Fizika üzrə 2016-cı ilin Nobel mükafatı hansı kəşfə verildi?
Bir az əvvəl 2016-cı ilin fizika üzrə Nobel mükafatı açıqlandı. Mükafatı ABŞ-dan olan üç fizikaçı bölüşdü. D.Tulez, D.Holdeyn və M.Kosterlitz mükafatı maddənin topoloji fazalarını və fazalararası keçidin nəzəriyyəsini verdiklərinə görə qazandılar. Topoloji fazalar təbiətin dərin, fundamental gerçəklikləri ilə əlaqədardı. Topoloji faza nədir? Orta məktəbdən maddənin 3 halını yəqin ki, çoxları bilir. Mayedən qaz, bərk haldan mayeyə və s. keçidlərin də səthi mexanzimindən demək olar ki, çox adam xəbərdardı. Maddənin bu 3 halı orta tərtibli temperaturlarda, normal şəraitlərdə hamıya məlum hallarıdı. Qütbdəki buzlaqlarda ən soyuq (-80° - -85°S), metaləritmə zavodlarında ən isti (3000°-4000°S) rast gəlinən temperaturlardı. Maddənin 4-cü, plazma halı da alovun içində, Günəşdə yenə yüksək temperaturda ortaya çıxır. Günəşin daxilində istilik 1000000°S tərtibdədi. Görünən odur ki, yüksək temperaturun, istiliyin sərhədi yoxdu, milyon dərəcələrə gedib çata bilir. (Nəzəri hesablamalara görə o...