Kayıtlar

kommunizm etiketine sahip yayınlar gösteriliyor

"Sovet vaxtı" yalanları

Resim
Camaatın güzəran dərdi artan kimi kommunistlər çıxdı yenə meydana. Yağlı vədlər və nağıllarla camaatın başını piyləyirlər. Elə bil o dövrdə yaşamamışıq. Tək-tək izah edirəm. - 3 manata "kommunalnı". Daha doğrusu evin kirayə haqqı. Sovet qanunlarına görə yaşadığın ev sənin deyil, dövlətin idi. Sən orada kirayəşin sayılırdın. Yüz milyonlarla sovet insanı dövlət babanın kirayəşini idi. - 22 manata kurort. Mən, sovet dövründə pioner düşərgəsinə belə gedə bilməmişəm. Valideynlərim heç vaxt kurorta gedə bilməyib. Ora gedə bilmək üçün "yuxarılardan" tanışın olmalı idi. - 10 manata 1 kq qara kürü. Axxx. Allah nə verdisə uydururlar eeeee. Mən, ömrümdə ilk dəfə qara kürünü, güləcəksiniz, İstanbulda yemişəm. Rəhmətlik Süleyman Əliyarlını əməliyyat etmişdik, o da hədiyyə olaraq Bakıdan gətirmişdi. Bir də, Bakıda işləyərkən MTN işçisi bir tanışımla söhbət əsnasında öyrəndim ki, uşaq vaxtı bunlar kürü yeməkdən bezirmişlər. Atası KGB işçisi idi. Sadə camaat heç vax...