Kayıtlar

III Napoleon etiketine sahip yayınlar gösteriliyor

Hüqo və 3-cü Napoleon

Resim
1848-ci ildə 3-cü Napoleon seçkilərdə qalib gələrək Fransanın ilk xalq səsverməsi yolu ilə seçilən prezidenti olur (doğrudan 70 faizdən çox səslə seçilir) . Qanuna görə o cəmi bir dəfə seçilə bilərdi. Lakin 1851-ci ildə o, parlamenti qanunu dəyişdirməyə vadar edir. Bundan sonra prezident 10 il müddətinə və bir nəfər üçün bu postu tutmaq limiti olmadan seçimək hüququ əldə edir. Vaxtilə, 3-cü Napoleonun ilk seçkisində onu dəstəkləmiş Viktor Hüqo bu dəyişiklikdən sonra açıq şəkildə Lui-Napoleonu satqın adlandırır, respublikanı məhv etməkdə günahlandırır. Lui Napoleon opponentlərini sıradan çıxartmaq üçün ölkədə kütləvi repressiyalara başlayır. Minlərlə adam həbsxanalara atılır, xeyli adam mühacirətə gedir. O cümlədən, Viktor Hüqo da əvvəl Brüsselə, oradan da Normand (Kanal, La-Manş) adalarına qaçır və mühacirətdə ikən Lui-Napoleona qarşı sərt mübarizəsini davam etdirir. Lui-Napoleonsa prezidentliklə kifayətlənməyərək, özünü bir müddət sonra imperator 3-cü Napoleon adlandırır....