlki protoqalaktika müşahidə olunub. Kainat da 13,6 milyard il əvvəl yaranıb. Bu yaxşı nəticədir ki, Big Bangdən sonrakı vaxtları birbaşa müşahidə edib öyrənmək olar.Amma burda bir məsələ var, özü də çətin məsələ. Güclü teleskoplarla kainatın 300 min il yaşı olandan müasir dövrə qədər keçmişi görmək olar.Amma ondan əvvələ mümkün deyil.Həmin vaxtı ulduzlar ,asteroidlər və s. heç bir göy cismi yoxdu.Yalnız plazma ...

Qravitasiya dalğaları tutuldu

Resim
Düz 100 il sonra Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə daha bir sübut bir neçə saat öncə elan olundu. Vaşinqtonda press-konfransda LİGO araşdırmaçıları qravitasiya dalğalarını observatoriyanın lazer interferometrlərində tuta bildiklərini dünya elm aləminə elan etdilər. LİGO və qravitasiya dalğaları haqda daha öncə yazmışdım. Link rəylərdə var. Tutulan dalğa 1,3 milyard il əvvəl toqquşub birləşən iki Qara Dəliyin toqquşmanın son saniyələrində yaratdığı qravitasiya dalğalarıdı. Söhbət kütləsi Günəşdən təxminən 30 dəfə çox olan iki massiv Qara Dəlikdən gedir. Birləşmə zamanı daha nəhəng tək Qara Dəlik alınır. Bu kataklizmik olayda Günəşdən 3 dəfə cox enerji açığa çıxaraq qravitasiya dalğalarına çevrilir. Həmin dalğalar keçən ilin sentyabrında LİGOda tutulmuşdu. O vaxtdan indiyədək analizlər getdi və bu gün həqiqətən də onların qravitasiya dalğaları olduğu təsdiqləndi. Kəşfin əhəmiyyətini başa düşmək üçün LİGO üzvlərinin rəylərinə baxmaq kifayətdi. “İnterstellar” filminin elm məs...

Texnoloji yenilikləri kimlər edir?

Resim
Bir neçə gün əvvəl “Mercedes-Benz”in motorlarının istehsal olunduğu əsas zavodunda oldum. Almaniya və dünyadanın müxtəlif nöqtələrindəki istehsal olunan “Mercedes” markalı minik və yük avtomobilləri, avtobuslar, xüsusi təyinatlı maşınlar üçün motorlar burda istehsal olunur, yığılır, lazımı yerlərə daşınır. Bundan da əsası motorların ən kiçik hissəsinə qədər burda istehsal olunmasıdı. Məsələn, bu ilin aprelindən dünya bazarına girəcək və yeni E-klasslarda istifadə olunacaq yeni model dizel motor OM 654 artıq yığılmaqdadı. Yığılma prosesi ilə tanış olduq. Təbii ki, effektiv iş rejimlərinə heyran olmamaq mümkün deyil. Bu haqda daha əvvəl “Mercedes”in əsas zavodunda olarkən yazmışdım. Maraqlananlar üçün link şərhdə var. Burda “Mercedes” adının, keyfiyyətinin arxasında duran əsas səbəbi yazmaq yaxşı olar. “Araşdırma və Gəlişim” (Research and Development) divizyasında çalışan mexanika mühəndisləri, fizikaçılar, kimyaçılar və s. bu prosesin əsas aparıcı qüvvələridi. Amma yüksək keyfiyyə...