Erdoğan niyə erkən seçkiyə gedir?
Türkiyə 2 ay sonra – iyunun 24-də erkən prezident və parlament seçkilərinə gedir. “Yanğından mal qaçırmaq” kimi görünən bu fövqəladə seçki qərarının bir çox səbəbi var, mən çox uzatmadan 3 əsas səbəb üzərində dayanmaq istərdim. Birinci səbəb məhz “yanğın”la, yəni iqtisadi böhranla əlaqədardır. İnflyasiya, işsizlik faizləri ikirəqəmli səviyyəyə yüksəlib, iş yerləri bağlanır. Bu ilin ilk 2 ayında 20 mindən çox əsnaf (kiçik və orta sahibkar) iflas edib, son 4 ildə iflas edən əsnaf sayı isə 430 min nəfərdən çoxdur. 2017-ci ilin yekunlarına əsasən 332 mindən çox ticarət obyekti (onların KOBİ dediyi kiçik və orta ölçülü işlətmələr) kredit borcunu ödəyə bilməyərək icralıq olub. Ümumilikdə məhkəmələrdə problemli kreditlərlə bağlı 26 milyon dosye var. Türk lirəsi hər gün dəyər itirir və bu da öz növbəsində əhalinin gəlirlərinin əriməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Türkiyənin 460 milyard dollar civarında toplam xarici borcu var və bunun 185 milyard dolları bu il ə...