Kayıtlar

ABŞ etiketine sahip yayınlar gösteriliyor

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr

Resim
Çox maraqlı, ziddiyyətli, təlatümlü və təhlükəli dövrə gəlib çıxmışıq. Dünən Qüdsdə ABŞ səfirliyinin açılması və qanlı hadisələri mətbuatdan hamınız gördünüz. Mən həmin bölgəyə və oradakı qüvvələr balansına həmişə emosiyasız, dini doqmatik baxışları qatmadan baxmağa çalışmışam. Aşağıdakı yanaşmamı nihilist kimi də dəyərləndirə bilərsiniz. Qüdsü səlibçilərdən geri almış Səlahəddin Əyyubi haqqında "Cənnətin Krallığı" (Kingdom of Heaven) filmində Qüdsün mühasirəsindən sonra təslim şərtlərini müzakirə edən xaçlı ilə maraqlı dialoq var. Sonda xaçlı Səlahəddindən soruşur ki, Qüdsün dəyəri sənin üçün nədir, o, cavabında deyir "heç nə, sonra gülümsəyib deyir "və hər şey"". ( https://www.youtube.com/watch?v=ThBOw3ja6hU ) Yəni, məsələ burasındadır ki, bu şəhər istəsək də, istəməsək də milyonlarla insan üçün, əvvəllər nə olmuşdusa, gələcəkdə də tarix üçün o olacaq. Yəni, Qüds Səlahəddin Əyyubi kimi çox müdrik ağıllı rasional, soyuqbaşlı, strateq və dövlət adam...

Trump administrasiyası İran və Rusiya dilemmasında və ya çoxdəyişənli proseslərin sistemli təhlili cəhdi

Resim
Trampla mənim hərdən statuslarda məzələnməyimi çalışın, çox da ciddiyə alaraq uzağa getməyəsiniz. Bu adam hakimiyyətə gələndən dünyadakı onsuz da qəliz olan proseslər daha da qəlizləşmişdir və bu proseslər birbaşa dövlət və xalq kimi bizim taleyimizə təsir etdiyinə (və edəcəyinə) görə məsələlərə çox soyuqbaşla baxmağa çalışın. Bu adam fərd və şəxs olaraq dəli, başdan xarab ola bilər və bütün tənqidlərdəki kimi ola bilər, ancaq ona daha böyük və qlobal mənzərənin, çərçivənin və proseslərin (puzzle) bir parçası olaraq baxsaq, onun tarixi hadisələrin inkişafındakı bir "kəpənək effekti"nin (batterfly effect) nəticəsi, eləcə də özünün hansı "kəpənək effekti"ni doğuracağını düşünmək lazımdır. Və ya Trampa çox məchullu və çox dəyişənli mürəkkəb riyazi tənlik olan beynəlxalq münasibətlərdə mürəkkəb bir dəyişən kimi baxın. Tramp administrasiyası daxilində və ABŞ-da müxtəlif siyasi qruplar arasında cərayan edən ziddiyyətli proseslərin bu ölkənin xarici siyasətinə və b...

Respublikaçı və demokratlar arasında terminologiya müharibəsi

Resim
ABŞ konqresində 1955-1995 illər ərzində fasiləsiz olaraq çoxluq demokratların əlində idi. Demokratlar o qədər güclü idilər ki, bəzi illər konqresdəki nümayəndələri az qala 70 faizə çatırdı. Reyqanın ölkə üzrə böyük üstünlüklə prezident seçilməsi belə demokratların konqresdəki çoxluğuna mane ola bilmədi. Respublikaçılar bu vəziyyətdən o qədər bezmişdilər ki, partiyada ciddi dəyişikliklər etməyə, eksperimentlərə getməyə razı idilər. Beləliklə 1994-cü il aralıq seçkiləri zamanı Newt Gingrich və Dick Armey-nin rəhbərliyi ilə respublikaçılar “Contract with America” adlı bir sənəd hazırlayırlar. Bu sənəd partiyanın gələcəyə yönəlmiş platforması idi. Bu iki səhifəlik sənədin lüğəti, səmimi dili, sadəliyi o qədər güclü idi ki, çox qısa zamanda ABŞ-ın hər bir tərəfində danışılmağa başlayır. Nəticədə respublikaçılar 40 ildən sonra ilk dəfə konqresdə üstünlüyü qazana bildilər (Gingrich spiker, Armey çoxluq lideri seçilir). O zamandan bəri respublikaçılar qısa bir vaxt kəsimini saymasaq (...

Vaşinqtonun korrupsiyası və Trump

Resim
ABŞ-ın establişment mətbuatı Trumpı yıxmaq üçün əlindən gələni etdi. Amma orada camaat arasında establişmentin "political correctness", siyasi etika-filan söhbətinə münasibət, bizim camaatın AzTv-yə münasibəti kimidir. Söhbət onda deyil ki, ona dəstək verənlər müsəlmanlara, yaxud afroamerikalılara düşməndir, ya da ki, Trumpın bütün səyləmələri ilə razılaşırlar. Tam əminəm ki, bu belə deyil. Söhbət ondadır ki, onun antiestablişment ritorikası (tutaq ki, bizdə YAP əleyhinə, Hadı Rəcəbli, Zahid Oruc, Hacıbala, Abel və s. əleyhinə söhbətlər kimi) o qədər ürəkləri oxşayır ki, o qədər camaat korrupsiyalaşmış Vaşingtondan boğaza yığıb ki, Trumpın bütün çatışmazlıqlarını mətubat nə qədər diqqətə çatdırsa da, camaat vecinə almadı, göz yumdu. Bu sanki bizdə müxalifətin AzTv-dən söyülməsi kimi bir şey idi. Tam əks effekt verirdi. Yalnız bir ciddi fərq də var idi ki, Trumpın özünün də ABŞ Tv-lərə mütəmadi şəkildə çıxmaq imkan olurdu. Sanki primitiv, qaraguruh, savadsız bir müxalifə...

