Kayıtlar

müxalifət etiketine sahip yayınlar gösteriliyor

Sözün çəkisi

Resim
Dünya siyasətində, əsasən də iqtisadiyyatında, bazarlarda, birjalarda xəbərin, sözün, sözü deyən insanın, onun çəkisinin çox böyük önəmi var. Məsələn, ABŞ FED Başqanı Janet Yellenin açıqlama edərkən hər sözü, hər ifadəsi, hətta mimikası belə milyard dollarlarla ölçülür. Yellen mətbuat konfransinda elə bir ifadə işlədə, söz deyə bilər ki, bir anlıq dünya birjalarında dollar ya qalxa, ya enə, əmtəə ya dəyərlənə, ya da dəyərdən düşə bilər, bəzən onun 1 cümləsinin dəyəri hətta 1 trilyon dollar ola bilər. Avropa Mərkəzi Bankının Başqanı Mario Draghi də elə bir gücə, çəkiyə malik insanlardan biridir. Bir neçə gün əvvəl mətbuat konfransında bir cümlə işlətdi ki, AMB bazarlara likvid vəsait verməkdə davam edəcək, aylıq alım proqramını 80 mlrd. avroya yüksəldəcək və bu proqram 2016-nın sentyabrında deyil də, 2017-ci ilin martında bitəcək. Həmən bütün dünya birjaları yüksəlişə keçdi, əmtəələrin qiyməti qalxdı, 2 günə Avropa və dünya birjalarının artım dəyəri 400 mlrd. avro civarında oldu. ...

Lider gözləməyin

Resim
Cəmiyyətimizdə lider(lər)in olmadığından gileylənən çoxdur. Gileyin təməlində yanlış qavrama var. Lider - insan deyil, funksiyadır (oynanılan roldur). Bu funksiyaya ehtiyac olmayanda, lider də olmur. Daha doğrusu, heç kəs lider ola bilmir. Liderlik "bugündən mən sizin lideriniz olacağam" sayağı iddialarla gerçəkləşmir. Bəzən liderlik iddiasız bir adamın əlinə keçə bilir. Liderlik funksiya olduğuna görə, şəraitdən doğan məqsədə çatmaq gözləntisindən asılıdır. Elə bir gözlənti   (şərait) yoxdursa, lider də olmur. Örnək: Sürücülər bilir, Bakı'da yaranan böyük tıxaclarda, hərəkət işıqlarının işləmədiyi və ya onlara önəm verilmədiyi, ortada polisin görünmədiyi hallarda, bir də görürsən, sözün əsl mənasında yoldankeçən bir nəfər, çıxır yolun ortasına və başlayır sürücülərə göstəriş verməyə. Ona qədər sürücülər aramsız siqnal verir, pəncərələrdən bir-birinə söyüş söyürdü, amma bir adamın ortaya çıxıb hərəkəti nizamlamağa başlamasından sonra, hər kəs onun göstərişlərinə ...