Qismət Məmmədzadə niyə efirdən kənarda qalıb?
ƏZİZ DOSTLARIM LÜTFƏN OXUYUN. Artıq neçə aydır ki mənə efirlərdə niyə görünmədiyim barədə suallar yazılır. Hər kəsə tək-tək cavab vermək imkanım olmadığı üçün ümumi olaraq bu statusla cavab yazıram. Bu ilin aprel ayından etibarən facebook səhifəmdəki müxalif yönlü paylaşımlarıma görə (sonradan bir güvənli mənbədən öyrəndim ki, ən çox da M. Ə. Rəsulzadə ilə bağlı paylaşımlarıma görə) (!) Azərbaycan telekanallarına mənimlə bağlı qadağa qoyulub. Belə ki aprel ayında ATV kanalının bir prodüseri zəng vuraraq öncədən dəvət etdikləri bir verilişə gəlməyimin daha lazım olmadığını bildirdi. Sonra İctimai TV-dən kliplərim yığışdırıldı.