"Ölkə düzgün yoldadırmı?"

Resim
ABŞ-da demək olar ki, hər ay "ölkə düzgün yoldadırmı?" adlı sorğu keçirilir. Bu sorğu ilə hökümətin siyasətinə əhalinin reaksiyanı öyrənirlər. Son 13 il ərzində elə bir sorğu olmayıb ki, ölkənin düzgün yolda olduğunu deyən insanların sayı, yanlış yolda olduğunu deyənlərdən çox olsun. Bununla bərabər düzgün istiqamətdə olduğunu deyənlərin sayı demək olar ki, heç vaxt 35 faizdən yuxarı olmayıb. Yalnız bir dəfə, düz 13 il qabaq əhalinin əksəriyyəti (50%-41%) ölkənin düzgün yolda olduqlarını deyib. Həmin zaman ABŞ əsgərləri İraqda döyüşürdü. Vüqar Salamlı - 03 aprel 2016 ( https://www.facebook.com/vugar.salamli/posts/10153875743871348 )

Facebook-da "like" nə üçün yaradılıb? - Vuqar Salamlı yazır

Resim
Gəlin sizə bir şey danışım. Deməli, Facebook 2004-cü ilin fevralında yaranıb. “Like” düyməsi isə 2009-un fevralında təqdim edilib. Düz 5 il Facebook bu “Like”sız normal fəaliyyət göstərirdi. Amma, bu sosial şəbəkə o qədər böyüdü ki, istifadəçilərin yerləşdirdiyi materiallar, onların oxumaq qabiliyyətindən dəfələrlə çox oldu. Facebook “newsfeed” alqoritminin funksiyası istifadəçilərə onların oxuya bildikləri qədər material verməklə  yanaşı, həmin materialların onların maraqlarına uyğun olmasını təmin etmək idi. Əgər istifadəçilər uzun müddət sosial şəbəkədə özlərinə maraqlı olan məlumatları oxumasalar, əvvəl-axır ordan çıxası idilər. Bəs yüz milyonlarla istifadəçinin hər birinə maraqlı olan məlumatı necə müəyyən etməli? Bu işin həyata keçirilməsində “Like” düyməsi köməyə gəldi. Çoxları “Like” düyməsini hər hansı insana və ya təşkilata olan müsbət reaksiya vermək imkanı kimi qiymətləndirsə də, onun əsas funksiyası həmin insanların və həmin təşkilatların, o cümlədən onların y...

Sözün çəkisi

Resim
Dünya siyasətində, əsasən də iqtisadiyyatında, bazarlarda, birjalarda xəbərin, sözün, sözü deyən insanın, onun çəkisinin çox böyük önəmi var. Məsələn, ABŞ FED Başqanı Janet Yellenin açıqlama edərkən hər sözü, hər ifadəsi, hətta mimikası belə milyard dollarlarla ölçülür. Yellen mətbuat konfransinda elə bir ifadə işlədə, söz deyə bilər ki, bir anlıq dünya birjalarında dollar ya qalxa, ya enə, əmtəə ya dəyərlənə, ya da dəyərdən düşə bilər, bəzən onun 1 cümləsinin dəyəri hətta 1 trilyon dollar ola bilər. Avropa Mərkəzi Bankının Başqanı Mario Draghi də elə bir gücə, çəkiyə malik insanlardan biridir. Bir neçə gün əvvəl mətbuat konfransında bir cümlə işlətdi ki, AMB bazarlara likvid vəsait verməkdə davam edəcək, aylıq alım proqramını 80 mlrd. avroya yüksəldəcək və bu proqram 2016-nın sentyabrında deyil də, 2017-ci ilin martında bitəcək. Həmən bütün dünya birjaları yüksəlişə keçdi, əmtəələrin qiyməti qalxdı, 2 günə Avropa və dünya birjalarının artım dəyəri 400 mlrd. avro civarında oldu. ...

Gerçək SSRİ və gerçək Rusiya...

Resim
Acemoğlu və Robinsonun "Xalqların çöküş"ü əsərində Sovetlərlə bağlı maraqlı qeydlər var. Müəlliflərin istifadə elədiyi faktlar göstərir ki, Əfqanıstana müdaxiləyə qədər SSRİ-nin iqtisadi imkanları Qərb üçün kifayət qədər böyük görünüb - gerçəkdə olduğundan. Müəlliflər yazır: "Sosalist inqilabından dərhal sonra Leninlə danışıb bolşeviklərin gerçək niyyətini anlamaq və onlarla anlaşmaq üçün amerikanlar gənc diplomat Bullitin və dövrünün ən intellektual və tanınan qəzetçisi Steffensin təmsilçiliyilə nümayəndə heyətini Rusiyaya göndərdi. Qayıdandan bir müddət sonra Steffens heyranlıqıa yazırdı ki, SSRİ təkamül planı olan inqilabi dövlətdi. Sonralar Steffens yenə SSRİ-də oldu və ondan yaxın tanışları "demək Rusiyadaydın" deyə soruşanda, "Yox, gələcəkdəydim və mən artıq gələcəyi görmüş sayılıram" deyə cavab vermişdi. 20-30-cu illərdə Qərbin Sovetlər haqqında təsəvvürü bu idi. Hətta Xruşşov 1956-cı ildə BMT tribunasından Qərbə xitabən "Sizi göməcəyi...