Tək gömrüyü dəyişməklə islahat olmaz
Bütün saytlar, qəzetlər xəbər paylaşıb ki, gömrükdə idxal inhisarçılığı ləğv edilir, yanvarın 1-dən bu sahədə pozitiv dəyişikliklər olacaq. Əvvəla onu deyim ki, inhisarçılığın aradan qaldırılması (əgər olacaqsa) təbii ki, pozitiv addımdır, illərdir buna çağırışlar etmişik, amma neft 36 dollar olmalı imiş ki, belə bir addım atılsın, sonra da xalqı qınayirlar ki, neftin qiymətinin düşməsinə niyə sevinirsiniz. Amma, hər şey belə bəsit deyil, fikirlərimi izah etməyə çalışacağam, sonra da birgə müzakirə edək. İlk öncə onu deyim ki, əgər inhisarçılıq var idisə, bunu hamı bilirdisə və bir qərarla ləğv etmək mümkürdürsə, niyə illərdir, bunu etmirdilər? Niyə söhbət ancaq idxal inhisarşılığından gedir, bəs ixracatda inhisarçılıq davam edəcək? İnhisarçılıq aradan götürüləndən, gömrük rüsumları leqallaşandan sonra rəqəmlər artacaq, illərdir büdcəyə daxil olan gömrük rüsümlarının azaldılmasını bəs necə izah edəcəklər? 22 ildir büdcədən gizlədilən milyardların hesabını kim verəcək? Yaxşı, gömr...