Lider gözləməyin
Cəmiyyətimizdə lider(lər)in olmadığından gileylənən çoxdur. Gileyin təməlində yanlış qavrama var. Lider - insan deyil, funksiyadır (oynanılan roldur). Bu funksiyaya ehtiyac olmayanda, lider də olmur. Daha doğrusu, heç kəs lider ola bilmir. Liderlik "bugündən mən sizin lideriniz olacağam" sayağı iddialarla gerçəkləşmir. Bəzən liderlik iddiasız bir adamın əlinə keçə bilir. Liderlik funksiya olduğuna görə, şəraitdən doğan məqsədə çatmaq gözləntisindən asılıdır. Elə bir gözlənti (şərait) yoxdursa, lider də olmur. Örnək: Sürücülər bilir, Bakı'da yaranan böyük tıxaclarda, hərəkət işıqlarının işləmədiyi və ya onlara önəm verilmədiyi, ortada polisin görünmədiyi hallarda, bir də görürsən, sözün əsl mənasında yoldankeçən bir nəfər, çıxır yolun ortasına və başlayır sürücülərə göstəriş verməyə. Ona qədər sürücülər aramsız siqnal verir, pəncərələrdən bir-birinə söyüş söyürdü, amma bir adamın ortaya çıxıb hərəkəti nizamlamağa başlamasından sonra, hər kəs onun göstərişlərinə ...