Kayıtlar

maks plank etiketine sahip yayınlar gösteriliyor

Yerdə balaca Günəş yaratmaq mümkün olacaqmı?

Resim
Dünən bəşəriyyət yeni enerji mənbəyinə keçid istiqamətində böyük bir addım atdı. Almaniyada çoxistiqamətli araşdırma cəmiyyəti Maks Planka məxsus bir institut elə özlərinin araşdırma bazalarında etdikləri eksperimentin fotolarını Tvitterdə paylaşdı. Fotolarda nüvə birləşmə reaksiyalarını aparmaq üçün dizayn olunmuş qurğunun ilk dəfə işə salınması əks olunub. İndiyə qədər nüvə reaksiyalarından əldə olunan enerjidən və onun fəsadlarından, özüylə gətirdiyi təhlükələrdən yəqin ki , çox adam xəbərdardı. Güclü enerji mənbəyi olsa da, indiki nüvə reaktorlarından, zavodlarından çıxan tullantılar, zibillər insanları radiasiya təhlükəsinə məruz qoyur. Yaponiyada belə bir zavodda tək bir blokun dağılmasının belə faciəvi nəticələri hələ də qalmaqdadı, uzun müddət də qalasıdı. Məsələ orasındadır ki, bu tip zavodlarda müxtəlif elementlərin nüvələrini (əsasən Uran nüvəsi) parçalayıb enerji alırlar. Amma tərs proses, nüvələri birləşdirib də enerji almaq olar və bu enerji əvvəlkinə nisbətən 1000 ...