Kayıtlar

Zaur Qurbanlı etiketine sahip yayınlar gösteriliyor

Nigar Köçərli müdafiə olunmalıdırmı?

Resim
Bir söhbət var ee: Hitlerin dövrü haqqında biri yazırdı ki, "həmkarları tutanda dinmədim, çünki həmkar deyildim, yəhudiləri tutanda dinmədim, çünki yəhudi deyildim" və s.. "sonda özümü tutmağa gəldilər, heç kim dinmədi, çünki hamı tutulmuşdu." İndi də bizim ictimai sektorun marginal qınağı bu istiqamətdədir. Bu, dindarların həbsində daha çox hiss olundu. Dindar olmayanların çoxu ən yaxşı halda dinmirdilər, yaxşı olmayan hallarda isə bizi şəriət dövlətindən qoruyan polisə tərif yağdırmağa qədər gedib çıxırdılar. Bu gün Nigar Köçərliyə qarşı qınaqlar görünür: kitabı baha satıb və s.. Bilmirəm, kitabları daha ucuz satmağın mümkün olduğu təqdirdə belə edib, ya yox, amma indi bu, əhəmiyət kəsb etmir. Məsələ yenə dəyərlərə, prinsiplərə gedib çıxır. Belə təkrarçılıq alınır ee, amma neynəyək ki, bu məsələdə "next" basılmır. Nigar xanıma qarşı olan əməl hüquq pozuntusudur, rüsvayçılıqdır. Bu barədə fikrini paylaşanda polislərin hərəkətini doyunca p...